adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
31 May 2022 12:43
2232
AVTOMABİL

Sükan arxasında su içmək qadağandır…

Müxtəlif ölkələrdəki maraqlı yol hərəkəti qaydaları...

Yollar insan üçün ən əvəzsiz məhfumlardan biridir. Yollarsız həyat mümkün deyil. İnsanın hər zaman yola və yoldaşa ehtiyacı olub və olacaq da. Bu gün istərdim ki, yollar, yol nişanlarının yaranma tarixi və müxtəlif ölkələrin maraqlı yol qaydaları haqqında sizə məlumat verim. Araşdırmalardan məlum olur ki, hələ qədim dövrlərdə insanlar yolları yaratdıqdan sonra, istiqamətləri göstərmək üçün yol nişanlarının olmasına ehtiyac olduğunu hiss edib. Beləliklə də qədim insanlar zaman —zaman bir çox vasitələrdən istifadə edərək qırılan budaqlar, ağacların qabığını cızaraq çəkilmiş işarələrlə, yollar boyunca quraşdırılmış müəyyən formalı daşlarla nələrisə ifadə etmək istəyiblər. Lakin əlbəttə ki, bu məlumatverici seçim deyildi və belə nişanları çox görmək olurdu. Daha sonra insanlar işarəni mənzərədən ayırmaq barədə düşünməli olublar. Daha sonra yol boyunca heykəllər yerləşdirilməyə başlayıblar. Və beləliklə də dünya tarixində yol nişanların yaranıb.

İndi isə hazırda dünyanın müxtəlifölkələrində yol hərəkəti qaydaları barədə ən maraqlı məlumatlara nəzər salmaq istərdim.İlk olaraq şimal qonşumuz olan Rusiyadan başlayaq.Bu ölkədə avtomobili çirkli halda idarə etmək qadağandır. Buna baxmayaraq, yollar çirkli olduğu üçün rusların bu qaydaya o qədər də əməl etmir və belə desək qanun müəyyən mənada işlək deyil.

Dünyada təhsil və turizm sektorunda məhşur olanFinlandiyada isəsürücü radio dinləmək üçün illik ödəniş etməlidir. Ödəniş etmədən yolda radioya qulaq asan sürücü hər an cərimələnmə təhlükəsindədir.

ŞimaliKipr dövlətindəavtomobil idarə edərkən su içmək qadağandır. Buna görə, cərimələr tətbiq oluna bilər.

Dünyanın ən inkişaf etmiş ölkələrindən olanKanadanın Ontario əyalətində ədviyyatlı bir şey yedikdən sonra taksiyə minmək qadağan olunub.Ağzından pis qoxu gəldiyi halda taksidən istifadə edən sərnişinlərdə cərimələnir.

İslam dünyasının mərkəzi —Səudiyyə Ərəbistanda isəqırmızı işıqda keçən sürücü 3 gün müddətinə həbs olunur.Ölkədə yol-nəqliyyat hadisələrində yaralanan və ölənlərin sayı digər ölkələrlə müqayisədə olduqca azdır.

Avropanın ən qədim ölkələrindən olanİtaliyada da yol hərəkəti qaydalarına çox həssas yanaşılır. Bu ölkədə millət vəkilləri 21 yaşı tamam olmayan sürücülərə içkili vəziyyətdə sükan arxasında oturmağı qadağan edən qanun layihəsi irəli sürüblər.

Avstriyada isə videoregistratorlar rəsmi olaraq qadağandır. Bu cihazlardan istifadə şəxsi həyata müdaxilə hesab olunur.

Dünyada bank sektorunun ən inkişaf etmiş ölkələrindən olanİsveçrədə bazar günləri avtomobili yumaq qadağandır. Səbəb isə bazar günü kənardakıları narahat edə biləcək işlər görməməyə çağırışdır.

Fransada avtomobillərin yeni istehsal olunanvaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduqları qanun qəbul edilib. Qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunub. Qanun qənul olunangünün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlinməyib. Səbəb isə sürücü qadınların yaşının 30-dan artıq olduğunu gizlətmələri olub. Bir müddət sonra qanun layihəsi ləğv olunub.

Şərqin parlayan ulduzu —Yaponiyada su gölməçəsinə girib piyadanı isladan sürücü cərimə ödəməli olur.

Öz magistral yollarındakı nizam-intizamı ilə seçilən Almaniyada isəmagistral yolda benzinin qurtarması yasaq olunub.Avtomobilin benzini yolda qurtardıqda sürücü cərimə oluna bilir.

Şimali Amerikanın macəra dolu ölkəsi —Meksikadaqadınlara sükan arxasında makiyaj etmək qadağan olunub.

Bundan başqa, Fransa, Finlandiya və İspaniyada radar-detektordan istifadə qadağandır.

Hətta buna görə,Lüksemburq, Belçika və İsveçdə 3 aydan 8 ilədək həbs cəzası da tətbiq olunur. Məhz bunun üçün də insanlar bu mövzuda çox diqqətlidirlər.

Sonda hamınıza yolunuz açıq olsun deyirəm…

Hazırladı :Bünyamin Bünyadzadə