SU QITLIĞI
Bu gün dünyanın hər yerində həm içməli su sarıdan, həm də təsərrüfatlarda istifadə olunan sudan insanlar çox əziyyət çəkirlər. Hətta Kür və Araz çayında sululuq səviyyəsi əvvəlki vaxtalara nisbətən dəfələrlə azalıb.
Bu isə o deməkdir ki, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də su qıtlığı yaranıb. Artıq Kür çayından təsərrüfat üçün istifadə olunan su çox çətinliklə nasos vasitəsilə əkin sahələrinə vurulur. Əlbəttə, su qıtlığının olması öncə təsərrüfatlara böyük ziyan vura bilər, ikincisi isə əhalinin içməli su ilə təchizatında çətinliklərin yaranması ehtimalı var. Ona görə də həm müxtəlif təsərrüfatla məşğul olan insanlar, həm də içməli sudan istifadə edən milyonlarla adam qənaət rejiminə əməl etməli və israfçılığa yol verməməlidir. Ən azından evdə, mənzillərdə, maşın yuyulan yerlərdə saatlarla su boş-boşuna axıdılmamalıdır.
EMİL FAİQOĞLU
Digər Xəbərlər
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07


Bakı -°C

