Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın olub.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Digər Xəbərlər

Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO

Külək axşam saatlarında zəifləyəcək
jpg-1750758816.jpg)
Tehranda 1971-ci ildə tikilən, 10.000 yerlik Ararat stadionu - VURULDU?
jpg-1750754613.jpg)