"Sosial pedaqoqlara çox böyük ehtiyac var" - Deputat
“Ailə və uşaq arasında münasibətləri tənzimləmək üçün sosial pedaqoqlara çox böyük ehtiyac var”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Mehriban Vəliyeva deyib.
“Burda qeyd olundu ki, komissiyanın tərkibində məsul katib və uşaq və ailələrlə iş üzrə psixoloq ştatı yaradılacaq. Təklif edirəm ki, sosial pedaqoqlar barədə düşünək. Beynəlxalq təcrübədə də diqqəti cəlb edən məsələdir. Psixoloqlar adətən uşaqların psixoloji vəziyyəti ilə bağlı məsələləri tənzimləyir, reabilitasiya işləri ilə məşğul olur. Amma ailə və qurum, ailə və uşaq arasındakı münasibətləri tənzimləyən sosial pedaqoqlara çox böyük ehtiyac var. Bu ştatlar istər Sosial Xidmətlər Agentliyində, istərsə də Uşaq Müdafiəsi İdarəsində artıq yaradılıb. Yəni, bu ştatları da proseslərə cəlb etmək məqsədəmüvafiq olar”, - deyə M.Vəliyeva bildirib.
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

