26 Iyul 2025 17:54
135
HADİSƏ

Şuşada yanğın zamanı mina partlayışları oldu

Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində yanğın baş verib.

Adalet.az xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.

Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.