“Sosiallıq Dairəsi” layihəsinə start verilir
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Sosiallıq Dairəsi” layihəsinə start verilir.
“İrəli” Birliyin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində insan hüquqları, keys menecment, sosial sahibkarlıq və digər mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar layihə müddətində sosial səriştələr, şəxsi bacarıqlarda peşəkarlıq, münaqişələrin effektiv idarə edilməsi sahəsində yeni bilik və təcrübələr qazanacaq, həmçinin öz potensialından daha səmərəli istifadə etmək üçün bacarıqlarını inkişaf etdirəcəklər.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin özünüifadə kimi biliklərinin formalaşmasına şərait yaratmaq, gənclərə təhsil müəsissələrindən əlavə olaraq qeyri-formal təhsil metod və prinsiplərinin öyrədilməsində yardımçı olmaq, habelə daxili problemlərin həllində düzgün və effektiv qərarların icrası prosesində təkan verici qüvvə kimi formalaşdırılmasıdır.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.
Layihədə iştirak etmək istəyən 17-23 yaş aralığında, məsuliyyətli və təşəbbüskar, özünü inkişafa meyilli və komanda ilə işləmə bacarığına malik gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3X3RMIm
Digər Xəbərlər
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

