Suares "Atletiko"nu seçməyinin səbəbini açıqladı
"Atletiko"nun yeni transferi Luis Suares Madrid klubunu seçməsinin səbəbi haqda danışıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu bununa bağlı deyib: "Barselona" məni satışa çıxaranda çoxlu zənglər və təkliflər gəldi. "Barselona" və "Real"la rəqabət apara biləcəyim bir komandaya keçmək istədim.
"Atletiko" həmişə çempionluq uğrunda sona qədər mübarizə aparan rəqabətçi bir komandadır və onlar üçün oynaya biləcəyim anı səbirsizliklə gözləyirəm. Komandaya irəliləməyə və vacib qələbələr qazandırmağa kömək etmək istəyirəm".
Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da oynayırdı. O, Kataloniya klubunun heyətində ümumilikdə 283 matçda 198 qol vurub.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00