adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Avqust 2019 18:04
23195
ƏDƏBİYYAT

Sumqayıt dastanı

Sumqayıt 70

Möhtərəmprezidentimiz cənab İ. Əliyev Sumqayıtın 70 illiyini yüksək səviyyədəkeçirməsi üçün sərəncam imzalayıb

Sumqayıt dastanı

(Sumqayıt üçün)

Bir payız axşamı kənddəkitoyda,

Uşaq nə haydaydı, böyük nəhayda.

Hamı əyləşmişdi nurlu mağarda,

Gözəl bəzənmişdi, burdamağar da.

Yaxından, uzaqdanqonaqlar gəldi,

Qaynana sevindi, qaynatagüldü.

Məclisin bax belə şirinçağında,

Bəyimiz gül dərdi bəyotağında.

Şamlar şölələndi yandı, nəyandı,

Aşıq meydan açdı, sazhavalandı.

Vəfalı, vəfasız dostdandanışdı,

"Ustadnamə” dedi, dastandanışdı.

O dedi: -Sum adlı buqoçaq oğlan,

Səfalı güşədə sürürmüşdövran.

Ovçu Pirim kimi ovovlayırmış,

Ceyranı, cüyürüovsunlayırmış.

Pəhləvan cüssəli, pələngbiləkli,

Bir qartal baxışlı, birqurd ürəkli.

Atını çapanda yel dəçatmazdı,

Dəli nərəsindən quşlaryatmazdı.

Nizəsi dağ oyar, qaya dələrdi,

Oxu yaydan çıxıb tükü bölərdi.

Sınıb əyilməzdi polad xəncəri,

Səfərdən əliboş dönməzdigeri.

Sumun istəklisi bir gözəlmələk,

Elə gözəl idi tovuzquşu tək.

Qönçə dodaqları gül qönçəsiydi,

Ona inam verən Sumun səsiydi.

Qəlibdən çıxmışdı boyu, əndamı,

Ay kimi nurluydu eşqininşamı.

Adı Ceyran idi , yerişiceyran,

Görənlər hüsnünə olarmışheyran.

Sum da ehtirasla süzərmişonu,

Gözləri hər yerdə gəzərmişonu.

Gənclər bir-birinəolmuşdu həmdəm,

Eşq olan ürəkdə nə kədər,nə qəm...

Bir gecə vüsalın çırağısöndü,

Məhəbbət köhləni geriyədöndü.

Təpəgöz adında qaniçəninsan,

Yolunu o səmtə saldı həminan.

O namərd gəncləri əsirgötürdü,

Gül-çiçək yerində qanqalbitirdi.

Zalım o gənclərin qolunuçatdı,

Gətirib bir susuz səhrayaatdı.

Yayın qızmar çağı səhrayanırdı,

Elə bil, hər tərəf alovlanırdı.

Alov qatılmışdı sankihavaya,

Dodaq həsrət idi birqurtum suya.

O zülmət gecədə o nazlı sənəm,

Dedi:- Sum, yanıram,alışır sinəm.

Sum getdi Ceyrana suaxtarmağa,

Hünər səməndini sürdüuzağa.

Vaxtsız əcəl düşdü Sumunizinə,

Qapılar bağlandı onunüzünə,

Birdən bu səhraya vəlvələdüşdü.

Tufan tuğyan etdi, Sumselə düşdü,

Dalğa Şahə qalxdı, Sumuapardı...

Ceyran nalə çəkdi, şivənqopardı:

Sum, qayıt, Sum, qayıt,tez qayıt geri,

Qayıt, qorxuludur axı irəli.

Sum, qayıt, Sum, qayıt sənboğularsan,

Sinəmdə sağalmaz bir dağolarsan.

Zülmət qaranlıqda üzürdühər yan,

Sum gedən tərəfə getmədiCeyran.

O ellər gözəli Sum deyə-deyə,

Özü də bilmədən düşdü çökəyə.

O göl naqqa kimi udduCeyranı,

Zülmət bir sükunət tutduhər yanı.

Yer qara bağladı, göy qanağladı,

Ellər də Ceyrana matəmsaxladı.

Onun şərəfinə, onunadına,

"Ceyranbatan” gölü dedilərona.

Bir dəfə o gölün üstünəgetdim,

Müqəddəs ocağı ziyarətetdim.

Behişt çeşməsidir suyu ogölün,

Tapılmaz dünyada tayı ogölün.

Oğlum, sən də onu ziyarəteylə,

Öləndə o sudan üstümə çilə.

Çalış bir damlası hədəraxmasın,

Onun camalına yadlarbaxmasın!

Sumu ağuşuna aldı göy Xəzər,

Küləklər ellərə apardı xəbər.

El gəlib bu yerdə 70 il əvvəl,

Gözlər yurd saldılar gözəldəngözəl.

El Sumun adını yaşatmaqüçün,

Oturub dərdləşdi biruğurlu gün.

Ceyranın "Sum” qayıtdediyi sözlər,

Saldı ürəklərə silinməzizlər.

O yurda verdilər Sumqayıtadı,

O ad sarsıtmadı yaxını,yadı.

Sumqayıt sədası ellərədüşdü,

Sumqayıt dastanı dillərədüşdü!

II

Uçdu həmin toyda könlümünquşu,

Gəşt edib dolandı Göbəklidaşı.

Gecəni sübhədək götür-qoyetdim,

Dünyamın evində neçə toy etdim.

Bağlar xəzəlini üstümə səpdi,

Bulaqlar üzümdən, gözümdənöpdü.

Yaxşı yol söylədiİşıqlıdağı,

Arxamca su atdıArzubulağı.

Gözümdə nurlandı sübhünçırağı,

Içimdə közərdi sevgiocağı.

Nura qərq elədi yolumugünəş,

Sıxdı bir dost kimi əlimigünəş.

Aş qazanda qaldı, lavaştabaqda,

Nələr gözləyirdi məniqabaqda.

Arzum biləyindən tutmuşdumənim,

Bu dəm batammazdı mənəbir qənim.

Qaybalıtəpəsi uğurlardedi,

Sənə arxa olub bu dağlardedi.

Quşlar başım üstə nəğməoxudu,

Göydə Fatma nənə xanatoxudu.

Bir də kəndə baxdım kəndinqaşından,

Öpdüm Malyolunuun çopurdaşından.

Çıxdım Elyoluna, Cadayoluna,

Düşdüm diləyimin sadəyoluna.

Hər yandan dedilər:-yaxşı yol, bala,

Xətadan, bəladan uzaq ol,bala.

Üz tutdum diləyim üztutan səmtə,

Məni tərk elədi kədər də,qəm də.

Sumqayıt deyilən məkana gəldim,

Burda dinə gəldim, imanagəldim.

III

Bu gənclik şəhərinə,

Gözəllik şəhərinə.

Insan axını gəldi,

Bir az uzağı gəldi.

Bir az yaxını gəldi.

Çobanlar dağdan gəldi,

Bağbanlar bağdan gəldi.

Sağıcılar fermadan,

Əkinçi çöldən gəldi.

Sumqayıta gələnin,

Hamısı eldən gəldi.

Mehridən, Naxçıvandan,

Lerikdən, Lənkərandan,

Mildüzündən, Muğandan,

Aybatandan, Şirvandan,

Kürdəmirdən, Ləkidən,

Şamaxıdan, Şəkidən,

Borçalıdan, Qazaxdan,

Zəngəzurdan, ,Uzaqdan,

Ağbabadan, Goycədən,

Gədəbəydən, Gəncədən,

Qubadlıdan, Zaratdan,

Təzəkənddən, Boyatdan,

Qasımkənddən, Dərbənddən.

Hər obadan, hər kənddən,

Ərlər gəldi, nərlər gəldi.

Atı itən, dada yetən,

Azan gəldi, təzən gəldi.

Atasından küsən gəldi,

Lüt gələni,

Beyinləri küt gələni,

Beş kişidən biri etdin,

Ölüləri diri etdin,

Gözəl şəhər!

Gülər üzlə qarşıladı,

Cavanları mavi Xəzər.

Əlbir oldu, dilbir oldu

Hamı burda.

Şirinləşdi ağzımızın

Dadı burda, tamı burda!

IV(sumqayıt bu gün)

Nəvəmlə bulvarda gəzirəmindi,

Ilahi, bu bulvar necə gözəldi.

Dünyanın əşrəfi, şərəfi insan,

Bu qumlu səhrada nələrdüzəldir.

Yenə çözələndi xəyal dikcəsi,

Yadıma qəribə zamanlar gəldi.

Yenə tuğyan etdi qəlbiminsəsi,

Eynimə o vaxtki cavanlargəldi.

Mən də subay idim bura gələndə,

Basmışdı bağrına"Baraqlar” bizi.

Axşamlar biz burda deyibgüləndə,

Mığmığa pozurdu heykefimizi.

Yatağa girməmiş taxtabitidə,

Hücuma keçirdisorğu-sualsız.

Onlarda görürdüm xəyanətidə,

Qanımı sorurdu qansız.

Nə bulvar görmüşdükdoyunca gəzək,

Bomboz səhra idi dənizə qədər.

Nə də gül var idi, biriniürək,

Xoş üz göstərirdi bizəgöy Xəzər.

Bulvarda gəzirik bizsakit, rahat,

Ağcaqanadların kəsilibkökü.

Necə mənalıdır, gözəldirhəyat.

Ətirli güllərlə bəzənib səki.

Elə bil, xalıdır bu yaşılçəmən,

Ilmələr, çeşmələr, gözəlnaxışlar.

Bəxtəvər başına, ay ana Vətən,

Hüsnünə zillənir xumarbaxışlar.

Bir-biriylə salamlaşırağaclar,

Xan çinarlar yerdən göyəboylanır.

Bu sahildə gör nə qədərağac var,

Şair bu yerləri qibləgahsanır.

Burda cilalanıb qaya da,daş da,

Bulvar insanlarla dostedir məni.

Hər yan yaşıl olur baharda,qışda,

Güllərin ətiri məst edirməni.

Bəşər övladının işi, əməli,

Bu şoran çölləri gülüstanedib.

Paxılın, nakəsin qırılsınbeli,

Gördüyün nə varsa bil,insan edib.

Bulvarda gəzdikcə eynimaçılır,

Necə də sərindi Xəzərin mehi.

Burda fəvvarələr gülür, əlçalır.

Səpirlər üstümə mirvarişehi.

Eşq olsun Vətənin igidoğluna,

Daşı daş üstünə qoyanaalqış.

Xalqın məhəbbəti halaldırona,

Elin istəyini duyanaalqış.

Alır ağuşuna hər axşam, səhər,

Qocanı, cavanı, şənuşaqları.

Sənin varlığına şükür, ayXəzər,

Qoynunda görürəm mənuşaqları.

Göyün ulduzları səpilibyerə,

Burda tuğyan edir gecənur seli.

Gör necə yaraşır mavi Xəzərə,

Sumqayıtın bulvarı-dünyagözəli!

***

Küçələri çilcıradı,

Yolları da dümdüz hamar.

Bu dünyanı gəzib dolan,

Belə bulvar de, hardavar?

Baxdıqca hey baxıram,

Gözəllikdən göz doymur.

Aşıqlar əldən düşür,

Sinədəki saz doymur.

Cəvahir dodaqlardan,

Axıb gələn söz doymur.

Vallah bu seyrangahda,

Işvə doyur, naz doymur.

Oğlan nazdan yorulur,

Bu həvəsdən qız doymur.

Bunu yarıdan insan,

Deyin, unudularmı.

Dünyanı gəzib dolan

Belə gözəllik varmı?

Mən cənnətə inansaydım.

Deyərdim ki, cənnətbudur,

Öz elinə, obasına,

Danılmaz hörmət budur.

Qarşısında baş əyərəm,

Bu horməti edənlərin.

Vətən oğlu unudarmı?

Xoş iz qoyub gedənləri.

Mənim doğma şəhərim,

Səni hər an, hər zaman

Bax beləcə şən görüm.

Qoynunda gülşən görüm.

***

Mənim Sumqayıtım təkdirdünyada,

Hüsnü çilçıraqdı, camalıAydı.

Mənim sumqayıtım bac verməzyada,

Sumqayıt gəncliyə verilənpaydı.

Gündən günə çiçək açır,gül açır,

Damların örtüyü bir özgəaləm.

Quşlar budaq-budaq gəzir,əl çalır,

Liftlər də olubdu hamıyahəmdəm.

Ana laylasıdır muğam əzəldən,

Bu ev də şəhərə biryaraşıqdı.

Muğamla dünyada tanındı Vətən,

Muğam yurdumuzda nurlaişıqdır.

Qönçə dodaqlara gülüş bəxşedən,

Səmimi söhbət var, sözvar dünyada.

Könlümə, ruhuma sevinc bəxedən,

Teli min havalı saz var dünyada.

Nadanlar seçəmməz yaxını,yadı,

Vətənə tac qoyar Vətənövladı.

Qəlbimdə yaşayar mərdlərinadi,

Nə qədər silinməz iz vardünyada.

Daşı da istəsə əridər insan,

Düşmənin gözünə batan oxolar.

Kamalla əyilməz hec kəsəinsan,

Ürək hökm eləsə, dağ dayox olar.

Hünər meydanıdır,addımla, qardaş

Zəhmətlə həmdəm ol, hünərəsirdaş.

Vətən sarayında çatmasabir daş

Ora ürəyini qoyasan gərək.

VI

Mənim Sumqayıtım təkdirdünyada,

Hüsnü çılçıradı, camalıAydı.

Mənim Sumqayıtım bac verməzyada,

Sumqayıt gəncliyə verilənpaydı.

Ay əliylə qələm çəkibbaşına,

Bərəkətli günəş tökübbaşına.

Yaman gəlib goy Xəzərxoşuna,

Xəzər kimi sonsuzlaşırSumqayıt,

Qocaldıqca cavanlaşırSumqayıt

Hər tərəfdə xoş arzulargül açır,

Qucağında gül balalar dilaçır.

Gənclik burdan sadətə yolaçır,

Kainatla soraqlaşırSumqayıt,

Qocaldıqca cavanlaşırSumqayıt.

Övladları alnı açıq üzüağ,

Küçələri gur işıqlıçilçıraq.

Qibləgahdır, səcdəgahdırbu torpaq,

Bu torpağa çox yaraşırSumqayıt,

Qocaldıqca cavanlaşırSumqayıt.

Binaları cərgələnir,ucalır,

Oğlu, qızı məhəbbətdəngüc alır.

Hər kim desə Sumqayıtımqocalır,

Qocaldıqca cavanlaşırSumqayıt.

Bakı ilə qucaqlaşır Sumqayıt!

Əvəz Mahmud Lələdağ