adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2017 15:37
11433
MƏMLƏKƏT

Sürücülərin nəzərinə: Bu yol bağlanır

Bu gecədən etibarən Binəqədi qəsəbəsinin "4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azəravtoyol ASC-dən verilən məlumata görə, məhdudiyyət yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədardır.

Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.