Sumqayıtda qaz olmayacaq
Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
"Azəriqaz” İstehsalat Birliyindən Adalet.az-a bildirilib ki, diametri 530 millimetrlik orta təzyiqli qaz kəmərindən qidalanan qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar avqustun 3-də saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24