Sumqayıtda məktəblilər arasında insident oldu - RƏSMİ
5 fevral tarixində Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib.
Bu barədə Adalet.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb:
"Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".
Sumqayıt Tibb Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü şagird qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
***
Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
Bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.
Digər Xəbərlər
27 Fevral 2026 19:22
Şamaxıdakı zəlzələ anından - GÖRÜNTÜLƏR
27 Fevral 2026 18:02
"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlının meyiti dənizdən tapıldı
27 Fevral 2026 16:31
Azərbaycanda güclü zəlzələ oldu - FHN məlumat yaydı + YENİLƏNİB
27 Fevral 2026 11:40
Bakı-Qazax yolunda yük avtomobili aşdı - VİDEO
27 Fevral 2026 10:06
Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı
27 Fevral 2026 09:43
Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
26 Fevral 2026 23:45
Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşüb - İDDİA
26 Fevral 2026 13:17


Bakı -°C

