adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2018 16:55
15949
ƏDƏBİYYAT

SÖZƏ HARAMLIQ QATMAQ ƏN AĞIR CİNAYƏTDİR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də sözsahiblərivar. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərin də zərgər dəqiqliyi ilə işləyir .Belə söz adamlarını tanımaq,onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir."Söz adamı”layihəsinin növbəti qonağı yazıçı Azər Qismətdir.

-"Söz adamı” olmaq nə deməkdir?

-Bu, fərdin cəmiyyətdəsöz sahibi kimi söz deməsinə haqqının çatmasıdır. Sözün varsa de, yoxdursa kənaraçəkil. Bu həm də söz adamının sözünə inamdan irəli gəlir. Sənin cəmiyyətdə sözdeməyə səlahiyyətin olmalıdır. Həm də həmin söz əsaslandırılmış qaydada deyilməli,intellekt və psixoloji məqamlarla yoğrulmalıdır. İndi efirdə, ədəbiyyatda,ayrı-ayrı məclislərdə söz deyənlər çoxalıb. Hər üzdə olan söz adamı sayılmır.Belə adamlar xalqın keçmişinə, qan yaddaşına bələd olmalıdır. Nəyi demək olar,nəyi yox. Milli-mənəvi dəyərləri qorumayan adamların sözünün çəkisi bir qəpiyədəymir. Onu 3-4 nəfər tamam avropalaşmış, yaxud Şərq sivilizasiyasından qopanadamlar anlayıb alqışlayar. Ancaq ümumilikdə xalqın əksər hissəsi alqışlamaz,heç dava zamanı atdığı kəlağayını da vecinə almaz. Söz adamı özünün hörmətindənistifadə edib kütləşməməli, inkişafı üçün daim mütaliə etməli, müşahidə qabiliyyətiniartırmalıdır. Söz adamı həm də cəmiyyəti düzgün istiqamətə yönəltməlidir. Cəmiyyətdəbaş verən indiki mənəvi aşınma zamanı söz adamlarına geniş meydan verilməli, əksinəsıxışdırılmalı deyillər. Söz deməyə haqqı çatanlar Fəlsəfə İnstitutu iləbirgəkonsepsiya hazırlamalı, milli-mənəvi dəyərlərin itməməsi üçün çəkici bir zindanavurmalıdırlar. Belə insanlar cəmiyyəti narahat edən məsələlərdə daim fikirlərinisəsləndirməlidir. Onlar adamların gözündə ucalmaq, saxta bal toplamaq üçün kütləpsixologiyası ilə hərəkət etməməli, düzgün olanı söyləməlidir. Söz adamı olmaqtəkcə cümləni bir-birinə qoşmaqla nəsə demək deyil. O, mənsub olduğu ölkəsininbəsirət gözüdür. Xalqın görmədiyini görən. Uçurumdan qoruyan.

-Cəmiyyətdə ədəbiyyatın, incəsənətin, mədəniyyətin təsir imkanların ınecə qiymətləndirirsiniz?

Televiziyanın böyük təsir gücünün olduğunu bilirsiniz. Televiziya xalqıbir anda ayağa qaldırmaq, hətta cəbhəyə göndərmək gücündədir. Çox təəssüf ki,indi bunu ədəbiyyat barədə söyləmək olmur. Gey psixologiyalı ədəbiyyatdan gəncnəslin əziyyət çəkdiyini görürük. Bizi manqurtlaşdırmaq istəyənlərin planlarıalınır. Avropada belə ədəbiyyatlar çoxdan yaranıb, indi tamam başqa janrlara keçiblər.Bizimkilər unudulub getmişlərə qayıdıblar ki, bu da oralara maraqlı deyil. İndiölkəmizdə ədəbiyyat adamlarına da qəribə baxılır. Çünki qələm əhlinin özü dəiki yol arasında qalıb. Müasir üslublu əsərlər qəbul edilmir. Tolstoysayağı əsərlərioxumağa da kimsənin səbri çatmır. Bəzən belə düşünülür ki, indinin ədəbiyyatı birdəfəlikplastmas stəkanlar kimidir. Suyu içdin və atdın. Oxuyub kənara tulladın. Ədəbiyyatıntəsir gücü Sovetlər Birliyinin ilk illərində təşəkkül tapıb, ümumi ideologiyayaxidmət edib. Bəli, Mirzə İbrahimov kolxozdan yazırdı, Süleyman Rəhimov da həmçinin.Qayəsini ideologiya təşkil edən həmin əsərlərdə yazıçı özünün dahiliyini dəgöstərə bilirdi. Dialoqlar, təsvirlər və sair. İndi nə görürük? Biri yazır kitorpaq uğrunda ölmək, şəhid olmaq lazımdır, o biri yazır ki, insan öldürməkolmaz,sərhəd anlayışı unudulmalı, ölkələr ümumi mövcuddiyyət əsasında varolmalıdır. Bu baxımdan ümumi ideologiyaya hesablanan əsərlər sifariş edilməlidir.Necə ki, bu, demokratiyanın beşiyi sayılan Amerikada da belədir. Mərkəzi Kəşfiyyatİdarəsinin sifarişi ilə minlərlə film ərsəyə gəlib. Yaxud, ölkənin xarici siyasətinədair sifarişli filmlər həmişə olub. Bu baxımdan ideoloji sifarişlər ədəbiyyat vəmədəniyyətin cəmiyyətə təsir gücünü artırır. Əgər müstəqil şəkildə olsa, heç nəalınmayacaq, dağınılıq və vaveyla.

-Yazıçılıq yolunda maneələr və çətinliklər nələrdi?

Yazıçı yazmaqistəyir. Onun üçün pul anlayışı yoxdur. Söhbət əsl yazıçıdan gedir. O, yalnız təkqalmağı, heç kimin mane olmamasını diləyir. Bircə yazı masası, heç o da olmasamümkündür, dizinin üstündə də yazar. Qələm, kağız,siqaret və çay, vəssalam. Pulailə qayğıları ilə yüklənəndə yada düşür. Yazıçının endorfin maddəsi əsəri gözəlalınanda ifraz edilir. Yazmaq üçün maneə yoxdur. Yalnız çətinlik mövcuddur. Oda maliyyə ilə bağlıdır. Əsərlərin dərci, reklam. Üstəlik biləndə ki, bu ölkədəkitab oxuyan azdır, ümumiyyətlə yazdığına peşman olur. Bəzən deyirlər ki, yaxşıyaz, yaxşı da qazan. Yaxşı yazmaq anlayışının özü ziddiyyətlidir, etalonyoxdur. Əgər söhbət Folkner və saramoqosayağı əsərlərdən gedirsə, onu anlamaqgücündə olan oxucu varmı? Yox, əgər söhbət kassaya hesablanan əsərlərdən gedirsə,bu da əsl yazıçının əqidəsinə ziddir və yaxşı əsər sayılmır. Əsl yazıçılar əqidələrinəzidd getmədikləri üçün kasıbdırlar. Yoxsa, bir detektivlə xeyli pul qazanarlar.Amma istənilən halda kassa ədəbiyyatı yazılsa da oxucu qıtlığı var. Mən neçə ilSankt-Peterburq şəhərində yaşamışam. Orada təkcə reklam edilən əsərlər satılmır.Təzə müəllifin adını görən kimi kitabını oxuyurlar. Bizim yazıq yazıçılarsosial şəbəkədə kitablarını reklam edəndə də kənardan söz düzəldirlər ki, birkitab yazıb reklam edir. Bəs, bu bədbəxt harada reklam etsin?

-Kamyu ədəbiyyatı işığa doğru gedən yol hesab edirdi. Bu yolda qaranlıqlar içərisində itib-batmalarda olur. Niyə məhz ədəbiyyat? Məsələn fizika da maraqlıdır.

Ədəbiyyat xalqıntəhtəlşüurunu işıqlandırır, yatmış neyron yuvalarını oyadır, düzgün yol göstərir.Fizika isə yalnız ölkənin büdcəsinə xeyir gətirə bilər.

-Hekayələrinizdə psixoloji məqamlara daha çox rast gəlinir.Məsələn"Hamilədəli” hekayəsində. Bu nəilə bağlıdır?

Psixoloq olmasamda bu sahəni dərindən bilirəm. Vaxtilə veriliş aparıcı olaraq da xalqın psixologiyasınınnəyə hesablandığını tutmağı bacarıram. Belə tipli əsərlər daha çoxyaddaqalandır. Həm də deyim ki, bunu qəsdən etmirəm, ruhuma çox yaxındır. "Hamilə dəli” hekayəsinə gəlincə...O qadın planetinobrazıdır...hər an doğa bilər...hər an keysəriyyə əməliyyatına məruz qalar...budünyadan nə desən gözləmək olar...Bu dünyada həmişə gözəl və yaddaqalan dəlilərolub. Dahilər də kütlənin gözündə dəlidir...təkrar edirəm, "kütlənin gözündə”...Mənim hamilə dəlim dünyanın ütülənməmiş, ənlik-kirşansız, dili rəndələnməmişilk adamlarına bənzəyir. Psixoloji əsərlər uzunmüddətli əsərlər hesab edilir,orada bəşəri çağırışlar, mesajlar olur. İstəmirəm ki, əsərlərim bayaq dediyimkimi birdəfəlik plastmas stəkandakı su kimi içilib kənara atılsın.

-Son vaxtlar kitab sənayesində müəyyən ümidverici işlər görülməkdədi.Təbliğat, maariflənmə hardasa inam hissi yaradır ki, kitab oxuma mədəniyyəti geri qayıdır…Kitab oxumaq ənənəsini necə qaytarmaq olar?

Biz bu sahədəTürkiyə və Rusiyada görülən işlərə çatmamışıq. Yazıçı kitab yazmalı, bu işlə məşğulolan qurumlar hərəkətə keçməlidir. Qələm adamına yalnız əldə ediləcək gəlirin10 faizini almaq qalır. Bizdə yazıçı kitabın üz qabığından tutmuş banner vinillərindizaynına qədər özü edir, təqdimat yerlərini yalvar-yaxarla özü danışır. Eləyalvar-yaxarla da satış yerlərinə üz tutub üz-göz olur, nömrəsini verir ki,satılsa zəng edərsiz. Onlar da cəmi 3-4 kitab istəyirlər ki, baxsınlar necəsatılacaq. Kitab industriyası bizdə yoxdur. Oxumağa qalınca, bunun üçün ayrıcaMütaliə Şurası yaradılarsa nəsə etmək mümkündür. Dövlət tərəfindən maliyyələşəcəkqurum kitabları reklam edər, adamların mütaliəyə marağının artırılması üçünvideo çarxlar hazırlayar.

-Bədii mətnin dolğunluğu və fərqliliyi daha çox hansı amillərlə əlaqəlidir?Bu zaman yazıçının üzərinə hansı öhdəliklər düşür?

Kifayət qədərbaza və təcrübə. Bir də müşahidə qabiliyyəti. Detallara fikir vermək. Bəzənhansısa detal oxucuda müəllifə qarşı sevgini artıra bilər. Gənc yazıçılar birdən-birəMarkes olmağa çalışmasın. Azacıq yaş artımı lazımdır. İvan Turgenev Dostoyevskinin"Alçaldılmış və təhqir edilmiş” əsərini oxuyanda dəhşətə gəlib. OndaDostoyevskinin 21 yaşı varmış. Belinski həmin əsəri səhərə qədər oxuyub demişdiki, "rus ədəbiyyatının günəşi qürub etməyəcək”. Bu anlamdan söyləmək olar ki, ovaxtın 21 yaşlısının beyni indinin 45 yaşlısının beyninə bərabərdir. İndinin 21yaşlısı 14 yaşında uşağın beynini gəzdirir.

-İngilis yazıçısı Virciniya Vulf həm həyatı, həm d əyaradıcılığı ilə diqqəti cəlb edir.Feminist baxışları onu daha da məşhurlaşdırmışdı.Yazıçının dünyagörüşü oxucular üçün hansı müstəvidə aydın olmalıdır?

Yazıçıprovakatordur. O qadına sevgini yüksəldər, kişini aşağılayar. Hər bir yazıçıistəyini həyata keçirən casusdur. Onun dünyagörüşü özünün məqsədinə xidmətedir.

-Dünya ədəbiyyatında daha cəsarətli, daha təbii mövzülarda əsərlər yazılır.Bizim ədəbi mühitdə sanki bir qapalı və təcridolunma ruhu var.Necə düşünürsünüz bu nə ilə bağlıdır?

Bizdədə cəsarətli əsərlər var. Ancaq bunu çılpaq şəkildə edirlər. Məsələn,kişi-qadın münasibətini elə yazırlar ki, sanki ehtiras dolu bir filmə baxırsan.Oxucu bunu bilir. Yazıçı onu bədii təsvirlə verməlidir. Elə təcrid ruhlu cümlələrişlədərsən ki, alt mənada nə demək istədiyin məlum olar.

-Ədəbi mükafatlara münasibətiniz.

Yaxşıdır.Amma bəzən ədalətli olmur, öz tanışlarına verirlər. Münsiflər heyəti izahatverməkdən çəkinir. Elə deyir ki, sənin əsərin zəifdir. Bir dəfə Manera.azsaytının keçirdiyi ədəbiyyat müsabiqəsinə qatıldım. Heç bir ümidim yox idi.Lakin müsabiqə vicdanla keçirildi və 1-ci yerə layiq görüldüm. Ona görə yox ki,birinciliyi əldə etdim. Sadəcə, təəccübləndim ki, münsiflər heyətinin adamıolmaya-olmaya bunu qazandım. Gürcüstana baxanda bizdə ədəbi müsabiqələr azdır.Oranın varlıları belə müsabiqələrə pul ayırır. Bizim əksər varlılarımız ədəbimüsabiqəyə yox, rəqqasələrə və məşuqələrə qəşəng pul ayırırlar. Yanaşma tərzi fərqlidir.Və gürcü yazıçılar o müsabiqələrlə sosial vəziyyətlərini yaxşılaşdırırlar.

-Müasir ədəbi imzalardan kimləri oxuyursunuz?

Adçəkmək istəmirəm. Amma çox güclü yazan ədiblərimiz var. Bundan sevinirəm.

-Tərcümə işində müəyyən diqqətəlayiq işlər görülür.Lakin yenədə mətnin tam məğzi ortaya qoyulmur. Tərcümə işi necə təşkil olunmalıdırki,oxucu mətnin alt qatlarını görə bilsin?

Tərcüməişi bərbad vəziyyətdədir. Amma yaxşı tərcüməçilərimiz var. Məsələn, buyaxınlarda İlqar Əlfioğlunun tərcüməsi ilə Joze Saramaqonun "Təxirə salınmışölüm” əsərini oxudum. Necə nəfisliklə tərcümə etmişdi. Mən əsərlərimi rus dilinətərcümə etdirib Rusiyaya gödərəndə oradan dedilər ki, "sizdə tərcümə işi çox qəribədir.Hadisələr müasir dövrdəndir, amma Puşkin dili ilə tərcümə edilib”. Bəzən rusdilində oxuduğum əsəri Azərbaycan dilində oxuyanda baxıram ki, müəyyən hissələrordan çıxarılıb. Tərcüməçibacarmadığınıçıxarıbatıb.

-Son olaraq "söz” haqqında sözünüz…

-SözTanrınındillədeyəbilmədiyimesajıdır.Onuqoruyubdəyərləndirməklazımdır. Sözəharamlıqqatmaqənağırcinayətdir.

Söhbətləşdi:Tural Cəfərli