adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyun 2019 10:24
28439
SİYASƏT

Sülhməramlıların indiki məramı

Azərbaycan və Ermənistanxarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuatkonfransı keçirən E. Məmmədyarov ermənilərin hər dəfə "status” və "təhlükəsizlik”lə bağlı məsələ qaldırdığınatoxunaraq qeyd edib ki, təhlükəsizlik problemini sülhməramlı qüvvələrin vasitəsiləhəll etmək mükündür. Nazir fikrini geniş izah etmədiyinə görə bu sözlər cəmiyyətdəgeniş rezonans doğurub və müxtəlif versiyaların səsləndirilməsinə səbəb olub.

Bəri başdan onu deməklazımdır ki, hər hansı bir münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsiilk növbədə qalib tərəfin xeyrinə olur. Hazırkı durumda da Ermənistan qalib tərəfdirvə bu cür "təhlükəsizlik zolağı” movcudstatus-kvonu qorumaq üçün onlara hava-su kimi lazımdır. Bəzən sülhməramlı qüvvələrdənsöz düşəndə bizimkilər məsələnin mahiyyətini bir tərəfə qoyaraq bölgəyə dahaçox rus qoşunlarının gəlmək ehtimalının çox olduğunu vurğulayır və bundan əndişələnirlər.Təbii ki, bu da səbəbsiz deyil. Bu münaqişə başlayandan bəri ruslar həm döyüşmeydanında, həm də siyasi-diplomatik cəbhədə daim ermənilərin yanında olublar.Qarabağı Azərbaycandan alıb Ermənistana verən də onlardır. Üstəlik, rus qoşunlarının Gürcüsdan vəMoldovada yerinə yetirdiyi "sülh” missiyasının nəticələri də göz qabağındadır.

Amma təhlükə heç də sülhməramlıqüvvələr kimi hansı dövlətin qoşunlarının regiona yerləşdiriləcəyində deyil.Tutalım, hazırkı durumda belə bir qərar verildi və münaqişə bölgəsinə Azərbaycanınistədiyi və ona ən yaxın olan dövlətlərin ordusu yeridildi. Bu nəyi dəyişəcək?Bu ordunun mandatı qarşıduran tərəflərə nəzarət eləmək, yeni toqquşmalarınqarşını almaq, müharibənin yenidən alovlanmasına yol verməmək olacaq. İstədiyindənqat-qat çox torpaq zəbt eləmiş Ermənistana bundan artıq nə lazımdır ki?

Əlbəttə, sülhməramlı qüvvələrinmünaqişə bölgəsinə nə vaxtsa gəlişivacibdir və bunsuz keçinmək uzun müddət çətin olacaq. Amma həmin qüvvələrinindidən ora yerləşdirilməsi Azərbaycanın əl-qolunu bağlayacaq, onun nə vaxtsahipotetik olsa da, torpaqlarını güc yoluyla geri qaytarmaq imkanından birdəfəlikməhrum edəcək. Odur ki, cənab Məmmədyarovun hazırkı mərhələdə bu variantınmümkünlüyünü dilə gətirməsi, yumşaq desək, təəccüb doğurur. İndiki halda isəsülhməramlı qüvvələrin yalnız Azərbaycan-Ermənistan sərhəddində yerləşdirilməsivariantlarından danışıla bilər ki, yəqin belə bir fikrin hətta səsləndirilməsibelə nəinki Ermənistanın, hətta münqişənin nizamlanmasıyla məşğul olan"neytral” tərəflərin ironiyasıyla qarşılanar. Odur ki, hazırkı mərhələdə DağlıqQarabağla Azərbaycan arasında sülhməramlıların yerləşdirilməsi də ən yaxşıhalda bizdə ironiya doğurmalıydı. Amma biz bu fikirləri elə özümüzün çox yüksəkranqlı bir məmurunun dilindən eşidirik.

Adalet.az