Sumqayıtda FHN-in Yanğından mühafizə hissəsinin inzibati binasının açılışı olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Mərasimdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəhbərliyi və hissənin şəxsi heyəti iştirak ediblər.
Nazir müavini yüksək standartlara cavab verən müasir texnika və avadanlıqla təchiz edilən binada Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendə baxıb. Eyni zamanda dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub.
O, şəxsi heyəti yeni bölmənin açılışı münasibətilə təbrik edərək uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
E. Mirzəyev qeyd edib ki, yeni hissənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq.
Yeni açılmış yanğın hissəsi Sumqayıt şəhərinin Azərbaycan prospektindən Şimal hissəsi boyunca Kimyaçılar qəsəbəsinədək əraziləri və Sumqayıt bulvarında yerləşən inzibati və digər obyektlərin yanğından mühafizəsini təmin edəcək.
Yanğından mühafizə hissəsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Burada yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub.(apa)
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01