"Bu, hərbi cinayətdir..." - Telman Qasımovdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi Ukraynanın Kaxovka SES-in bəndi partladılıb. Ukrayna bunun təşkilatçısı və icraçısının Rusiya olduğunu iddia etsə də, Rusiya bu iddianın onlarla qətiyyən əlaqəsi olmadığını deyir.
Tanınmış hərbi siyasi ekspert Telman Qasımov mövzu ilə baglı Adalet az -a fikirlərini bildirib.
Ekspert deyir ki, Rusiya nə qədər hadisəni torətmədiyini desə də, Kaxovka su elektrik stansiyasında baş verən partlayışın məsuliyyətini bir başa Rusiya daşıyır: "Bilmirəm, kiminsə ağlına başqa variant gələ bilərmi? Hamımız bilirik ki, Rusiya ötən il Ukraynaya hücum edərkən uzaqbaşı 2-3 gündən sonra oranı təslim edəcəyini söyləyirdi. Artıq 1 il 5 aydır ki, Rusiya umduğun əldə edə bilməyib. Üstəlik yüz minlərlə canlı qüvvəsi, milyard dollarlarla texniki təhcizatı, silah- sursatı əldən getdi və heç bir uğura imza ata bilmədi.
Adətən, hər zaman özünü məğlubedilməz, qüdrətli hesab edən liderlərin hədəfləri kimi, iddiaları da böyük olur! Hədəfə çatmayanda, iddiasını həyata keçirə bilməyəndə isə cığallıqları , oyunpozanlıqları başlayır! Ukrayna ordusunu məğlub etməyə gücü çatmayan Rusiyadan bu gözlənilən hərəkətdir. 44 günlük müharibəni xatırlayın! Uduzan Ermənistan ordusu dinc əhalini bombalayaraq qırmağa, Mingəçevir SES - nı mərmilərlə partlatmağa calısmadımı?
Dünən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel in fikirlərini oxudum, onun Rusiyanı gunahlandırmasını dəstəkləyirəm. Bəli, bu hərb cinayətdir"
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Dekabr 2025 18:27
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü
20 Dekabr 2025 14:10
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - İbrahimoviç
20 Dekabr 2025 13:30
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı
19 Dekabr 2025 18:32
Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
19 Dekabr 2025 17:15
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
19 Dekabr 2025 15:25
Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
19 Dekabr 2025 13:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
19 Dekabr 2025 13:45


Bakı -°C

