adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 May 2017 14:22
38027
ƏDƏBİYYAT

Sözü qılıqlayan şair - Afiq Muxtaroğlu

AfiqMuxtaroğluyla yaxın ünsiyyətimizin müddəti o qədər də uzun deyil, cəmi on ilola-olmaya…

Ammao, həmişə darıxdığım, imzasını axtardığım, ruhi müvazinətimi itirmək qorxusuyarananda şeirlərinə üz tutduğum qələm dostlarımdan biridi…

Xoşbəxtlikdənotuz ildən artıqdı ki, belə bir imkanım var: Afiqin xəsisliklə, bəlkə dəqısqanclıqla çap etdirdiyi şeirləri səksəninci illərin ortalarından diqqətimi çəkib…

OndaValeh Hacılar, Səməd Qaraçöp, Məhəmməd Həsənli, Allahverdi Təhləli, İbrahimxəlil,Nurafiz, Tapdıq Yolçu, Xaqani Qayıblı, Rafiq Hümmət… kimi imzaların arasındaAfiq Muxtaroğlu mənə çox dogma görünmüşdü…

Odoğmalıq indi də qalır, üstəlik, Afiqin insan kimi bütövlüyü vəistiqanlılığından qidalanır…

***

AfiqMuxtaroğlunun boqrafiyasına və portretinə ştrixlər kimi, bəzi məqamlarıxatırlatmaq istərdim…

AfiqQarayazıda – Gürcüstanın Qardabani rayonunun Nəzərli elində doğulub, Bakı Dövlət Universitetinintarix fakültəsini bitirib. Bir müddət təyinatla Qax-Balakən bölgəsində müəllimişləyib, sonra doğma Nəzərliyə qayıdıb, müəllim işləyə-işləyə elmi-ədəbiyaradıcılıqla məşğul olub…

Doxsanıncı illərin əvvəllərindəGürcüstanda da, Azərbaycanda da ictimai-siyasi vəziyyətin gərgin olduğu illərdəAfiq Muxtaroğlu vaxtın ağrılarını hamıyla birgə çəkib, yerindən-yurdundan köçmək,xoşbəxtliyi qərib diyarlarda axtarmaq sevdasına düşməyib. Sonralar AzərbaycanYazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət "Varlıq” MədəniyyətMərkəzini yaradanda və eyniadlı qəzet nəşrə başlayanda Afiq də publisist kimiyaradıcılıq potensialının boyunu göstərdi, Rafiq Hümmət, Mirzə Məmmədoğlu, TapdıqYolçu, Cambul Məmmədli… imzalarıyla yanaşı, Afiq Muxtaroğlu imzası daoxucuların yaddaşına yazıldı. Bununla yanaşı, o, Mərkəzingerçəkləşdirdiyi layihələrdə də sanballı pay sahibi oldu.

İndi Afiq Muxtaroğlu özü"Yeni yol” qəzetinin baş redaktorudu, regionun ictimai-mədəni həyatının dolğunişıqlandırılması üçün əlindən gələni əsirgəmir, eyni zamanda Anar Rafioğlu,Coşğun Cəfər, Afayət Afiq kimi gənc qələm sahiblərinin yaradıcılığına həmişədiqqət və qayğıyla yanaşır…

Afiq Muxtaroğlunun folkloraraşdırmaları və ədəbi-tənqidi məqalələri də sanbalına, mətnə öxünəxas münasibətinəgörə seçilir. Gürcüstandanәşr olunmuş "Әdәbi Gürcüstan (son 350 ilin әdәbi antologiyası)"kitabı haqqında yazdığı, ""Әdәbi Gürcüstan"­ әsrlәrin salnamәsi” vəbu sətirlərin müəllifinin "Yolçu” romanı barədə qələmə aldığı "8 әdәbi fakt:zamanın tablosunu cızan roman-­salnamә” məqalələri fikrimizi sübut eləməyəyetir…

***

Afiqin ilk şeirləri vəpublisistik yazıları hələ orta məktəbdə oxuduğu illərdərayonun "Samqori” qəzetində dərc olunub. Elə o vaxtdan Azərbaycanınvə Gürcüstanın çeşidli mətbu orqanlarında, toplularda və almanaxlarda şeirləri,publisistik yazıları, tarixi-etnoqrafik məqalələri işıq üzü görür. İndiyəcən opoetik və elmi-publisistik yazıları sahmana salsaydı, cild-cild kitabları üzəçıxardı. Amma Afiq nəyin bahasınaolur-olsun, kitab çap etdirmək, "rəsmənşair kimi tanınmaq” mərəzindən həmişə uzaq oldu. Qələm dostu, şair RafiqHümmət Afiq Muxtaroğlunun yardıcı insan portretini çox dəqiqliklə çəkib:"O da əksər gerçək yazarlar kimi tribunaşairi deyil; hay-küyçülük, köpüklü pafos, qıcqırmış vətənpərvərlik, sətiraltı vəmisraüstü donosbazlıq onun ruhuna yaddır. O, şeiri sadəcə yazır, özü dəyazmamaq mümkün olmayanda, duyğuların ağırlığına-amansızlığına dözə bilməyəndəyazır və… bununla da missiyasını bitmiş sayır…”

Afiq Mutaroğlunun İlahidən qisməti bir misra içində ölüb-dirilməkdi,bu da sonu görünməyən işgəncədən başqa bir şey deyil:

Bir misra içində öldüm,dirildim,
Sonuna çatmağa yetərmi gücüm?
...Bir misra nədi ki, mən bacarmadım,
Qiyamətə qaldı qisasım, öcüm...

Bəlkə elə özüylə sözünün çəpləşməsi,cəngi-cidala çıxması, bu minvalla da işgəncələrdən keçməsi "bir misrayla bacarmamağının” ucbatındandı, ömrü də bu çəkişməyləkeçəcək; bəlkə elə o bir misranın öhdəsindən gəlməl üçün bəzən özüylə barışığada gedir:

…özümlə arada çəpləşir sözüm,
özümlə yox yerdən üzləşməm olur.
sonra da araya barışıq girir,
özümlə sazişim, sözləşməm olur…

Bəlkə elə bundan ötrü "sözü qılıqlayır”, ram eləməyə can atır,gücü çatmayanda da hədə-qorxu gəlir:

sözü qılıqladım, özünü dartdı,
çıxartdı hər şeyin ağını deyən.
...düşərsən əlimə, a söz deyilən,
alacağın olsun, hələ bir dayan…

Mənə görə, poeziya nəüslubdu, nə mövzudu, nə də tapıntıdı, POEZİYA havadı, nəfəsdi, ruhun fraqmentalmənzərəsidi. Əgər şeiri oxuyanda havası səni vurdusa, iç dünyanda əsintiduydunsa, yaddaşında dogma və tanış mənzərə canlandısa, deməli, oxuduğun şeir,onu qələmə alan da şairdi. Eynilə Afiq Muxtaroğlunun şeirlərində olduğu kimi:

…Birmeh də titrədi arada hərdən,
rütubət qoxudu bir az hava da.
bir quş pırıldadı tələm-tələsik,
gözləyəni vardı yəqin yuvada…

Aniyaranan, görünən və tez də yox olan bu cür DUYĞU TABLOSU Afiq Muxtaroğlununşeirlərində yetərincə var, o tablolar oxucuya çox məhrəm məqamları xatırladır.Yəqin elə buna görə də onun hər bəndi adamı yerindən oynadır...

Məncə,poeziyanın gücü də elə bundadı...

***

DÜNYAYLABARIŞMAĞA hərənin bir cür münasibəti var…

Bəziləribunu müdriklik, bəzilərisə həyat qarşısında acizlik sayır...

AfiqMuxtaroğlu dünyayla barışmış, həm də barışdığı dünyanın nizamını və əmin-amanlığınıqorumağı arzulayan adamdı. Bu səbəbdən deyir ki:

…Şükür yenə yuva qurdum,
Gölməçədə, göl yerində.
Şükür, Tanrım, durur hələ,
Yer yerində, göy yerində.

Bunula belə, barışdığı dünyada özünə yer tapa, ola bilsin, bubarışıqlığı sinirə bilmir. Bəlkə ona görə etiraf eləyir ki:

Nə gəlir başıma dilimdən gəlir,
Dillənsəm davadı, dinsəm davadı.
Gedib qayıtmasam, axtaran olmaz,
Qayıtsam davadı, dönsəm davadı…

Bu çarpışmada ömrün mənasınıda dərk eləyib, getdiyi yolun asan olmadığını gözəl bilir. Yəqin bu misralarıyazdıran da həmin duyğudu:

Bu ömür, deyəsən, uzun çəkəcək,
Gör neçə ahı var, ofu var hələ;
Zirvəyə çıxmağın dərdi bir ayrı,
Zirvədən yıxılmaq xofu var hələ…

Yəqin ki, onun düşüncəsindəÖMRÜN ZİRVƏSİndən yıxılmaqla SÖZÜN ZİRVƏSİndən yıxılmaq eyni məna daşıyır, naratlığıda elə bundandı…

***

Bənzərsiz gürcü yazıçısıQoderzi Çoxelinin qəhrəmanlarından biri insanlığı ruhda axtarır…

Allahdan SÖZ ADAMI olan AfiqMuxtaroğlu da insanlığını ruhunda tapıb. Bunu SÖZə də, insanlara da, həyata damünasibətində görmək olur…

Afiq Muxtaroğlu, Nurafizdemiş, ürəyini söykəyə biləcəyin, ünsiyyətdə olanda adama duruluq, saflıq bəxşeləyən adamdı…

Yaşı əllini ötsə də hələ kitabının nəşretdirməyib. Amma bunda nə darılır, nə də darıxır, əksinə, içini vərəqlərə tökübyüngülləşdiyinə görə, əməlli-başlı rahatlıq hissi keçirir…

Bəlkə də əsl yaradıcı insan ömrü budu…

Nəriman ƏBDÜLRƏHMANLI,

12 may 2017