Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər
Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər ərzində 600-700 milyon ton artacaq. Müqayisə üçün deyək ki, dünyada ötən il 400 milyon ton həcmində maye qaz istehsal olunub. Bu artan tələbin əsas səbəbi isə daha çox enerji sərf edən süni intellekt texnologiyalarının genişlənməsidir.
Adalet.az Azərtac-a istinadən xəbər verir ki, bunu Qətərin energetika naziri Səad Şəridə əl-Kəabi Doha Forumunda çıxışında bildirib.
Nazir, həmçinin qeyd edib ki, süni intellektin enerji istehlakının artmasının və sərmayə çatışmazlığının 2035-ci ildən sonra mayeləşdirilmiş qaz və təbii qaz təchizatında qıtlığa səbəb olacağı ciddi narahatlıq doğurur.
“Sərmayə çatışmazlığı var və əgər bu, növbəti beş-altı il ərzində həll olunmazsa, 2035-ci ildə ciddi problemlərlə üzləşəcəyik. Danışıqlar apardığımız dövlətlər qaza olan tələbatlarının təxminən 10-20 faizə qədərinin süni intellektlə bağlı olduğunu bildirir”, - deyə əl-Kəabi diqqətə çatdırıb.
“Süni zəka evdə tələb olunan enerjidən daha artıq enerji tələb edir. O, daha çox enerjiyə ehtiyacı olan bir zavoda bənzəyir. Lakin ailələrdən və zavodlardan fərqli olaraq, davamlı olaraq artan enerji istehlakına məhkumdur”, - deyə nazir əlavə edib.
Digər Xəbərlər
13 Mart 2026 11:31
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39


Bakı -°C

