adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 12:32
77
SİYASƏT
A- A+

Zelenski Rusiyanın "atasına od qoyur" – Politoloq 

“Napoleondan 214 il sonra Moskvanı yandırdılar. Lakin xalq yaddaşında “Moskvanı yandıran” obrazının ən güclü təmsilçisi şübhəsiz Napoleon Bonapartdır. 1812-ci il sentyabrın 14-də Böyük Orduyla şəhərə daxil olan Napoleon, gözlədiyi təslim mərasimi əvəzinə boş paytaxtla üzləşdi. Elə həmin gecə Moskvada yanğın başladı və bir neçə gün ərzində şəhərin üçdə ikidən çoxu kül oldu”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, tarixçi Lieven bu yanğının kimin əmri ilə başladığının hələ də mübahisəli olduğunu yazır:

“Moskva qradonaçalniki Fyodor Rostopçinin sonradan inkar etdiyi, lakin bir çox tarixçi tərəfindən ona aid edilən bu addım, fransız ordusunu ərzaq və sığınacaqdan məhrum etmək məqsədi daşıya bilərdi. Zamoyski isə yanğının tam bir nəfərin əmri ilə deyil, talançılıq, xaos və təsadüfi yanğınların birləşməsindən yarandığını ehtimal edir. Səhnəni dünya ədəbiyyatına daşıyan isə Lev Tolstoy oldu — “Müharibə və Sülh” romanında yazıçı məhz bu yanğının kimin işi olduğu sualını fəlsəfi müzakirəyə çevirir, hadisəni təkbaşına qərarın nəticəsi yox, tarixin özünün məntiqi kimi təqdim edir. Napoleon altı həftədən sonra, oktyabrın 19-da, dağılmış şəhəri tərk etdi — bu, onun ordusunu məhv edəcək geri çəkilmənin başlanğıcı oldu”.

Vasif