adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2018 15:40
23835
ƏDƏBİYYAT

SÖZÜN İZİ İLƏ: Türkcə hayqıran xristianlar

Əsrlərdir türk xalqları ilə çiyin-çiyinə yaşayan rusların öz lüğətinibu millətin sözləri sayəsində zənginləşdirməsi danılmazdır. Heç rusların özləridə danmırlar. Ya danmağa yer qalmır, hər şey göz önündədir, ya da səmimi millətolduqlarındandır. Əslində səmimiyyət də bir hiyləgərlik növüdür, boşuna deməyiblərki, ən yaxşı biclik elə dürüstlükdür.

Rusların türk sözlərinin mənimsənilməsinə gəlincə, bu barədə sıx-sıxməlumat verməyi bir filoloq olaraq özümə borc bilirəm. Göründüyü kimi, biz türklərdilimizə sahib çıxdıq-çıxmadıq, onu mənimsəyənlər çoxdur. Amma yenə də rusa təşəkkürdüşür, çünki digər xalqlar leksikonuna daxil olan sözlərin qaynağını danırlar.Necə ki, Şumer mədəniyyətini danmaq üçün Yunan və Roma mədəniyyətini ortayaatmışdılar.

Konkret olaraq bu sözlərdən birinin izinə düşək: "Ura” hayqırışı. Əksəriyyətbu sözü rus dilindən tanıyır. Dünya xalqları da bu sözün mənbəsinislavyanbaşında axtarır. Amma rusun özü gizli türk sevdasından, dilini qısmır.Rus filoloqlarının araşdırmalarına nəzər salsaq ("rus filoloqu” sözünü məxsusiqabartdım, çünki bizimkiləri ünvan göstərsəm, növbəti patriotik sayıqlama kimiqələmə verə bilərsiniz) "Ura” çağırışı tatar türkcəsinə aid olub "Vur ha!” mənasınıverir. Döyüşə girərək bir-birini haraylayan, sözlə qüdrətləndirən sərkərdələr əsgərlərinəbu cür bağırırmışdılar. Nəzərə alsaq ki, ruslar tarixi boyu ən çox türkxalqları ilə müharibə edib, bu hərbi nidanın onların dilinə necə asanlıqlasüzüldüyünü anlamaq olar. Daima qüdrətiylə seçilən, digər güclü dövlətlərin qənimiolan ruslardan isə bir çox xalqların dilinə nisbətən təhrif olumuş şəkildə keçib.Güman ki, həmin xalqların ordusu ruslarla üz-üzə gələrkən bu sözlü nərələriyadda saxlamaq məcburiyyətində qalıblar.

Əmir Teymurun nəticəsi Məhəmməd Baburun (1483-1530) yazdığı memuarjanrlı "Baburnamə”də döyüş sənətindən bəhs olunarkən türklərin nərə vəhayqırışlarına da yer verilib. Bildirilib ki, türk ordusu təkcə döyüş zamanıdeyil, döyüşə qədər də qüdrətləndirici, motivasiya xarakterli çıxışlara, nitqlərəmüraciət ediblər. Nə zaman yazıldığı dəqiq bilinməyən "Baburnamə”də də əsashayqırışlardan birinin "Hur”, "Hurra” olduğu göstərilir.

Ümumiyyətlə, döyüşlərdə gücləndirici hayqırışlar mütləqdir. Səssiz-sədasızdöyüşə girən qoşunun uğur qazanacağı ağlabatan görünmür. Çünki ta qədimdənbütün xalqlarda əsgərlər, igidlər nərə çəkərək döyüşə giriblər. Bu nərə sözsüzbağırtı da ola bilər, konkret sözdən də ibarət ola bilər. Məsələn, rus və digərslavyan xalqları, eləcə də türk xalqları qeyd etdiyimiz "Ura” və ya "Hurrey”(türklərdə) hayqırtısı ilə, ingilisdilli xalqlar "Huu”, ərəblər "Allah”,romalılar "Barra”, yəhudilər "Aharay” deyə nərə çəkiblər.


Şəfiqə ŞƏFA