24 Sentyabr 2023 23:11
1943
AVTOMABİL

Texniki baxışdan yayınmayın  

Avtomobillərin vaxtında texniki  baxışdan keçirilməyi  hərəkətin  təhlükəsizliyi  baxımdan  önəmli əhəmiyyət kəsb edir.  

Bu mənada  hər bir nəqliyyat vasitəsi qanunun  tələb etdiyi  formada texniki   müayinədən  keçirilməsi  çox zəruridir. Təəssüf ki, bəzi sürücülər  qanuna  əməl etmir, bu məsələyə  barmaqarası  yanaşırlar. Amma bilmirlər ki, texniki nasazlıq üzündən  qəzalar qaçılmaz olur , ölümlə nəticələnən hadisələr baş verir. Üstəlik də  mövcud qanunu pozduğuna görə,  sürücülər 50 manat  məbləğində  cərimə olunurlar.  

Bununla yanaşı, texniki nasazlıq üzündən  yolda xarab olaraq qalan  avtomobil  digər nəqliyyat vasitələri  üçün qəza  vəziyyəti törədir.  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı   Toğrul Nəsirli deyir ki,  avtomobillərin  texniki cəhətdən  saz olması həmişə sürucülərin diqqət mərkəzində  olmalıdir. Biz həmişə  sürücülər arasında maarifləndirmə  işləri aparırıq ki, onlar nəqliyyat vasitələrini  vaxtında texniki baxışdan keçirsin. Ancaq buna əməl eləməyənlər var. Ona görə də  hər bir sürücü vaxtında  avtomobilini  texniki baxışdan keçirsin.   Deməli, bu işin vaxtında  icra edilməsi hər bir  hərəkət  iştirakçısını  mövcud  təhlükədən xilas edir!

Emil  Faiqoğlu