adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Oktyabr 2018 14:02
78215
MƏDƏNİYYƏT

SSRİ-dən doğulan əllər

Məşğul olduğu peşənin sirlərinə dərindənbələd olan həmin sənət bilicilərindən biri də müxtəlif rəngli çini qabları vəkeramika üzərində miniatür rəssamlığının ən nəfis və incə nümunələrini yaradanrəssam Rasim HüseynovGəncədə yaşayır. Əsərləri 60-dan çox ölkədə dünyanın ən məşhur muzeylərini,eləcə də böyük dövlət rəhbərlərinin və siyasi xadimlərin şəxsi kolleksiyasınıbəzəyən rəssamın yaradıcılığı həm forma, həm də mövzu etibarilə rəngarəngdir.

Müxtəlifölçülü boşqablar, güldanlar, kuzələr, piyalələr üzərində bir-birindən gözəl vəyaraşıqlı sənət nümunələri yaradan rəssam bütün əl işlərini həyətindəki çoxkiçik hücrədə hazırlayır.

SSRİ-də ilk dəfə çini üzərində miniatürrəssamlığın əsasını qoyan azərbaycanlı

Rasim Hüseynov deyir ki,1971-ci ildə Gəncə çini qablar zavoduna naxışçı kimi qəbul edilməsi onunsonrakı taleyində dönüş yaradıb. Ara-sıra bu zavodda hazırlanan və kütləviistehsala buraxılan qablar, çay və xörək dəstləri üzərindəki incə naxışlarınçəkilməsinə meyil göstərən Rasim Hüseynov 1975-ci ildə həmin zavodun bədiitərtibat laboratoriyasına daxil olub, 1993-cü ilədək orada rəssam kimifəaliyyət göstərib. Çini qablar zavodunda işlədiyi müddətdə rəssamın onlarlaişi rəhbərlik tərəfindən bəyənilərək kütləvi istehsala buraxılıb.

Müsahibimiz müəllifi olduğu "Muğamkompozisiyası” əl işinə görə 1987-ci ildə Moskvada Xalq TəsərrüfatıNailiyyətləri Sərgisində gümüş medala layiq görülüb. Həmin illər ərzindəyaradıcılığını daha da təkmilləşdirən rəssam 1981-1982-ci illərdə SSRİ-də ilkdəfə çini üzərində miniatür rəssamlığının əsasını qoyub. Yaradıcılığı sənətbiliciləri tərəfindən yüksək qiymətləndirilən Rasim Hüseynovun 15 ədəd əl işialınaraq 1988-1990-cı illərdə Bakı Dövlət Milli Musiqi Alətləri Muzeyi və GəncəMiniatür Mərkəzinin daimi eksponatları sırasına daxil edilib.

Asanlıqlabaşa gəlməyən sənət yenilikləri

1993-cü ildə Gəncə çini qablar zavodufəaliyyətini dayandırdıqdan sonra Rasim Hüseynov öz həyətində çox kiçikemalatxanasını quraraq həm sənətini davam etdirib, həm də daha yeni texnolojiprosesin alınmasına nail olub. Uzun illərin axtarışından sonra rəssam 2005-ciildə qədimdə ölkəmizdə geniş yayılmış, XVIII əsrdə isə tamamilə unudulmuş bozgilin heç bir rəng qatılmadan hazırlanma texnologiyasını tapıb.


Hazırda Rasim Hüseynov çini qablar və keramikaüzərində miniatür rəssamlığı ilə yanaşı, həm də bu sənətdə bir sıra fərqlitexnika və texnologiyaları sınayır. O, əvvəlki ağ çini qablar üzərində aldığıuğurlu nəticəni qara rəngli çinilər üzərində də tətbiq edib. Həmçinin kobaltməmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələrin əsasını qoyub.Bu cür sənət yeniliklərinin heç də asan yolla alınmadığını deyən Rasim Hüseynovdeyir ki, istər müxtəlif texnologiya ilə hazırlanmış çini və gil qablar,istərsə də onların üzərinə çəkilən boyalar sənətkardan iş prosesində böyükdiqqət və peşəkarlıq tələb edir. Çünki qabların hazırlanması və rəsminçəkilməsi üçün vacib olan şərtlər qorunmadıqda onlar sobada partlayır,üzərindəki rəng isə yanıb məhv olur.

"Xəmsə”ninqəhrəmanları, Şərq mühiti və qədim musiqi alətlərimiz

Bir rəssam kimi yaradıcılığının mövzu vəməzmunundan da bəhs edən Rasim Hüseynovun miniatürləri üçün əsas mövzu XII əsrAzərbaycan poeziyasının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin bədiiyaradıcılığı, "Xəmsə” qəhrəmanları, onların təmsil olunduğu Şərq mühitinintərənnümü, eləcə də ney, ud, cəng, çaqanə, rübab, təbil kimi qədim musiqialətlərimizin təsviridir.

Əsərlərini dəfələrlə müxtəlif sərgilərdənümayiş etdirən rəssamın yaradıcılığı haqqında çoxsaylı xarici qəzet vəjurnallarda məqalələr çap olunub. 2012-ci ildə "Prezident mükafatı”na layiqgörülüb. Artıq bir neçə ildir ki, Rasim Hüseynov Azərbaycanın mədəniyyət vəincəsənətinin təbliği ilə bağlı Avropa ölkələrində təşkil olunan sərgilərəqatılır. 2015-ci ildə rəssam Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada təşkilolunan Azərbaycan Mədəniyyəti günləri sərgisində ölkəmizi təmsil edib.2016-2017-ci illərdə isə Bakıda keçirilən Formula-1 yarışlarında ölkəmizinmədəni irisini sənət əsərləri və yaradıcılığı ilə təmsil etdiyinə görətəşəkkürnamə ilə təltif olunub.