adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2017 14:51
10709
DÜNYA

STEPANAKERTDƏ ERMƏNİ TAPILMIR?

Adətən ordan-burdantutulan erməniləri və ya əsirləri yığıb göndərirdilər Ağdama. Allahverdi Bağırovda onları erməni əsirliyində olan əsgərlərimizlə,dinc əhali ilə dəyişirdi. Bir dəfə Bakıdan kişili-arvadlı bir iyirmiyə yaxın çənəsiyerə dəyən erməni yığıb göndərmişdilər. Allahverdibunları yığıb apardı Əsgəranın ağzına, mən də ordaydım. O tərəfdən də ermənilərinxalq cəbhəsinin sədri Vitalik gəldi.

Allahverdi dedi:

- Ala, götür qohum-əqrəbanı, bunların sayı qədər bizimkiləriqaytar.

Vitalik bir xeyli çənəsi yerə dəyən bu ermənilərə baxdı və gülə-gülədedi:

- Alik, neynirəmbunları Stepanakertdə erməni tapılmır? Bunlardan Stepanakertdə itə tökdü. Qaytarapar neynirsən elə. Mənə cavan ermənilərigətir.

Xalq diplomatiyasındaAzərbaycandan sığınacaq istəyən, çənəsi yerədəyən bir erməni qarısının şəklini gördüm, yadıma həmin hadisə düşdü.