Süni intellekt 2029-cu ildə daha ağıllı olacaq - İlon Mask
Milyarder və texnoloji yenilikçi İlon Mask iddia edir ki, süni intellekt (Sİ) artıq 2026-cı ildə insan səviyyəsini keçəcək, 2029-cu ilə qədər isə bütün bəşəriyyətin intellektual səviyyəsindən üstün olacaq.
Adalet.az-ın məlumatına görə, bu barədə Mask "FOX Business"ə istinadla məlumat verib.
O, "X" sosial şəbəkəsində yazıb:
“Gələn il süni intellekt hər hansı bir insandan daha ağıllı olacaq. 2029-cu ilə qədər süni intellekt, ehtimal ki, bütün insanların birləşdiyindən daha ağıllı olacaq”.
Mask həmçinin süni intellektin potensial təhlükələrindən narahat olduğunu bildirib və bu sahədə sərt tənzimləmə tədbirlərinə ehtiyac duyulduğunu vurğulayıb.
Mask xəbərdarlıq edib ki, süni intellekt yanlış şəkildə idarə olunarsa, bu texnologiya “sivilizasiyanın məhvinə” səbəb ola bilər.
Qeyd edək ki, İlon Mask uzun müddətdir süni intellektin etik və texnoloji risklərinə diqqət çəkir və bu sahədə qlobal miqyasda nəzarət və cavabdehlik mexanizmlərinin gücləndirilməsini müdafiə edir.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

