“Sovetski”də 150-yə yaxın tarixi bina qorunub saxlanılır

Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır.
Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.
“Məlumat üçün bildiririk ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır. Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.
Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.
“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir”, - deyə qeyd olunub.
Digər Xəbərlər

Mingəçevirdə keçirilən yarışlaı təhlükəsizlik şəraitdə yekunlaşdı - FOTOLAR

Bu prospektdə hərəkətin təşkilində dəyişiklik edilir - VİDEO

Sabah 28 dərəcə isti olacaq

DYP bu şəxslərə xəbərdarlıq etdi - VİDEO

DİN-in əməkdaşları III MDB oyunları ilə bağlı fasiləsiz rejimdə çalışır - FOTOLAR

Cəbrayıl şəhərinin azad olunmasından 5 İL ÖTÜR

Sənədli torpaq sahələri bahalaşır - VİDEO
