Strateji investisiya layihələri üzrə sənədin veriləcəyi müddət müəyyənləşdi - FƏRMAN
Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.
İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:
1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri
2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri
6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft/qaz sənayesi müəssisələrinin istehsal layihələri
7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri
8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri
9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.
Digər Xəbərlər
12 Oktyabr 2026 23:58
İranlı nazirdən İlham Əliyevlə görüşünə dair AÇIQLAMA
12 Oktyabr 2026 23:37
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”
12 Oktyabr 2026 23:21
Prezidentin sosial media hesablarında Hun Manetin səfərinə dair videoçarx paylaşıldı
12 Oktyabr 2026 18:36
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
12 Oktyabr 2026 17:59
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü - FOTOLAR
12 Oktyabr 2026 17:06
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
12 Oktyabr 2026 16:57
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
12 Oktyabr 2026 16:47


Bakı -°C

