adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2023 14:44
384
SAĞLAMLIQ

Oruc tutan şəxslərin sonradan artıq çəki almasının səbəbi nədir? - Dietoloq açıqladı

Ramazan ayında oruc tutarkən edilən bəzi səhvlər insanın artıq çəki almasına səbəb olur. 

Adalet.az xəbər verir ki, bu haqda dietoloq Gözdənur Çavuş Uka danışıb. Dietoloqun sözlərinə görə oruc tutan şəxslərin iftar zamanı həddən artıq yemək yeməsi, xüsusilə şəkərli və yağlı qidaların istehlakını artırmaları insanın artıq çəki almasına səbəb olur. 

Mütəxəssis bildirib ki, insanlar oruc tutarkən çoxlu su qəbul etməlidirlər. Gün ərzində ac qalan insanın birdən-birə çoxlu yemək yeməsi orqanizmdə problemlərə yol açır. Məsələn, imsak zamanı gecədən qalma yeməkləri yemək, susuzluğu yatırtmaq üçün qazlı içkilər, çay və kofe içmək, günü hərəkətsiz keçirmək və iftar zamanı həddən artıq yemək yolverilməzdir. 

Ramazan ayında arıqlamaq üçün imsakı adi günlərdəki səhər yeməyi kimi etmək lazımdır. İmsak zamanı yalnız su içmək və gecə yarı yatarkən yağlı yeməklər yemək olmaz. 

İftara isti bir şorbayla başlamaq məsləhətdir. Bu gün ərzində ac qalan mədəni rahatlatmaq üçün faydalıdır. Şorba ilə ikinci yemək arasında 20 dəqiqə fasilə verməyiniz məsləhətdir. İmsak və iftarda 2-3 litr su istehlak etmək lazımdır.

Bu ay ərzində əsasən tərəvəzlərlə qidalanmağa üstünlük verilməlidir. Yeməkdən sonra isə meyvələrlə də qidalanmaq vacibdir. 

Vasif Əlihüseyn