adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Aprel 2019 15:38
24724
ƏDƏBİYYAT

SÖZ VƏ SƏMİMİYYƏT ADAMI - Tural Cəfərli yazır

Muxtar müəllimlə cəmi iki yaüç dəfə ünsiyyətdə olmuşam desəm, yanılmaram. Amma bu az saylı ünsiyyətimiz məndədərin izlər buraxıb, daha doğrusu mənim düşüncələrimdə... Elə bil nəfəs alabilmirsən və bu dəm sənin düşüncələrin o qədər sərin və xoş bir havaya köklənirki, çaşıb qalırsan... Bu sənin mənəvi dünyanın qaranlıq yerlərini işıqlandırır,sənin ruhuna təmizlik gətirir, səni- həyatla bağlı olan ən gözəl ümidlərqucağına alır sanki...

Ziyalı insanlar cəmiyyətimizin əsasistiqamətverici qüvvəsidir, həqiqəti göstərən işıq mayaklarıdı. Bu mayaklarolmasa, cahillər cəmiyətdə daha çox yer tutar, elm, bilik bu cəhalətin kölgəsindəitib-batar. Muxtar müəllim cəmiyyətimizin daha sağlam düşüncəli, daha savadlıolması üçün bütün varlığı ilə işıq göstərən mayak misali öz vətəndaş mövqeyiniortaya qoyur. Yox, elə bilməyin mən Muxtar müəllimin elmi işçisi ya onun rəhbərliketdiyi kafedranın əməkdaşıyam. Mən həssaslığımın və içimdəki səsin sayəsindəyazıram bunu. Yazmasam rahat ola bilmərəm, yazmasam özümü günahkar bilərəm.Yazıram və bu yazdıqlarımla mənən rahatlıq tapıram. Özümü daha azad və xoşbəxthiss edirəm...

Bakı Dövlət Universitetindəoxuyanda, ikinci kursda fəlsəfədən bizə dərs deyən professor Cəmil Əhmədli(Allah rəhmət eləsin) müəllim mühazirələrinin sonunda həmişə deyirdi:

" Bilik vacibdi, lakin insanolmaq ondan da vacibdi...” Bu sözlər uzun zaman məni təqib etdi. Bu fikir mənimyaddaşıma elə hopub ki, çətin bir də nə vaxtsa silinə... Muxtar İmanov da həmino alimlərdəndir ki, insanlığı elmi qədər böyük, sadəliyi isə hər kəsin qəlbinəsevinc gətirəcək qədər alidir. Bir neçə gün öncə ADU-nun (Azərbaycan DillərUniversitetinin) dəhlizində şair Əlisəmid Kürlə ədəbiyyat haqqında danışırdıq.Bu vaxt Muxtar müəllimlə qarşılaşdıq. Səmimişəkildə görüşüb, ədəbi söhbətimizə rəng qatdı. Onda hiss etdim ki, Muxtar müəllimhəm də ürək, söz və səmimiyyət adamıdı. Muxtar müəllim öz elmi adını heç vaxtqabartmayan əsl ziyalıdır...


Tədqiq etdiyi bir neçə sahəni tapıb oxudum.Bir filoloq kimi mənim qarşımda yeni üfüqlər açıldı. "Folklorda obrazın ikiləşməsi”kitabında yeni istiqamətləri və fikirləri öz qeyd dəftərimə yazdım. Kitabıoxuduqca düşünməyə başladım, zəkamın aydınlaşmasına şahid oldum. Bu hələbaşlanğıc idi. Əvvəlcə özünü sonra elmini tanıdığım böyük alimə olan sevgim vəhörmətim məni bir az da kamilləşməyə, müdrikləşməyə apardı. Sözün əsl mənasındaelə təkcə həmsöhbət kimi Muxtar müəllim insanın formalaşmasına, şəxsiyyət kimibütövləşməsinə kömək edir, öz daxili dünyasının zənginliyi ilə adama güc vəinam verir...

Həmişə Hegeli, Spinozanı, Feyerbaxıoxuyanda onların simalarını, üz cizgilərini düşünürdüm. Özlüyümdə onlarınportretini cızır və söhbət edirdim. Sonra bu məndə bir adət halını aldı. Həmişəmüsbət enerji aldığım insanların portretlərini cızıb həmsöhbət oluram. MəsələnŞillerin, Fixtenin ya da elə Kantın öz portretləri mənim üçün həmişə sadə və səmimigörünüb. Çünki onların fəlsəfəsi mənim üçün daha sadə və aydın şəkildə başadüşülüb.

Bu gün Muxtar müəllimintimsalında bir çox elm adamları öz portletlərini yaratmağa nail olub. Öz ziyalımövqeyini ortaya qoymağı bacarıb. Bu yaxınlarda Muxtar müəllimin saytlarınbirində yayımlanan müsahibəsini oxudum. O qədər dəqiq və həssaslıqlayanaşmasını gördüm ki... Məsələn, bu suala ancaq Muxtar İmanov kimi ziyalı beləgözəl cavab verə bilər:

Meyxananın hazırkı dövrdə bu qədər genişyayılması sizi narahat edir? Çünki cəmiyyətdə bu barədə fikir müxtəlifliyivar...

-Zövqlər müxtəlifdir. Ola bilsin, meyxanakiminsə xoşuna gəlməsin. Meyxananın bu gün gözümüzün önündə bədahətən, şifahişəkildə yaranması böyük göstəricidir, onun bir folklor janrı kimi nə qədərəhəmiyyətli olmasına bir sübutdur. Hamı qəzəli, hamı aşıq musiqisini, hamıpsixoloji romanı sevirmi? Əlbəttə, yox. İnsanlar ədəbi nümunəni seçməkdəazaddırlar. Meyxanaya qətiyyən qadağa qoymaq olmaz. Əksinə, ona meydan verməklazımdır ki, özünün bütün gözəl cəhətlərini bizə göstərə bilsin.

Milli adət-ənənələrinqorunub saxlanılması, soykökə bağlılıq, tarixi keçmişimizi unutmamaq kimi vacibməqamlar var bu cavabda. Bu məqamları söyləmək, həm də çəkinmədən söyləmək əslziyalı mövqeyidir. Elə təkcə bu mövqeyinə görə Muxtar müəllimin bir şəxsiyyətkimi portreti nəhəng və möhtəşəmdir...

Əslində yazmaq istədiklərimyazdıqlarımla müqayisədə o qədər çoxdur ki... Hələ çox yazmaq olar, hələ çox məqamlarıqeyd etmək olar. Mənim hələlik gücüm buna çatır. Bəlkə dətələsirəm. İçimdə dalğalanan, heç bir mənfəətə bağlı olmayan, sadəcə bir gəncyazar kimi "Təşəkkür” etmək istəyimi yazı şəklində bildirmək istəyimdi bu yazı.İnanıram ki, Muxtar müəllimin işığından bizlərə də pay düşəcək, biz də buişığın ali məqamını yaşaya biləcəyik...

Tural Cəfərli

AYB-nin üzvü, prezident təqaüdçüsü