adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 19:00
101
DÜNYA
A- A+

Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb - BMT

Bu ilin əvvəlindən bəri Sudanda PUA hücumları nəticəsində 700-ə yaxın mülki vətəndaş ölüb.

Adalet.az xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Sudan müharibəsinin ildönümü ilə bağlı çıxışında bildirib.

Fletçer əlavə edib ki, 2023-cü ilin aprelində başlayan müharibənin dördüncü ildönümü qaranlıq bir mərhələyə təsadüf edir və bu müddət ərzində beynəlxalq ictimaiyyət Sudan böhranı ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməkdə uğursuz olub