Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb - VİDEO
Bakıdan Şuşa şəhərinə növbəti sərnişin avtobusu yola düşüb.
Adalet.az-ın məlumatına görə, sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.
Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.
Digər Xəbərlər
26 Dekabr 2025 19:55
Leyla Əliyeva Yevlaxda uşaqlara Yeni il şənliyi təşkil etdi - FOTOLAR
26 Dekabr 2025 19:05
"Mən qocalmışam, sizin kimi deyiləm" - Prezidentin səmimi dialoqu - VİDEO
26 Dekabr 2025 17:55
Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşdü - FOTOLAR
26 Dekabr 2025 17:15
Moped sürənlərin nəzərinə: 3 ay sonra...
26 Dekabr 2025 15:32
Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər
26 Dekabr 2025 15:23
Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib
26 Dekabr 2025 13:47
Xıdırlıya daha 64 ailə köçürüldü
26 Dekabr 2025 12:35


Bakı -°C

