adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2024 10:54
1915
İQTİSADİYYAT

"Su resurslarımız azalmaqda davam edir" - Nazir müavini

"Qlobal iqlim dəyişikliyi artıq bir reallıqdır. Son illərdə müşahidə olunan quraqlıqlar ölkəmizdə də özünü göstərməkdədir".

Adalet.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib. O bildirib ki, Azərbaycan quraqlıqdan əziyyət çəkən ölkələr arasında ön sıralarda qərarlaşıb:

"Ölkəmizdə xüsusilə son 3 ildə taxıl sahələrinin quraqlıqdan məhv olması halları müşahidə edilir. Təkcə ötən mövsümdə dəmyə əkinləri də olmaqla, 160 min hektar sahə quraqlıqdan məhv olub. Bu, bir daha göstərir ki, indiki dövrdə su resurslarımız bizim üçün nə dərəcədə önəmlidir. Kənd təsərrüfatı intensiv inkişaf yolunda olsa da, su resurslarımız azalmaqda davam edir".

Nazir müavini qeyd edib ki, Azərbaycandakı böyük fermer təsərrüfatlarında və aqroparklarda müasir suvarma sistemləri tətbiq edilir. O əlavə edib ki, gələcəkdə müasir suvarma sistemlərindən daha geniş istifadə olunacaq.