Şuşada Xankəndindən görülən atəşfəşanlıq - Video
Xəbər verdiyimiz kimi mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalına start verilib.
Festivalın açılışında prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyev ilə Leyla Əliyeva iştirak edib.
Festival bitdikdən sonra Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq baş tutub.
Atəşfəşanlığın görüntülərini Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşıb.
“Arzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!”
Qeyd edək ki, atəşfəşanlığı Xankəndidə yaşayan ermənilər də görüb. Onlar atəşfəşanlığın görüntülərini sosial şəbəkələrdə paylaşıblar.
Digər Xəbərlər
02 May 2024 17:40