SÜLHMƏRAMLILAR KƏRKİCAHANI NƏ VAXT BƏRPA EDƏCƏKLƏR?
Bilməyənlər üçün deyim, Kərkicahanla Xankəndi bitişikdi. Aralarından bir yol keçirdi, yolun altında Xankəndiydi, üstündə Kərkicahan.
Cılxa Azərbaycan kəndi idi, 5 mindən çox da əhalisi vardı.
Ermənilər həmin kəndi yandırdılar, nə qədər də sakinini qətlə yetirdilər. Onu da deyim ki, Kərkicahan uzun müddət ermənilərə can vermədi. Axıradək dör-dör döyüşdü. Təəssüf ki, arxalarında duran, kömək göndərən olmadı.
İndi baxıram, demək olar ki, hər gün sülhməramlılar yuxarı Qarabağa dayanmadan tikinti materialları daşıyırlar və ermənilərin guya dağılmış evlərini bərpa etmək üçün. Əslində bu faktdır ki, biz ermənilərin dinc əhalisinin yaşadığı şəhər və kəndlərə heç bir raket zərbəsi vurmamışıq. Çünki biz erməni deyilik. Biz türkük, azərbaycanlıyıq!
Daşınan tikinti materialları ilə azərbaycanlıların yaşadığı kənd və qəsəbələrdə sülhməramlılar yeni qəsəbələr salır, evlər tikir, məktəb tikir ki, biz ora qayıtmayaq.
Filan yerinizlə göyə çıxsanız da, biz öz doğma kənd və qəsəbələrimizə qayıdacağıq.
Elə sülhməramlısınızsa, Xankəndinin başı üstündəki Kərkicahanda niyə bərpa işləri aparmırsınız?