adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2018 10:07
14209
DÜNYA

Sudanda əl qumbarası ilə oynayan 5 uşaq ölüb

Cənubi Sudanda əl qumbarası ilə oynayan 5 uşaq ölüb.

 

Adalet.az-ın "The East African” nəşrinə istinadən verdiyi xəbərə görə, bədbəxt hadisə Cənubi Sudanın İmotonq vilayətində qeydə alınıb.

 

Tapdıqları əl qumbarası ilə oynayan uşaqlar onun təhlükəli olduğunu bilməyiblər. Uşaqlardan birinin qumbaranı yerə çırpması nəticəsində partlayış olub. Ölənlərdən 3-ü oğlan, 2-si qızdır. Onlardan üçü hadisə yerindəcə ölüb. Uşaqlardan ikisinə xəstəxanada lazımı yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.