adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Yanvar 2023 09:59
313
GÜNDƏM

Şuşa səmasında 44 soydaşımızın qətliamı - 31 ildir UNUTMADIQ!

Müstəqilliyimizdən sonra Azərbaycan xalqını yasa batıran ən böyük helikopter qəzalarından biri olan, böyük bir dəhşət kimi yaddaşlara yazılanfaciənin il dönümüdür.

Şuşa 
Adalet.az
xatırladır ki, Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən Mi-8T helikopterinin 31 il keçir. Qarabağda yerləşən erməni işğalçı qüvvələri tərəfindən vurulması nəticəsində içərisində uşaq olmaqla 44 nəfər dinc sakin (3-ü ekipaj üzvüdür) terror qurbanına çevrildi. “Azal” konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu ermənilər tərəfindən “Yer-Hava” tipli raketlə vuruldu. Həmin kütləvi qətliamdan 31 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Qeyd edək ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini vurması nəticəsində 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olmuşdu. Helikopterdə həlak olanlar Azərbaycanın bir çox dövlət rəsmiləri, ictimai-siyasi xadimləri idi.


P.S. hesab edirəm, 44 günlük Vətən müharibəsi zamanı o 44 nəfər günahsız və dinc soydaşlarımızın da qisası alındı.


Əntiqə Rəşid