adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Aprel 2019 15:34
11264
ƏDƏBİYYAT

Sözün diksinən yaddaşı

İntiqam Yaşar poeziyasının ideoqramması

Onu hansı şeiri ilə tanımışam,xatırlamıram. Tanış olduğumuz gün də yadımda deyil. Amma Yasamalda kənd qəlyanaltıxanasınıxatırladan kafenin içindəki odun sobasının istisinə birgə qızındığımız uzun qışgecələrini, o gecələrdə bitib-tükənməyən ədəbiyyat söhbətlərini necə unuda bilərəm?!İntiqam Yaşarın istedadı gözümün qabağında hər gün bir buğda boyu böyüyübinkişaf edirdi. Oxumaq, öyrənmək ehtirası, öz üzərində çalışmaq həvəsi onupoeziyanın əbədi yoluna gətirib çıxartdı və hər dəfə İntiqam mənə təzə şeirlərinioxuyanda onun şeirdən şeirə püxtələşdiyini, sözə qarşı daha həssas münüasibətinihiss edirdim.

İntiqam Yaşarın bir xüsusiyyətidə var; o, vaxtaşırı poeziyada xəstə, çılğın formalar alan hay-küylü üsullara məhəlqoymur, şeirlərində emosionallığa rəğmən öz poetik təmkinini qoruyub-saxlayır.Deyə bilərsiniz ki, emosionallıq şeirin mayasıdır, amma heç də həmişə beləolmur. Dünya poeziyasında emosiyasız şeirlər də yazılıb və bu gün də yazılır.İntiqamın poetik təmkini onun xarakterindən, özünəinam hissindən qaynaqlanır.

Bir neçə il bundan öncə onun "…vəsusarsan” şeirlər kitabı çap olundu, həmin kitabın redaktoru bəndəniz idi.Redaktə prosesində İntiqamın şeirləriylə daha yaxından, sistemli şəkildə tanışoldum və məndə İntiqamın gələcəkdə daha böyük uğurlara imza atacağına qəti əminlikyarandı.

Bu günün ədəbi gəncliyi sankiheca vəznində yazmaqdan qorxur, düşüncələrini belə demək caizsə, verlibrə "xərcləyir”.İncə bir məqam nəzərdən qaçılır, harmoniyadan məhrum şeir ( istər sərbəst, istərheca olsun) şikəst doğulan uşaq kimidir. Forma şeirin bədənidirsə, harmoniyaruhudur. İntiqam heca vəznində olduqca uğurlu şeirlər yazdı, yeni poetiktapıntıları ilə istedad üçün vəzn problem olmadığını bir daha təsdiqlədi. Klassikformaların şeiri buxovladığı haqqında düşüncəni paylaşmıram. Məlum fikri təkrarlamaqdafayda görürəm: əsas necə yazmaqdır, dostlar.

Dərdi elə yazırlar

Adamın ayağına.

Baxmaq olmur dünyanın

Qarasına, ağına.

Bunun adı ömürdü,

Di gəl, yaşa bu ömrü.

Yaxşıydısa, verəydi

Dağa, daşa bu ömrü.

Hamımız müəyyən məqamlarda, müxtəlifsituasiyalarda ömürdən, bəxtdən gileylənirik. İntiqam bu gileyə özünəməxsus şəkildəpoetik nəfəs verməyi bacarıb. O, şeiri bənna kimi bənd-bənd hörür və oxuyandaadamda şeirin ev kimi bir az doğma, isti aurası yaranır.

Payız rəngində görünür

Bütün köhnə şəkillərin.

Düşünürəm, şəkildə də

Üşüyür incə əllərin.

Bu misralar mənə AndreyTarkovskinin "Ayna” filminin başlanğıcında Natalyanın evinin astanasında oturubdüzənliyi seyr etməsini xatırladır.

Əlim əsə-əsə indi

Kağıza tumar çəkirəm.

Sanki qayıq batıb gedib

Mən isə avar çəkirəm.

"Payız rəngli şəkil” şeirindən gətirdiyimbu misralar sözlə çəkilmiş rəsmdir. İntiqam nisgilin, ayrılığın rəsmini çəkəbilir, sözlər vasitəsilə gözlərimiz önündə qüssəli, çiskinli payız canlanır. Musiqinindilinə çevirsək, bu şeir payız rapsodiyasıdır.


İntiqamın bir şeiri də var ki,dillər əzbəridir. Əlbəttə, söhbət "Evdə yoxam” şeirindən gedir. İntiqamdan sözdüşəndə istər-istəməz bu şeir mütləq xatırlanır. Sanki İntiqam bu şeiriyazmayıb, bədahətən deyib. Bu şeir onun şairlik vəsiqəsinə çevrilib.

Qapımı döyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Qonağam deyən ayrılıq,

Evdə yoxam, evdə yoxam.

Şair ayrılığın üzünə qapı açmır,axırda bezgin halıyla "haçan çağırsam, onda gəl” deyir. Sonuncu kitabınınadıyla da ayrılığı qapının çölündə qoyur: "Evdə yoxam”.

İntiqam Yaşar modernist şairdir,sözü təkcə qafiyəyə bənd etmir, sərbəst şeirlərini də nizam-intizama (şeirin dəyişməznizamına) tabe etməyi bacarır.

Bəzənağrılar da əkiz doğulur,

Məsələn,

Ürəkağrılarıyla kürək ağrıları kimi.

Ayırmırsanheç birini,

Qollarındaha geniş açılır,

Qoynundaha isti olur onlara.

Əkiz doğulan ağrılar biri ürəkdənvurur, biri kürəkdən. Maraqlı və özünəməxsus təsbitdir. Ağrılar şahmatdakıgedişlər kimidir, İntiqam sonda mat etməyi bacarır. Elə misralar var ki, milyonil yaşı olan sözün yaddaşını oyadır. İntiqamın şeirlərində sözün yaddaşınıdiksindirən misralar çoxdur.

Söz İntiqama hələ çox sirrini açacaq. Sözə qənşər,şair dostum!

Manera.az