Süni intellektdən istifadəni dayandırmağı əmr etdi
ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə süni intellekt şirkəti "Anthropic" arasında yaranan mübahisələrdən sonra bütün federal agentliklərə həmin şirkətin texnologiyasından istifadənin dərhal dayandırılması barədə göstəriş verib.
Adalet.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada "Anthropic" şirkətini sərt tənqid edib.
O, bildirib ki, ABŞ "radikal solçu və hiyləgər" adlandırdığı bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək.
Prezidentin sözlərinə görə, "Anthropic" Pentaqonu öz xidmət şərtlərinə riayət etməyə məcbur etməyə çalışmaqla dəhşətli səhv edib və bununla da Konstitusiyanın prinsiplərinə zidd addım atıb.
"Buna görə də ABŞ-dəki bütün federal agentliklərə "Anthropic" texnologiyasından istifadəni dərhal dayandırmağı tapşırıram. Bizə bu lazım deyil, biz bunu istəmirik", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, "Anthropic" ilə ABŞ Müdafiə Nazirliyi arasında yaranan gərginlik Pentaqonun şirkətdən müqavilə şərtlərinə daha geniş və açıq ifadələr daxil etməsini tələb etməsi ilə başlayıb. Nazirlik "Anthropic"in "Claude" adlı süni intellekt modelinin "istənilən qanuni məqsəd" üçün istifadəsinə razılıq verilməsini istəyib. Şirkət isə bu formulun gələcəkdə texnologiyanın kütləvi daxili nəzarət sistemlərində və ya tam muxtar silah platformalarında tətbiqinə hüquqi əsas yarada biləcəyindən narahat olduğunu bildirib.
"Anthropic" rəhbərliyi qeyd edib ki, belə istifadə halları indiyədək Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələrdə yer almayıb və yeni şərtlər bu məhdudiyyətləri zəiflədə bilər. Şirkət xüsusilə süni intellektin fərdi məlumatların genişmiqyaslı və avtomatlaşdırılmış şəkildə toplanması yolu ilə "kütləvi nəzarət" alətinə çevrilməsi, eləcə də, insan müdaxiləsi olmadan qərar verən tam muxtar silah sistemlərinə inteqrasiyası risklərinə diqqət çəkib.
Müdafiə Nazirliyi isə bu cür tətbiqlərin artıq mövcud qanunvericilik və Pentaqon siyasəti ilə tənzimləndiyini bildirərək, əlavə məhdudlaşdırıcı dilə ehtiyac olmadığını vurğulayıb. Razılıq əldə olunmadığı təqdirdə "Anthropic"in təchizat zəncirindən çıxarıla biləcəyi və hətta Müdafiə İstehsalı Qanunu çərçivəsində tədbirlərin nəzərdən keçirilə biləcəyi barədə xəbərdarlıqlar da səsləndirilib. Məhz bu qarşılıqlı mövqe fərqi tərəflər arasında açıq mübahisəyə səbəb olub.
Digər Xəbərlər
28 Fevral 2026 20:14
"Bu faciə millətin yaddaşından silinməyəcək" - Pezeşkian
28 Fevral 2026 20:04
İran Küveytdə hava limanını VURDU - VİDEO
28 Fevral 2026 20:00
Hakimiyyətdən Tehran sakinlərinə: Paytaxtı tərk edin!
28 Fevral 2026 19:51
Dubay hazırda... - VİDEO
28 Fevral 2026 19:05
ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI
28 Fevral 2026 19:00
İranda qızlar məktəbi vuruldu: 70 şagird öldü, 90 yaralı var - YENİLƏNİB
28 Fevral 2026 18:51
“İrana müdaxilə prosesində ehtiyyat edirlər ki, birdən...”
28 Fevral 2026 18:50


Bakı -°C

