İşıqlarımız tez-tez sönür
Bakının Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində "D" massivindəki 13 nömrəli binada işıqlar tez-tez sönür.
Elə bir həftə olmaz ki, bu binada işıqlar söndürülməsin. Ən qəribəsi odur ki, başqa binalarda işıqlar yananda belə bizim qonşuluqdakı 12 və bizim 13- cü binada işiqlar yanmır. İşıqlar da tez-tez söndürüləndə sakinlərin bir neçəsi liftdə qalır. Hələ payız və qış mövsümü gəlməyib belə çətinliklər yaşayırıq.
Onda görün payızda və qışda ki durumumuz necə mürəkkəb olacaq. Bizim binanın sakinləri ona görə də çox narahatdırlar. Deyirlər ki, görəsən, bizim işıqlar nə vaxta qədər belə tez- tez sönəcək?! Ona görə də aidiyyatı qurumlar 13 nömrəli binada mövcud nöqsanları vaxtında aradan qaldırmalı və sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin etməlidir.
Emil Faiqoğlu
Digər Xəbərlər
19 Iyun 2026 12:19
DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - VİDEO
19 Iyun 2026 11:55
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
19 Iyun 2026 11:41
Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur
18 Iyun 2026 16:12


Bakı -°C

