“Yeddi oğul”un “Uzundraz” Qasımı: “Dördüncü çəkilişdən sonra yıxıldım qabırğam və qıçım sındı”
“Yeddi oğul istərəm” filmindəki səhnədə yıxıldım qıçım və qabırğam sındı. Səhnəni dördüncü dəfə təkrar çəkdik və güllə mənə dəyəndən sonra qalanın hasarından yerə düşməli idim. Özümü güllə yarası aldıqdan sonra yerə atdım və pis xəsarətlər aldım”
Bunu Adalet.az-a açıqlamasında “Yeddi oğul istərəm” filmində yeddi oğuldan biri, Qasım rolunda oynayan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bu gün də filmin maraqla izləndiyini bildirib:
“İlk dəfə o mÖvzuda çəkilən film “Məğlub edilməz batalyon” filmidir. Ondan sonra “Yeddi oğul istərəm”dir və qalanları isə bu iki filmin ardınca çəkilib. Bu film də Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilib. Keçən il filmin əlli illiyi idi. Bizə bildirdilər ki, bu filmə 178 ölkə baxıb. Ötən il mənə Nyu-Yorkdan zəng vurub dedilər ki, bir həftə bu film nümayiş etdirilib və insanlar da maraqla izləyiblər. Amma bu gün mən damda yaşayıram, nə olsun”-deyə aktyor bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58
"Hamlet"- Lənətlənmiş taxt-tac - Adilə Səfərova yazır
06 Aprel 2026 10:56
Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırır
03 Aprel 2026 11:36


Bakı -°C

