Sumqayıtda avtobus yandı - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
***
11:49
Sumqayıt şəhərində avtobus yanır.
Adalet.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib.
Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb.
Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.
Digər Xəbərlər

"Abşeron" ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var

Küləklə bağlı XƏBƏRDARLIQ

Cabir İmanovun ölün anı - ANBAAN VİDEO

Yararsız döyüş sursatları məhv ediləcək

Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb

Bakıda yaşayış binasında yanğın - 5 nəfər təxliyə olundu

Bakıda anbarda güclü yanğın olub - YENİLƏNİB + VİDEO
