Su arxının kənarından silah-sursat tapıldı
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki su arxının yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Digər Xəbərlər
09 Dekabr 2025 10:21
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı
08 Dekabr 2025 16:07
Ana həbsdə olan oğluna telefon keçirmək istədi
08 Dekabr 2025 12:42
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11


Bakı -°C

