adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2019 10:46
30471
ƏDƏBİYYAT

Su şırıltısı ... - Meyxoş Abdullah yazır

(hekayə)

Onunla təyyarədə tanışolduq. İstanbul Bakı reysiylə uçan təyarədə yerimiz yan-yana idi. Təyyarəhavaya qalxanda dərindən köks ötürdü və oturacaqdan bərk-bərk yapışaraq, hürkəknəzərlərlə mənə baxdı. Baxışlarındanhiss etdim ki, o yüksəklikdən qorxur. Bu qorxu hissini onun canından çıxartmaqüçün, əvvəlcə, otutacaqdan bərk-bərk yapışan əllərindən tutmaq istədim. Sonra nəfikirləşdimsə, ağlımdan keçən bu fikirdən vaz keçdim. Gözlərimi onun gözlərininiçinə zillədim və demək istədim ki; -qorxmayın, siz burada tək deyilsiniz.

Təyyarə havaya qalxandan sonra, o bir azca sakitləşdi.Oturacaqda yerini rahatlayaraq, dərindənköks ötürdü və nəzərlərini təyyarənin salonuna dikdi. Onun sakitləşdiyinigördükdə mən də arxayınlaşaraq öz yerimi rahatladım.

Yol yoldaşım qürurlu qadına oxşayırdı. Bayaq, anibaxışlarından, gözlərinin rənginə kimi fikir vermişdim. Bir azca yaşıla çalan cazibədargözlərinin dərinliyində, sanki keçmiş xatirələri mürgü vururdu. Səliqə ilədaranaraq çiyinlərinə tökülmüş xurmayi saçları dağ döşümdən süzülən şəlaləyə bənzəyirdi.Dalğavari saçlar onun bir azca uzunsöv, ağ sifətinə özgə bir yaraşıq verirdi.Barmağındakı iriqaşlı üzük, qolundakı böyük həcmli saat və boynundakı gümüşü həmayilnəzərlərimdən qaçmadı. Adətən rəsmi işlərlə məşğul olan qadınlar bu cür aqsesuarlardan istifadəedirlər.

Qadının ciddi görkəmi onu bir azca yaşlı göstərirdi. Amma sir-sifəti çox təravətli idi. Üz-gözündə bircə dənədə olsun qırış gözə dəymirdi. Qırmızı rəngə boyanmış dodaqları isə onun sifətinidaha cazibədar göstərirdi. Hiss olunurdu ki, bu qadının cavanlığı çox ürəklərə dağ çəkmişdir.

O, təyyarənin pəncərəsindəngöylərin ənginliklərini seyr edirdi. Adətən dalğın və fikirli adamlar beləedirlər. Onlar fikirlərini dağıtmaq üçüngözlərini bir nöqtəyə zilləyərək, uzun-uzadı xəyala dalırlar.

Oğrun nəzərlərlə ona baxırdım. Elə bil onuhardasa görmüşdüm. Amma belə bir ciddi qadını harada və nə vaxt gördüyümüxatırlaya bilmirdim. Əslinə qalsa, bəlkə də, onu ilk dəfə idi ki, görürdüm. Ancaq ilk baxışdan hardasagördüyüm bir adam kimi o mənim diqqətimi özünə cəlb etmişdi.

Qadınlar kişilərin həmişə maraq dairəsində olurlar. İllah ki,uzaq səfərlərə çıxanda. Təyyarədə, qatarda qadınlarla yolyoldaşı olmaq çoxmaraqlı və yadda qalan izlər buraxır insanın qəlbində.

Onunla yaxından tanışolmaq istəyirdim. Onsuz da bir neçə saatdan sonra mənzil başına çatıbayrılacaqdıq. Onun, bayaq təyyarə havaya qalxarkən azacıq qorxmağı indi söhbətimizüçün mövzu ola bilərdi, düşündüm. Ona görə də, ehmalca:

- Xanım, dahaqorxmursunuz ki? - deyə özümdə cəsarət tapıb soruşdum.

O qəfil səsdəndiksinən kimi oldu. Tezcə də, üzünü çevirib mənə baxdı və gülümsədi. Gülümsəyəndəsağ gözü bir azca qıyılan kimi oldu. Bu halı ona çox yaraşıq verirdi. Sankiutancaq bir qız təsəvvürü yaratdı adamda. Qadınlar gülümsəyəndə çox gözəlolurlar, sanki məşhur rəssam Leonardo da Vinçinin Mono Lizası kimi...

Onu xəyallar aləmindən ayırdığım üçün məndəninciyəcəyini zənn etdim. O isə:

- Yoox... Daha qorxmuram.Bu hal məndə həmişə belə olur. Əslində, işimlə bağlı səfərlərdə çox olduğumagörə, təyyarədən tez-tez istifadə edirəm. Amma hər dəfə ayaqlarım yerdən üzüləndəbeləcə həyəcan keçirirəm. Axı, biz yer adamıyıq, həm də, torpağa çox bağlıyıq, - dedi və yenə dəgülümsədi.

Təəccübləndim. Elə təəccübləndimki, hətta, o da mənim bu həyəcanımı hiss etdiyindən bir müddət gözlərini məndənçəkmədi.

Məni heyrətə gətirənonun səsi idi. Onun səsi ecazkar və nota köçürülməmiş həzin bir musiqini xatırlatdı mənə. Bəlkə də, məşhurmusiqiçi Şopenin Pianoçusu kimi... Bu səsin həzinliyini bütün varlığımda hissetdim. Bu səs, sanki ilmə-ilmə, damla-damla canıma, qanıma hopurdu. İnsan qəribəməxluqdur, başına gələcək hadisələri, elə bil, qabaqcadan duyurmuş kimi özünü həmişəona hazırlayır. Ürəyimə danmışdı ki, bu səs əbədi olaraq yaddaşima həkkolunacaqdır.

Qadın mənim halımısifətimdəki cizgilərdən hiss etmişdi. Odur ki:

- Nə oldu sizə, birtəhəroldunuz? – Olmaya, siz də təyyarədən qorxursunuz? – deyə soruşdu. Bu sözləri mənədeyərkən onun dodaqları qaçdı və o, xəfifcə gülümsədi.

Mən yuxudaymış kimiayıldım, onun mənə dikilmiş baxışlarının altında bir azca özümü itirən kimioldum. Hətta, məndə bir azca çaşqınlıq da yarandı. Anlaya bilmədim ki, o məndənnə soruşdu. Bir az keçəndən sonra ağlıma gəldi ki, xanım məndənnarahatçılığımın səbəbini soruşur və o məndəncavab gözləyir. Odur ki:

- Heç, sizin səsinizçox gözəldir! - dedim.

O, gülümsədi vəqaşlarını çataraq:

- Ahaa, hətta... Bukomplimentdir, ya? – deyə o, başını astaca yırğaladı.

Mən bir azcasıxıldım. Anladım ki, tanımadığım bir xanıma bu cür sözlər demək, onun mənimhaqqımda düşüncələrini dəyişə bilərdi.

O, sanki mənim narahatçılığımı gözlərimdənoxuyurmuş kimi:

- Necədir səsim, deyin, mənim üçün dəmaraqlıdır?

- Səsiniz çox gözəldir...Amma səsinizin nəyə bənzədiyini, doğrusu, təsəvvürümə gətirə bilmirəm, həm dəbunu elə bu dəqiqə sizə izah edə bilmərəm.

O gülümsədi.

- Çox sağ olun, səsimingözəl olduğunu bilirəm. Bir daha bunu mənə xatırlatdığınız üçün sizə minnətdarlığımı bildirirəm. Amma çox istərdimki, səsimin nəyə bənzədyini mənim özümə də deyəsiniz. Bu mənim üçün çox xoşolardı.

Mən duruxdum vəhandan-hana:

- Doğrusu, tam yəqinedə bilmirəm. Amma səsinizi təbiətin hansı ecazkar füsunkarlığınasa bənzədirəm...

O, bu sözlərimdən xoşhalolmuş kimi:

- Nə gözəl. İndiyəkimi bunu mənə deyən olmamışdı. Sözləriniz xoşuma gəldi. Amma mənim üçün də maraqlıdır,görəsən səsim təbiətin hansı füsunkarlığını özündə əks etdirir. Bunu mütləq tapın və mənə də deyin, - deyə o gülümsədi. –Hə, onu da deməliyəm ki, - deyə xanım əlavə etdi. - Siz də yaxşı insanaoxşayırsınız.

- Bunu nədənbilirsiniz? – deyə soruşdum.

- Mən bəzəninsanların daxili aləmini görə bilirəm!

- Doğurdan?!

- Əlbəttə. Bax, sizədeyim, sizin daxili aləminiz yaradıcılıq planlarnızdan daha maraqlıdır. Həm də,sizin ətrafınız tərəfindən duyulmamaqbir probleminiz də vardır, düz deyirəmmi?

- Siz mənim yazıçıolduğumu hardan bilirsiniz? – deyə maraqla soruşdum.

- Mən demədim ki,siz yazıçısınız, dedim ki, siz yaxşı insansınız. Sizin nə yazdığınızdan mənim xəbərimyoxdur, amma hiss edirəm ki, siz xeyirxah insansınız.

Onun bu sözlərindənsonra özümə gəldim və hiss etdim ki,xanım ciddi olduğu qədər də mehribandir.Onunla ünsiyyət qurmaq istəyirdim, ona görə də ürəyimdən keçdi ki, özümhaqqında ondan nə isə bir şey də soruşum. Məsələn, soruşum ki, mən bir yazıçıolaraq nəyi daha çox sevirəm? Ağlıma gələnbu sualı elə belə də ona verdim:

- Siz dediniz ki,insanların iç dünyasını oxumağı bacarırsınız. Onda deyin görək, mən ən çox nəyisevirəm?

Qadın mənalı-mənalıüzümə baxıb gülümsədi və:

- Deyimmi?- soruşdu.

- Əlbəttə, deyin! –deyə sevincək dilləndim.

- Siz ən çox dənizisevirsiniz!

Yerimdən dikatıldım. Bu hərəkətim elə anidən və gözlənilməz oldu ki, xanım da diksindi.

- Nə oldu sizə?

- Düz tapdınız. Bunuhardan bildiniz? – deyə soruşmaq istədim. Amma bayaq onun; - "mən insanlarıtanıyıram” fikrin yadıma salıb susdum.

- Demək dənizisevirsiniz? – deyə xanım başını buladı. - Mən də dənizi sevirəm, özü də çoxsevirəm. Dəniz mənim sirrlərimi saxlayan tək dostumdur. Bilirsən, o necə sirrsaxlayır?

- Bilirəm, - dedim.Mən də sirrlərimi dənizə danışıram.

- Sizin də sirrinizolur? Axı, kişilər sirr saxlamağı sevmrlər.

- Baxır kimə? –dedim.

- Hə, sizyazıçısınız, sizin ürəyiniz dolu olar, - deyə xanım mənalı-mənalı gülümsədi.

Onun nəyə işarəvurduğunu anlasam da susdum. Susdum ki, söhbət başqa bir məcrayə yonəlməsin.

- Türkiyədə istirahətdəydinizmi?– deyə soruşdum.

Üzümə baxıb gülümsədi və:

- Yox, iş dalısıncagöndərilmişdim.

- Bəs, siz? Yəqin ki,yaradıcılıq ezamiyyətindəydiniz?

- Hə, elədir, bir azyazı-pozu işlərim vardı, onları həll etməyə gəlmişdim.

Düşündüm ki, bu məqamdaonun nə işlə məşğul olduğunu soruşmaq yerinə düşərdi. Odur ki, dedim:

- Bəs siz? Sizin işiniz nədən ibarətdir?

O üzümə baxıb gülümsədivə mənalı-mənalı başını bulayıb:

- Bağışlayın, beləhallarda susmağa üstünlük verirəm. Susuram ki, ürəyimdəkiləri deyə bilim.

O dəqiqə səhvimianladım və yersiz sualıma görə üzrxahlıq etmək istədim. Amma, nədənsəbacarmadım. Hiss etdim ki, o məni bağışlayıbdır.

Gözlərimi yumub bir azca yatmaq istədim. Elə həminanda o ecazkar səs məni diksindirdi:

- Nədən yazırsnız? –soruşdu.

- Hər şeydən, ailə-məişətmövzuları, cəmiyyətdə baş verən hadisələr... sevgi, məhəbbət. İndi yazmağa mövzu çoxdur. Amma ən çoxyazdığım və mənə uğur gətirən Qarabağhaqqında mövzulardır.

- SizQarabağlısınız?

- İndi biz hamımızQarabağlıylq xanım, - deyə cavab verdim.

- Hə, düzdeyirsiniz. Qarabağ bizim hamımızın dərdidir.Qarabağdan danışanda kövrəlirəm. Axı,anam Şuşalıdır, - deyə qadın dilləndi və dərindən ah çəkdi... Bir qədər sonra:- Onda siz cənublusunuz, elə deyilmi? – deyə soruşdu.

- Elədir! Bəs, sizbunları...

Sualımı tamamlamağaimkan vermədi.

- Cənublular,mehriban və çox danışan olurlar, - dedi. – Həm də, tez küsəyən, - deyə güldü.

Onun bu ərkyanalığıçox xoşuma gəldi...

... Nəhayət, səfərimizbaşa çatdı.

Təyyarə limanındaonun yüklərinə kömək etdim. Hara gedəcəyini soruşdum, bəlkə bir kömək lazımolduğunu dedim.

Gülümsəyərək:

- Narahat olmayın, məniçıxışda gözləyirlər, - dedi. Sonra: - Siz telefon nömrənizi verin, mehriban insan olduğunuza, həm də əsərlərinizəgörə mütləq sizi axtarmalı olacağam! - dedi.

Ona telefon nömrəmiverdim. Gözləyirdim ki, o da mənə öz telefon nömrəsini versin. Hətta, onuntelefon nömrəsini qeyd etmək üçün hazırlaşırdım da. O isə bircə kəlmə dedi:

- Mən siziaxtaracağam!

Sonra sürətliaddımlarla çıxışa tərəf getdi.

Çıxışda onu biri hərbiçiolmaqla üç nəfər qarşıladı. Gözləyənlər onu görən kimi farağat vəziyyət alıb, hərbiqaydada salam verdilər.

O maşına oturanda ötəri də olsa, ətrafa nəzər saldı. Hiss etdimki, uzaqdan da olsa mənimlə xudahifizləşmək istəyir. Məni gördüyünü bilmədim,çünki maşına oturarkən gözünə taxtığı qara eynək onun hansı səmtə baxdığını məndəyəqinlik yarada bilmədi. Amma mən qara rənglixarici maşın gözdən itənəcən onu izlədim.

Maşın gözlərimdənyox olanadək yerimdən tərpənməyib, duruxub qaldım. Bu qadın kimdir? - deyəöz-özümə sual verdim. Cavabsız sual bir müddət beynimdə ilişib qalaraq, oqadını mənə xatırladırdı.

Bu hadisənin üstündənbir müddət vaxt gəlib keçdi. Hər xarici səfərlərə gedəndə, xüsusən də, Türkiyəsəfərlərim zamanı gözüm o xanımı axtarırdı.Keçən bu vaxt ərzində bir dəfə də olsun onunla rastlaşmadım... Amma səsi vəbaxışları əbədi olaraq yaddaşıma hopmuş, o gözəl xanım üçün hiss edirdim ki,darıxıram. Özümü danlayırdım ki, niyə görə onun telefon nömrəsini almadım. Heçolmasa, adını öyrənəydim, bəlkə soraqlaşıb onu birtəhər tapa bilərdim. Bunlarıetmədiyim üçün çox peşiman idim.

Bu əhvalatın üstündənbir neçə ay ötmüşdü. Vaxtım olandan, olana dəniz kənaraına gedib düşüncələrədalar, adətim üzrə dənizlə söhbət edirdim.

Bu gün də belə günlərdənbiri idi. Günəş hələ çıxmamışdı. Ətraf çox sakitlik idi. Dənizin qırçınlı ləpələriadamın yorğun əhvalına, elə bil sığal çəkirdi. Bərk düşüncələrə dalmışdım. Birdənqulağıma qəribə bir səs gəldi. Bu səs, sanki qərinələrin dərinliklərindən gəlirmişkimi məni diksindirdi:

- Salam, sabahınızxeyir olsun, dənizin dostu! - deyə kimsə dilləndi.

Bu səs, onun səsiidi... Hansı ki, bir neçə ay bundan qabaq təyyarədə tanış olduğum qadının səsi.

Geri çevrildim.İdman paltarında, gözündə qara eynək olan bir qadın dayanmışdı arxamda. Mütənasibbədən qurluşu idmançılarda olduğu kimiydi. Elə bil bürüncdən yonulmuş heykəlidi, dübbədüz dayanmışdı. Özümü itirən kimi oldum. O bunu hiss etdiyindən, əlinimənə tərəf uzadıb:

- Xoş gördük sizi,hörmətli yazıçım.

Əlimi ona tərəfuzatdım. Əlim, elə bil bir topa pambığa dəydi, onun əli yumyumuşaq idi.

- Necəsiniz, nə xoştəsadüf? - deyə soruşdum.

- Mən demək olar ki,səhərlər tez-tez gəlirəm dəniz sahilinə, təbii ki əlavə bir işim çıxmayanda.

- Mən isə şəhərə yolum düşəndən düşənə gəlirəm bura. Nəişim olsa, birinci növbədə dənizə baş çəkirəm.Demişdim axı sizə, dənizi çox sevirəm.

- Hə, dənizisevdiyinizi bilirəm. Şəkillərinizdən görmüşəm. Bəs, necə, - dedi, - sizinlətanışlıqdan sonra haqqınızda çox şey öyrənə bildim? Hətta, əsərlərinizi oxumağada vaxt tapmışam. Açığını deyim ki, gözəl yazırsınız.

- Doğurdan? – deyəsevncək soruşdum.

- Hə, əlbəttə, sadə və şirin dildə. Doğrusu, kitab oxumağa vaxtımaz olur, amma əlimə yaxşı əsər keçəndə mütləq oxuyuram. Mənimki, musiqidir, birdə rəsm əsərləri çəkmək. Boş vaxtlarımda bunlarla məşğul oluram. Birdə ki, səhərlərvə işdən sonra bu sevimli dəniz. – Evimiz bura çox yaxındır, beş-on dəqiqəlikyoldur. – Bəs, siz harada olursunuz? - deyə qadın soruşdu.

- Mən rayonda yaşayıram,işimlə bağlı tez-tez şəhərə gəlib gedirəm.

- Şəhərdə evinizolmamış olmaz? – deyə soruşdu

- Yox! – deyə cavabverdim. Gələndə dost, tanış evində, çox vaxt da mehmanxanada qalıram.

- Bəs, bu tezdən dənizsahilinə haradan gəlib çıxmısınız?

- Rayondan?

- Yaxı da, zarafat etməyin?

- Həqiqi sözümdür,ala-qaranlıqdan durmuşam, günəş çıxmamış özümü şəhərə çatdırmışam. Maşınla iki-üçsaatlıq yoldur.

- Çox sevdim sizin dənizsevdanızı. Həqiqətən, qibtə olunasıdır. - Bəs, niyə şəhərə köçmürsünüz?

- Çox istəyirəm,köçüb gəlim Bakıya, amma imkanım yoxdur. Bu yaşımda da, kirayədə qalmaq mənə çətinolar.

- Hə, elədir, hərişin öz vaxtı var, gərək işlərini vaxtında görəsən. - Gəl, belə edək, görürəm evdən tez çıxdığınıza görə, nahar da etməmisiniz,gedək bizə yaxşıca nahar edək. Sizə gözəl kofe dəmləyim, bir az söhbət edək.Sonra hara istəsəniz gedə bilərsiniz, yaxşımı?

Onun bu təklifi mənəqəribə gəlsə də, amma ürəyimdən oldu.Etiraz da edə bilməzdim. Birdə ki, bu qadın haqqında ürəyimdəki gizli marağım mənədərhal onunla razılaşmağa məcbur etdi.

Xanım, yaxınlıqdakıbağ evlərindən birinin darvazasınınqapısını açarla açanda hiss etdim ki, o bu evdə tək yaşayır. Həyətə girəndəgül-çiçəkli bir mənzərəylə rastlaşdıq. İlk gözümə dəyən iri tut ağacı oldu. Biraz kənarda isə gözəl şaftalı ağacı vardı, meyvəsi çox olduğundan budaqlarınınucu yerə dəyirdi. Həyət olduqca səliqə, səhmanlı idi. Hər şey onun özünəoxşayırdı.

Biz otağa keçdik, dəbdəbəli olmasa da, şəhərevlərinə xas olan gözəl arxetekturnümunələri ilə bəzədilmiş otaqları göz oxşayırdı.

Qonaq otağı yığcam vəsəliqəli idi. Divarlarından gözəl tablolar asılmış otaq adamın zövqünü oxşayırdı.

Birlkdə naharetdik. Doğrusu, çox sıxılırdım. O bunu hiss etdiyindən gülə-gülə:

- Hörmətli yazıçı, mənsizin adınızı bilirəm, əsərlərinzi oxuyanda tanış olmuşam, amma siz nə təyyarədə,nə də indi heç mənim adımla maraqlanmamısınız?

- Doğrusu, elə bilayılan kimi oldum. Qadının həddən artıq ciddi olması onun adını soruşmağa çəkindirmişdiməni.

- Elə isə, buyurun,xahiş edirəm, adınızı deyin! - deyə cəsarətləndim.

- Adım Aliyədir. Elə belə də müraciət edə bilərsiniz.

- Gözəl adınız var,- deməyə özümdə güclə cəsarət tapdım. Bunu o da hiss etdi.

Səhər yeməyindənsonra məni kitabxanasıyla tanış etdi. Onun kitabxanası çox zəngin idi. Nadirkitab nümunələrinin ötəri də olsa gözümə dəyməsindən hiss edirdim bunu.

Onun iş otağınakeçdik. Başqa otaqlarda olduğu kimi iş otağında da, divardan asılmış çoxlu tablolararast gəldim. Tabloları mənə göstərərək:

- Çoxunu özüm çəkmişəm, - dedi.

Doğurdan da, çoxgözəl rəsm əsərləri idi.

Divarın bir küncündə,səliqə ilə asılmış hərbi geyim formasını görəndə təəccübləndim. Və o andadüşündüm ki, bu qadının həyat yoldaşı hərbiçidir. Amma diqqətlə baxanda bu hərbiformanın qadının özünə aid olduğunu gördüm. Tezcə də fikrimdən daşındım və tamyəqinliklə əmin oldum ki, bu xanım özü hərbiçidir,özü də lap böyüyündən. Çünki hərbi formanın çiyinlərindəki iri ulduzlar mənəfikrimi təsdiqləməyə imkan verirdi. Ondan heç nə soruşmadım. Fikirləşdim ki, əgər evində olduğum bir saat ərzində bu xanım özühaqqında bir məlumat verməyibsə, demək soruşmağa da dəyməz.

Bir azdan Aliyəxanıma gedəcəyimi bildirdim.

- Özünüz bilin getməkistəyirsinizsə gedin. Əgər qalmağa yeriniz yoxdursa, çəkinməyin, qala bilərsiniz,evimiz genişdir - dedi.

- Yox, əziyyət verməyim.Getsəm yaxşıdır, - dedim.

- Hə, onda özünüz bilənməsləhətdir. Yəqin ki, biz yenə də görüşəcəyik, - dedi. – Axı, hər ikimiz dəniziçox sevirik.

- Əlbəttə, görüşəcəyik!– dedim.

Ayrılan zaman:

- Sizin davranışınız çoxxoşuma gəldi, gözəl yazıçı olmağınızla yanaşı, həm də gözəl insansınız, - dedi.

Ona təşəkkür etdim. Amma öz-özümə yolboyu sual verirdim: - Axı, buhərbiçi qadın kimdir?! Nə işin sahibir?! Bu fikir uzun müddət mənim beynimdənsilinmədi.

Bir də onunla təxminənbir ay sonra, sentyabr ayında görüşdük. Yenə dənizkənarı parkda. Həmin günü çoxkövrək idim. Elə dolmuşdum ki... Sən demə, Aliyə xanım kənardan mənə gözqoyurmuş. Hətta, dənizlə söhbət etməyim də onun gözlərindən yayınmamışdı.

- Yaman dərdləşirdindənizlə, xeyir ola, bir hadisəmi baş verib? – soruşdu.

- Yox, nə hadisə,sadəcə olaraq, bura gələndə çox kövrəlirəm. Çünkü bura mənim qibləgahımdır.Burada mən təmizlənirəm.

- Qəribə insansınız, dərdinizi açmağa bu böyüklükdə şəhərdə bir kimsəniz yoxdurmu?Necə olsa, tanınmış yazıçısınız. Sizə rəğbət bəsləyən qadınlar olar.

- Var, niyə yoxdur?- deyə gülümsədim.

- Aha!.. Dedim axı,bizim yazıçı bu cür gözəl əsərləri elə beləcə havadan yazmaz. İlham pərinizçoxdurmu? – deyə, gülə-gülə soruşdu.

- Yox, birdənədir. Hərdəfə bura yolum düşəndə ancaq onunla görüşürəm. Məni bu şəhərdə qarşılayan da odur, yola salan da.Nə gizlədim, sevirəm onu?

- Çox gözəl. O dasizi sevirmi?

- Sevən vaxtları daolur, sevməyən də. Arada mülayim olur, arada kükrəyib, əsib, coşur. Belə də,bir-birmizi yola veririk.

- Anlamadım sizi, yənisiz də...

- Aliyə xanım, bu dənizisiz tanımırsınız? Arada sakit olur, arada da aləmi vurub dağıdır.

Əsmər xanım söhbətinnədən getdiyini indi anlayırmış kimi bərkdən güldü. Onun gülüşü çox gözəl idi.Amma mənə elə gəld ki, o, ömründə birinci dəfəydi ki, belə ürəkdən gülürdü...Özümü saxlaya bilməyib:

- Aliyə xanım, siz niyə belə qəmlisiniz? Həyatınızdanə isə bir hadisəmi baş verib?

O duruxdu. Sifəticiddiləşdi. Üzünü mənə tərəf tutub dedi:

- Sizdən birinci vəsonuncu dəfə xahiş edirəm. Bir də şəxsi həyatımla bağlı mənə sual verməyin. Mənbelə sualları xoşlamıram.

Doğrusu, pərt oldum. Axı, mən niyə belə etdim,düşündüm?

O mənim belə bir vəziyyətə düşdüyümü dərhalhiss etdi. Pərtliyimi aradan qaldırmaq üçün qoluma toxundu və:

- Mən sizinxatirinizi çox istəyirəm, inanın. Amma insan həyatında elə məqamlar var ki,onlar sirr olaraq insanla birlikdə həyatdan köçməlidir. O sirri heç kəsə açmaqolmur. Deyiləsi sözləri də gərək zamanı gələndə deyəsən. Sizə deyiləsi sözlərimolacaq, amma indi zamanı deyil.

Hiss etdim ki, Aliyəxanım mən tanıdığım xanımlardan deyil. Onə isə sirrli bir dünyanın adamıdır. Ona görə də, özümə söz verdim ki, bir dahaondan, mənə aid olmayan məsələlər barədə soruşmayacağam.

İllər gəlib keçdi,Aliyə xanımla görüşümüz ancaq dəniz sahilində olurdu. Onun haqqında, demək olarki, heç nə bilmirdim. Görüş zamanı daancaq ədəbiyyatdan, siyasətdən danışardıq. Arada da kefinin duru vaxtı mənə sataşardı.Deyərdi: - Sizin bu dəniz sevginiz mənim xoşuma gəlir. Çox sədaqətlisiniz sevginizdə,- söyləyirdi. Amma dəniz sizdən mənə arada şikayət edir, az-az görünürsünüz? -deyirdi.

- Bunu dəniz deyir,ya siz deyirsiniz, Aliyə xanım? – deyəsoruşurdum.

- Eləmən də, dəniz də... Hər ikimiz sizi çox istəyirik. Bir fikirim var, baştutsa dənizlə sizi qovuşduracağam.Doğrusu, qibtə edirəm sevginizə, mən də ömrümboyu belə bir sevginin həsrətindəolmuşam, - deyə etiraf edərdi.

Onunla söhbətimizçox vaxt çətin olurdu mənə. İçində dünyanın sirrini yığıb saxlamışdı, elə bil.Soruşmağı da mənə qadağan etmişdi. Onu çox istəyirdim, hiss edirdim ki, oqadını sevirəm. Məni başa düşməyə bilməzdi, amma heç vaxt bunu büruzə vermək istəmirdi. Bu insanın, bəzən qadınolduğuna şübhə edirdim. İçimdə ona qarşı olan maraq didib parçalayırdı məni. Onunqollarından yapışıb, gözlərinin içinə baxaraq: – Aliyə xanım, axı siz kimsiniz? - soruşmaq istəyirdim ondan.

Bəzən qəlbinə dəyirdim,uşaq kimi kövrəlirdi, küsürdü. Ondan bağışlanmağımı xahiş edirdim, o dəqiqə günahımdan keçirdi.

Son günlər ona qarşıolan istəyim çox artmışdı. Hiss edirdim ki, onsuz darıxıram. Amma o, məni hələdə özündən kənar saxlayırdı. Səsi gecələr yuxuda qulaqlarıma gəlirdi. Bu səsin sehiri mənimdünyamı əlimdən alırdı, elə bil. Hələ də, bu səsin nəyə bənzədiyini tapa bilməmişdim.Hər görüşümüz zamanı soruşurdu: - Mənimsəsimin ahəngini tapa bildinizmi? Onun bu sözündən sonra utanırdım. Acizanə şəkildəüzr istəyib deyirdim: - Aliyə xanım, axtarıram, bir gün mütləq tapacağam!..

Son görüşümüz onunlaçox kədərli oldu. Dəniz kənarında görüşdük. Güllü don geyinmişdi. Çox gözəlgörünürdü. Ayağındakı hündürdaban tuflisi onun boyunu bir az da uca etmişdi. Bugörkəmində o daha baxımlı görünürdü.

- Bizə gedəcəyik! - dedi.

Doğrusu, onun bu təklifi mənə qəribə gəldi. Axı, gec idi,axşam düşürdü.

Mənim fikrə getdiyimigörüb:

- Narahat olmayın, sizi qonaq saxlayan deyiləm,söhbətim var sizinlə.

Etiraz etmədim. Dənizsahili ilə gəzə-gəzə onlara getdik.

Darvazadan içəri girəndəqapı ağzında çoxlu kitab bağlamaları, məişət, geyim əşyaları və tablolar qalaqlanmışdı. İlk ürəymə gələn buoldu ki, Aliyə xanım, deyəsən, harasa köçür. Amma onunla şərtləşdiyimizə görə şəxsiişləri barədə ondan heç nə soruşmamalıydım.

Evə keçdik. Otaqlarda da bağlamalar yığılıbqalmışdı. Yenə bu barədə ondan heç nə soruşmadım.

Məni iş otağına dəvətetdi.

- Bura gəlin, sizinlə vacib söhbətim var, - dedi.

Aliyə xanım iş otağında olan kitab dolabının siyirməsiniçəkdi və oradan iki kağız qovluq çıxartdı. Sonra qovluqlardan birini mənimqarşıma qoyub; - aç, oxu! - dedi.

Özü isə mənimlə üzbəüz oturdu və əlini çənəsinə qoyub nəzərləriniüzümə dikdi.

Heç nə başa düşmədim.Qovluğu açdım. İlk gözümə dəyən, meşənin içərisində, çay qırağında olan gözəlbir ev şəkli oldu. Ev çox gözəl idi. Hər tərəf meşəlik, ağaclar yam-yaşıl. Uzaqdan sıralanıbgedən sil-silə dağlar bu mənzərəyə özgə bir yaraşıq verirdi. Adam bir anlığaözünü bu füsunkar gözəlliyin qoynunda hiss edirdi. Meşənin içərisində inşaedilmiş bu ev məxsusi bir ev idi. Kimin üçünsə xüsusi zövqlə tikilmişdi.

- Gözəl evdir dedim,çox gözəldir. Adamın belə bir evi ola, - deyə, pıçıldadım.

- Qovluğun içində bir yazı var, indi zəhmətolmasa açın, o yazını oxuyun! - deyə, Aliyə xanım dilləndi.

Şəkli kənara qoyub,yazını oxumağa başladım. Orada belə yazılmışdı: – "Əzizim, Aliyə xanım, artıq mən çoxqocalmışam, demək olar ki, ömrümün son anlarını yaşayıram. Lənətə gəlmiş bu xəstəlikmənim canımı almaqdadır. Ömrümün sona çatdığını hiss edirəm. Çox az qalıb ömrümə,bəlkə də sanlı günlər... Sənin belə bir ev arzuladığını bilirdim.Xatırlayırsan, orta məktəbin sonuncu sinifində oxuyanda sənin maraqla baxdığınvə: - kaş, gələcəkdə belə bir evimolaydı? - dediyin o şəkildəki evin neçə illərdir ki, inşasıylaməşğulam. Artıq ev tikilib tamamlanıbdır. Evin bütün sənədləri hazırdır və sənin adınayazılıbdır. Vəsiyyət etmişəm ki, mən öləndən sonra bu sənədlər sənə çatdırılsın.Çox xahiş edirəm gəlib evinə sahib çıxasan.Qoy, mənim də ruhum şad olsun. Ömrünün sonuna kimi səni qəlbən sevəninsan!”

Məktubu oxuyandansonra gözlərimi Aliyə xanımın gözlərinin içinə dikdim. O ağlayırdı... Hissetdim ki, suallarım cavabsız qalacaqdır. Ona görə də, ondan bir şey soruşmağa cəsarətetmirdim. Amma maraq mənim içimi qurd kimi gəmirirdi. Özümü heç cür ələ alabilmirdim. Odur ki, soruşdum:

- Aliyə xanım, buadam kimdir?

O gözlərindən axangözyaşlarını silərək üzümə baxdı. Bu baxışlar bir qədər soyuq baxışlar idi.

- Xahiş edirəm,mümkünsə deyin, bu adam kimdir və sizə niyə görə bu evi bağışlayır? – deyə, təkidləsoruşdum.

O əllərini qoynunaqoyub, üzünü pəncərəyə tərəf çevirdi və ata səslə:

- Həmin adam mənimorta məktəb müəllimim idi. Məni sevirmiş. Bu barədə mən heç vaxt bilməmişəm. Oneçə illər bu sevgisini sirr olaraq ürəyində saxlayıbdır. Hətta, mənə görə ailədə qurmayıbdır...

Əsmər xanım bu sözlərideyərkən çiyinləri titrədi. Hiss etdim ki, oağlayır...

Ona təsəlli üçün nəisə bir söz demək istədim. Əlini havada yelləyib, etirazını bildirdi.

- İkinci qovluğu açın,oxuyun, zəhmət olmasa, - dedi.

Əllərim titrəyə-titrəyəikinci qovluğu açdım. Orada da bir ev şəkili vardı. Amma bu şəkil birinciqovluğdakı şəkildən fərqli olaraq, əllə çəkilmişdi. Gözəl rəsm əsəriydi. Dənizkənarındakı bağ evlərindən biri idi. Eynən, Aliyə xanımın yaşadığı evə bənzəyirdi.

Bir az aralıda isə mavidəniz görünürdü. Dənizin sahilində isə bir kişi şəkli çəkilmişdi. Kişi dəniziseyr edirdi. Diqqətlə baxanda, o şəklin özümə oxşadığını yəqinləşdirdim. Aniolaraq gözlərmi şəkildən ayırıb Aliyə xanıma baxdım. O mənə baxıb gülümsəyirdi.

- Tanıdınmı onu?! –soruşdu.

- Hə, bu ki, mənə oxşayır! - dedim.

- Hə, bu sizsiniz!Bundan sonra hər gün dəniz sahilinə gedib, dənizi doyunca seyr edə bilərsiniz.Ürəyiniz istədiyi qədər dənizlə söhbət etməyə vaxtınız olacaq, cənab yazıçı.

Nə baş verdiyni,doğrusu, anlaya bilmədiymdən, yerimdəcə donub qalmışdım. Mənə elə gəlirdi ki,yuxu görürəm.

- Başa düşmədim? – deyə, təəccüblə Aliyə xanımdan soruşdum.

- Başa düşmədinsə, onda orada olan yazını da aç, oxu! - dedi.

Kağızı açıb oxudum. Yazılmışdı: - "Hörmətli,yazıçım, mən sizin xatrinizi dünyalar qədər istəyirəm. Sizin dəniz sevginiz möhtəşəmdir.Mən sizi dənizdən ayırmaq istəmirəm. Çünki sevginin nə olduğunu mən yaxşı bilirəm...Həm də, ayrılığın və həsrətin də nə olduğunu bu həyat mənə yaxşı başa salıbdır.Ona görə də, bu evimi sizin adınıza sənədləşdirmişəm. Qalın burda, yazın,yaradın... Dəniz sevginizdən də əl çəkməyin. Tanrı hər ikimizə belə bir möhtəşəmsevgi qismət edibdir. Bu çox böyük xoşbəxtlikdir,anlayırsınızmı? Bu ilahi sevgidir, bu ruh sevgisidir, bunu hər insan yaşayabilmir!” - deyə Aliyə xanım kədərli-kədərli üzümə baxdı..

Əlimdə kağız donub qalmışdım. Nə deyəcəyimi,necə hərəkət edəcəyimi özüm də bilmirdim.Sanki yuxuda idim. Bu yuxudan da ayıla bilmirdim.

Bir addım ona tərəfatdım. Yaman kövrəlmişdim... Bir himə bənddimki, hönkürüm. Əllərimi ona tərəf uzatdım. Əllərini ovcumun içinə qoydu. Biraddımlıqda dayanmışdıq. Onun nəfəsini sir-sifətimdə hiss edirdim. O da dolmuşdu. Gözlərindən yaşsüzülürdü...

Bu dəhşətli bir anidi, mənim üçün. Sanki havam çatmırdı, boğulurdum. Birdən, nə isə yadıma düşdü.Çoxdan axtardığım və arzusunda olduğum bir şeyi tapmış kimi sevindim.

Bu halımı o da hiss etdiyindən soruşdu:

- Nə oldu sizə?!

- Yadınızdadır, Aliyəxanım? – dedim. Bir vaxt məndənsoruşmuşdunuz ki, mənim səsim nəyə bənzəyir? Xatırlayırsınızmı?!

O, gözlərini geniş açaraq, baxışlarını üzümədikdi.

- Hə, əlbəttə,xatirimdədir. Təyyarədə olanda sizdən soruşdum ki, mənim səsim nəyə bənzəyir?Dediniz ki, öyrənib deyərəm. – Deyiin, öyrəndinizmi?!

Mən onun qollarındantutub, ehmalca özümə tərəf çəkdim. Etiraz etmədi. Onunla o qədər yaxındayanmışdıq ki, gözlərimiz ixtiyarsız olaraq qapanmaq üzrəydi. Gözlər ən ülvihisslərin qovuşduğu vaxt, bir də ölüm ayağında belə qapanırlar... Ürəyinin döyüntüsünühiss edirdim. Bədəni yarpaq kimi əsirdi. Onun ipək saçları barmaqlarımınarasında şırımlandıqca, köksümə bərk-bərk sığınan bir qadın bədəninin ləzzətinihiss edirdim. Dodaqlarının dəniz suyu kimi duzlu tamı bədənimə yayıldıqa özümüunudurdum. Sanki özümü dəniz sahilindəki otənha və bulud tək dolmuş, kövrək halımda olduğum kimi hiss edirdim buan.

O isə, ehmalca əlləriniciyinlərimə toxunduraraq, sanki məniyuxudan ayıldırmış kimi pıçıldayırdı:

- Ey, nə oldu sizə?Ayılın!.. Səsimi deyirəm, mənim səsim nəyəbənzəyir?!

Yaman dolmuşdum...Hıçqırığım içimi titrədirdi. Bir udum qəhər isə boğazımda ilişib qalmışdı.

O isə gözlərini gözlərimdənçəkməyərək:

- Hə, deyin, mənimüçün çox maraqlıdır, xahiş edirəm...

- Sizinsəsiniz Su şırıltısına bənzəyir, Aliyə xanım...

Onun sifəti allandı,dodaqları qaçdı.

- Hə, doğrudeyirsiniz. Yəqin, o meşədəki evin qarşısından axan çayın səsi höpub səsimə, -deyə xəfifcə gülümsədi.

- Hə, əlbəttə, bu səsdənizin səsinə oxşamır! – deyə, özümü saxlaya bilməyib hönkürdüm.