adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 May 2019 15:17
16488
GÜNDƏM

Sonuncu təntənə - Kərim Kərimli yazır

Kişilər bir olmur,
atam balası,
Qorxağı var, igidi var…
Amma hər kişinin
öləndən sonra
Qəbrinin üstündə ağlayanı
Bir qara paltarlı qadına ümidi var.

(Ramiz Rövşən)


…Və bəlkə də tamamilə başqa ovqatdan yoğrulmuş bu şeir parçası Onunölümündən sonra alın yazısı kimi yazıldı uğrunda can verdiyi şəhərin dətaleyinə.
…Nə Onun məzarı üstə qara geyib, düz-əməlli ağlaya bildi qadınlarımız (Onun"yeddisi” çıxan gün Şuşa da xəyanətin qurbanı oldu, Ramiz kimi…), nə dədüz-əməlli şəhərimizin dərdini çəkə bildik. Yanan da biz idik, yaman da…"Sağsansa – günahkarsan” ittihamı uzun müddət qara kabus kimi gəzdi başımızüstə. Yerli-yersiz bu ittihamla üzləşdik. Hər addımda, hər gün. Şuşanısatanlar, şəhərə, dövlətə, millətə və vətənə xəyanət edənlər vəzifələrə təyinolundular, yüksək rütbələrə sahib oldular, günahsız fədakar adamlar ədalətsizvə əsassız qınağa tuş gəldi, məhrumiyyətlərə düçar edildi.

…Biz Onu çox tez sevdik. Çox təəssüf ki, tez də unutmağa başladıq.Onun ölümündən sonra Şuşanı da əldən verdik. Yolunda, uğrunda Onun baş qoyduğu,can verdiyi Şuşanı. Onun ardınca elə Şuşanı da unutmağa başladıq. Işğalın hərnövbəti ildönümndə, "yubileydən” "yubileyə” xatırladıq. Indi də iyirminci"yubiley”ə hazırlaşırıq… Hə, bir də ermənilər nəsə dinc durmayanda xatırladıq,xatırlayırıq. Məsələn, Şuşada yeni erməni ailələrini məskunlaşdıranda, qazıntıişləri, guya arxeoloji "tədqiqatlar” aparanda, yaxud baş planını hazırlayanda,Yuxarı Gövhər ağa məscidini "bərpa” etməyə girişəndə… Qəribədir, ermənilərindiyədək başa düşmək istəmirlər ki, Bakı boyda paytaxtının baş planınınolub-olmaması məlum olmayan bir ölkənin Şuşa kimi şəhərinin baş planı heçdünəndən lazım deyil. Anlamaq istəmirlər ki, "baş planı”, "daş planı”, "yaşplanı”, "göz-qaş” planı hazırladıqlarını, Yuxarı Gövhər ağa məscidini"Iran-fars” məscidi adlandıraraq onun bərpasına Irandan mütəxəssis dəvət etməkfikrində olduqlarını tez-tez bəyan etməklə bizim çoxdan yatmış Vətənduyğularımızı dirçəldə, ölmüş patriotizm hisslərimizi oyada, buruqlarsəltənətinin qazma baltalarının belə kəsə bilməyəcəyi pul pərdəsi ilə yumulmuşgözlərimizi, tutulmuş qulaqlarımızı aça bilməzlər.

…Heyhat! Şuşanı itirdik! Onu da işğal olunmuş Şuşada qoyub gəldik.Onun son döyüşündən sonra elimizdə, yurdumuzda çox şey dəyişdi, çox qanlaraxdı, çox bədbəxtliklər oldu. Başımıza çox hadisələr gəldi. …
Yurdumuz yağmalandı. Alınmaz, məğlubedilməz sayılan Şuşa qalasını düşmənətəslim etmək üçün qalanın darvazalarını xəyanətlə düşmənin üzünə açan xainlərbaşa keçdi, Şuşasız ötən 17 ildə milyonlara sahib oldu…
"Şuşa” və "xainlərin milyonlara sahib olması” ifadələrini yanaşı işlətməklə hərhansı bir müqəddəsliklə yanaşı, hər hansı bir naqislik barədə danışmaq kimiaddım atıb özümün də "xırdaçılığa”, "bəsitliyə” yol verdiyimi canımla hissetməmiş deyiləm, əlbəttə. Lakin bizim bu mənada ən böyük bədbəxtliyimiz də məhzelə budur. Böyük-böyük adamlar hətta ötən 17 il ərzində belə Şuşanın nə deməkolduğunu hələ də bilmirlər, nəyi itirdiyimizin hələ də fərqində deyillər. …Vətəəssüf ki, bu gün hətta Şuşadan belə söhbət düşəndə birinci növbədə "onunneçəyə olduğu, ola biləcəyi” barədə düşünürlər. Təəssüf ki, "zabit şərəfi”,"vətəndaş şərəfi”, "milli ləyaqət”, "kişilik qüruru”, "yurd təəssübü”, "Vətənqeyrəti” kimi anlayışların daxil olduğu frazelogiya lüğəti yoxdur onlarınmasalarının üstündə…

…Cəmi 30 il yaşadı Ramiz Qənbərov. Hətta 30 yaşı da tamam olmadı. Birzaman parçası kimi çox kiçik olan bu ömür ərzində yalnız ailə qura bilmədiRamiz. Lakin öz ailəsini Xalq, Millət kimi, villasını Vətən kimi başadüşənlərdən fərqli olaraq, Vətəni, Xalqı, Milləti yolunda Ən Ali Namus uğrundakimi çalışdı.
Oğul-uşaq sahibi ola bilmədi Ramiz. Lakin bu kiçik ömür parçası ərzində bütövbir xalqın oğlu, Vətənin övladı ola bildi…
1988-ci ilin fevralından, erməni təcavüzünə qarşı mübarizəyə başladığı ilkgündən son anlarınadək – 1988-ci ilin əvvəlindən o vaxtkı SSRI rəhbərliyinəmövcud vəziyyəti izah etmək, əsil həqiqəti çatdırmaq ümidi ilə Şuşadan Moskvayagedən nümayəndə heyətinin tərkibində olanda da, mitinqlərdə alovlu çıxışlaredəndə də, zirzəmilərdə gizli keçirilən yığıncaqlara gedəndə də, Vətənsəngərlərində qanlı və amansız döyüşlərə atılanda da Ramizin qəlbinə yalnız vəyalnız bircə fikir hakim kəsilmişdi: Millət! Vətən! Torpaq! Azadlıq! Müstəqillik!Dövlətçilik!
Ata-anasından aldığı adı ilə Bakıda Ramiz Qənbərov küçəsini, müvəqqəti olaraqBakıda yerləşən Ramiz Qənbərov adına Şuşa şəhər orta məktəbini şərəfləndirən,neçə-neçə şeirin, nəğmənin, kitabın, dastanın qəhrəmanına çevrilən ŞUŞALI RamizQənbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü və Azərbaycanxalqının tarixində ən şərəfli səhifələrdən birinin məzmununa çevrildi.
Ölməzlik də elə budur, əziz dost!
Əbədi Şuşada uyuyan dost!
Əbədi Şuşanı qoruyan dost!


…Məzar üstündə bayram eşitmisinizmi? Onu biz edəcəyik… Şuşada…Şuşanın Cıdır düzündəki Şəhidlər məzarlığında Ramizin məzarı başında.


Biri dost söyləyib adımı andı,
Biri düşmən bilib haqqımı dandı.
Mənim imkanımdan arzum utandı,
Süründüm "yox” ilə "kəm” arasında.

…Nə zamansa bu misraların sahibi əslində təvazökarlıq eləmişdi. Zamanötdükcə reallığa daha çox yaxınlaşdı.
Ramizin hesabına milyonlar qazananlar, milyonlarını qoruyub saxlayanlar və indimilyardlara çevirməkdə olanlar, Ramizin sayəsində özlərinin vəqohum-əqrəbalarının canlarını, həyatlarını xilas edənlər indi Şuşanın ənlayiqli və ən şərəfli Milli Qəhrəmanının xatirəsinin əbədiləşdirilməsi,heykəli, büstü, xatirə lövhəsi, haqqında kitab yazılması və s. bu istiqamətdəbircə kibrit çöpünə belə qıymırlar. Onlar qorxaqdırlar, qorxaq olduqları üçünxəsisdirlər. Qorxaq və xəsis olduqları üçün də xeyrə-şərə yaramırlar.
…Bir vaxtlar ofislərində Ramizin portretini asıb, "uçastkovı”dan tutmuş vergimüfəttişlərinə qədər hər gələnə şəhadət barmağını o potretə tuşlayıb "mən onunbatalyonunda vuruşmuşam”, yaxud "mən onun dostu olmuşam” deyə barınanlar indiRamizi heç xatırlamırlar da…
…Bir vaxtlar…
…Nə isə…

Indi gərək hər bir şuşalının stolunun üstündə onun, bir dahaçəkinmədən təkrar edirəm ən layiqli, ən şərəfli Milli Qəhrəmanından bəhs edənayrıca gözəl bir kitab olaydı. Heyhat! 17 ildə bu mümkün olmayıb!
Biz bu barədə düşünmüşükmü?
Ramizin həyatı, fəaliyyəti, Vətən uğrunda apardığı mübarizə yeni nəsil üçünörnək deyilmi?
Ramiz Qənbərov Şuşada dəfn olunub. Şuşadan ayrıla bilməyib. Şuşanın ən vəfalı,ən etibarlı sakinlərindən biridir. Amma Bakıda da, müqəddəs ŞəhidlərXiyabanında onun rəmzi məzarı var.

Şuşamıza qayıdanadək, anasının, doğmalarının, onu hələ unutmayan,uğrunda can verdiyi ideallara hələ sadiq olan dostlarının ziyarətgahıdır orəmzi məzar.
Sağlıq olsun. Gün gələr Şuşamızda Ramiz bəyin məzarı başında Azadlığımızı vəQələbəmizi bayram edəndə indiki kimi özümüzü xəcalətli hiss etməyəcəyik. Məzarüstündə bayram etmək isə sizə təəccüblü, qəribə görünməsin.
Biz bayram edəcəyik.
Ramiz bəylə sevincimizi bölüşəcəyik.
Biz ona hesabat verəcəyik.
Biz ondan üzr istəyib, əfv olunmağımızı xahiş edəcəyik…
Biz…

Bu gün isə "günahımız” odur ki, arzumuz imkanımızla üst-üstə düşmür.
…Mənim imkanımdan arzum utandı…
…1992-ci ilin 29 aprel günü Şuşa üçün faciə gətirdi. Həmin gün Ramiz Qənbərovağır yaralandı və sabahı gün gözlərini əbədi yumdu.

…Ramizin cərrahiyyə əməliyyatından sonra yanına heç kəsiburaxmırdılar. Ürəyim sinəmin altında özünü bağlı otaqda pəncərə şüşələrinəçırpıb qanadları qırılan, qəfəsdə dəmir barmaqlıqlara özünü döyüb öldürən quşkimi çırpınırdı. Mənə elə gəlirdi ki, gicgahlarım partlayacaq. Içəri, RAMIZINYANINA keçməli idim.
…Gözləri yumulu idi. Sifəti avazımışdı. Ağır-ağır nəfəs alırdı. Gültəkin onunbaş tərəfində kətilin üstə büzüşüb oturmuşdu (Söhbət Ramiz Qənbərovunbatalyonunda xidmət edən tibb bacısı, Azərbaycanın Milli Qəhrəmanı GültəkinƏsgərovadan gedir). Incə, nazik, uzun barmaqları Ramizin sıx qara saçlarınıgeriyə darayır, göz yaşları yağış kimi tökülürdü. Amma SƏSI ÇIXMIRDI…
Hönkürmürdü, hıçqırmırdı, qışqırmırdı, SƏSSIZ ağlayırdı Gültəkin. Çiyninəsaldığı kamuflyaj buşlatın içində, əyninə geydiyi hərbi paltarda getdikcəbüzüşür, balacalaşır, yanıb-yaxılır, zülüm-zülüm ağlayır, sellənən gözyaşlarının əlində acizləşirdi. Möhkəm sarsılmışdı Gültəkin. Lakin gözyaşlarının acizinə cevrilsə də, özünü, iradəsini itirməmişdi. Indiyədək Şuşadaçox ölüm, yaralı görmüşdü "Gültəkin həkim”. Lakin, o, başa düşürdü ki, bu –artıq başqa məsələdir…
Başını qaldırdı. Məni görcək yanaqlarından süzülüb tökülən göz yaşlarını incəbarmağının arxası ilə silib, çox böyük və sonsuz hüzn, lakin asta da olsa,qətiyyətlə: "Təcili Bakıya xəbər elə, vertolyot göndərsinlər, Ramizi xilasetmək lazımdır!” – dedi.
Qayıdıb çıxdım. Xəstəxananın həyətindəki "UAZ” markalı maşınla təcili poçtaqalxdım. Orada Bakı ilə əvvəlcədən sifariş vermədən, birbaşa əlaqə yaratmaqüçün iki nömrə var idi.

…Yeri gəlmişkən, belə yerdə deyirlər ki, içim özümü yandırır, çölümözgəni. Dərdimizə baxın, ölkənin bir parasında qanlı müharibə gedir, hər qarıştorpaq uğrunda "imkanı arzusundan utanan” bir dəstə cavan canı, qanı, dişidırnağı ilə dişinə və dırnağınacan silahlanmış, təlim görmüş düşmən ordusu iləölüm-dürüm çarpışmasındadır, ölkənin o biri başındakı paytaxtda əyləşib, özkeyfində olan, sözün bütün mənalarında başı eyş-işrətə qarışan dövlətrəhbərlərinə, siyasi, ictimai xadimlərinə, güc strukturlarına, deputatlarına,nəhayət "boynu qıldan nazik, üzü qara” mətbuatına təcili bir xəbər vermək üçünhələ əvvəlcədən bu barədə sifariş verməli və sonra da oturub vaxtını gözləməliidin. Müharibə başlayan kimi dərhal ölkənin siyasi və hərbi paytaxtını Şuşaya,Xankəndinə, Xocalıya, Kərkicahana köçürməli olan dövlət rəhbərlərinin özləri,yavərləri isə heç "ayda bir yol, həftədə bir yol” da maraqlanmırdılar…

…Bakıya zəng etdim. Əbülfəz Elçibəy, Isa Qəmbər, Tamerlan Qarayev,Rəhim Qazıyev, Leyla Yunusova, Isgəndər Həmidov, Etibar Məmmədov və başqalarıilə bir-bir danışdım. Vəziyyəti ətraflı söylədim. Ramizi Bakıya çatdırmaq üçüntəcili vertolyot lazım olduğunu bildirdim. Əlbəttə, Ramiz yaralanan kimi məndərhal zəng edərək, Bakıya, o cümlədən də mətbuata xəbər vermişdim. Indi isəcərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə bağlı məlumat verdim.
Bakı ilə telefonla danışdıqdan sonra geriyə, xəstəxanaya qayıtdım. Yuxarıçıxanda gördüm ki. Ramizi əməliyyat edən cərrah telefonla danışır. Məlum olduki, Isgəndər Həmidov Bakıdan zəng edib. Cərrah Nazim Allahverdiyev ona Ramizinvəziyyəti və cərrahiyyə əməliyyatı barədə həkim məlumatı verdikdən sonra dediki, indi vertolyota ehtiyac yoxdur. Ramizin vəziyyəti çox ağırdır. Indi onutərpətsək, vertolyota mindirsək dərhal keçinər. Üç gün gözləmək lazımdır. Üçgün yaşasa, özümüz Bakıya çatdıracağıq…

Heyhat! Ramizi xilas etmək mümkün olmadı. Aprelin 30-da o, bu dünyayagözlərini əbədi yumaraq, çox-çox, canından da artıq sevdiyi Şuşa torpağınaqovuşdu.
…Ramizin cənazəsini xəstəxanadan evə gətirən insan seli dəstə-dəstə,dalğa-dalğa? Burum-burum onun evinə yaxınlaşırdı.
Şəhərin aşağı hissəsində, ən ucqarda, qaya başında yerləşən Kərim bəyMehmandarov adına Şuşa rayon Mərkəzi Xəstəxanasından başlanğıcını götürən bu"sel”in qabaq tərəfindən çevrilib geri baxanda adama elə gəlirdi ki, üzüyuxarı,şəhərin mərkəzinə doğru nəhəng bir çay axır – Ramizgilin evi şəhərinmərkəzində, Mamayı məhləsinin ayağında, Örtülü bazarın üstündə idi.
Onu ikinci mərtəbəyə qaldırıb otağa qoydular. Hamı qayıdıb çölə çıxdı. Yuxarıqalxdım. Yenə də içəri, RAMIZIN YANINA keçdim. Bu, son iki gündə artıq üçüncüdəfə idi ki, təkrar olunurdu. On iki dəfə edilən təkidli zənglərdən sonra kiçikbir dəstə ilə döyüşə, ön mövqedəkilərə köməyə getməmişdən əvvəlki axşam onunbatalyonu, bizim batalyonumuz yerləşən Uşaq sanatoriyasındakı otağında biryerdə xeyli, bəlkə də bir neçə saat söhbət etmişdik. Mən RAMIZIN YANINA onuntabeliyində olan döyüşçü kimi deyil, onun əqidə dostu kimi girmişdim vədanışdığımız uzun müddət ərzində ondan bir neçə məsələni xahiş və dost kimitələb etmişdim. Ikinci dəfə xəstəxanada, üçüncü dəfə isə son mənzilə yolasalmaq üçün evlərinə gətiriləndə onun otağına daxil olurdum. Və o zaman heçağlıma da gəlməzdi ki, aradan IYIRMI IL keçəndən sonra mən yenə də RAMIZINYANINA getmək istəyəcək, RAMIZIN YANI adlı bir məzar yeri arzulayacam:

…Işıqtək şığıyıb, uçdu xəyalım,
Ağdamdan, Şuşadan keçdi xəyalım.
Bir məzar yerini seçdi xəyalım, –
RAMIZIN, Pərvizin, Kamilin YANI…
Şuşalılar unutdumu Şuşanı?!

Azərbaycan unutdumu Şuşanı?”

…Ayların yuxusuz gecələrinin əzabı sifətlərindən-gözlərindən oxunankişilər həyətdə burum-burum burulsa da RAMIZIN YANINDAN ağlaşma, ağı, "şaxsey”sədaları gəlmirdi, eşidilmirdi. Qadın yox idi… Qayıdıb otaqdan çıxdım.Pilləkənlə aşağı endim. Həyətdə pilləkənlərin ayağında başlarına qara yaylıqörtmüş, QARA PALTARLI iki qadınla rastlaşdım. Biri Şuşada hamının tanıdığıhörmətli Süsən xala idi. O birini təəssüf ki, unutmuşam. Onların arxasıncatəzədən pillələrlə ikinci mərtəbəyə Ramizin otağına, RAMIZIN YANINA qalxdım.Süsən xala ilə yanındakı qadın hərəsi bir tərəfdən Ramizin yanında diz üstəçöküb ağlamağa başladılar.

Heyhat! Ramizin burada da "bəxti gətirməmişdi”. Ağlayan QARA PALTARLIQADINların ikisi də zülüm-zülüm, yana-yana ağlasalar da heç birinin səsiçıxmırdı. Şuşada hamı bilirdi ki, Süsən xalanın boğazında dərdi var və səsiçıxmır. Danışanda da zəif, xırıltı ilə danışır, boğazında… Ikinci, cavan qadınisə "ağlamaq bilmirdi”. Göz yaşları nar dənəsi kimi yumrulanıb dağılsa da, səsieşidilmirdi. Ramizin "üstündə” "dünya dağılmırdı”. Aşağıda, həyətin müxtəliftərəflərindən arada bir kişi hönkürtüsü eşidilib, tez də kəsilirdi…
Ramizin özünün də, qəbrinin də üstündə ağlayacaq bir QARA PALTARLI QADINA OLANÜMIDI DƏ özü ilə bir ölürdü. Cəmi yeddicə gündən sonra isə məzarının,ümumiyyətlə, azərbaycanlının ziyarət edəcəyi ümidi də puç oldu. Canını qurban verdiyidoğma şəhəri, əvəzsiz Şuşası da düşmənə təslim edildi. Xaincəsinə… Ramizidüşmən gülləsinin önündə hədəfə çevirənlər onun şəhərini də yağıya hədiyyəetdilər.
Ərməğan kimi….

Ramizin yeddisi çıxan gün Şuşa da çıxdı…
Daha doğrusu Ramizin yeddisini verən şuşalılar elə həmin gün də Şuşadançıxdılar…
…Səhəri gün, mayın 1-də Şuşada ilk dəfə hərbi paradla, yaylım atəşi ilə dəfnmərasimi oldu. Bu mərasimi idarə etmək üstündə də dava düşdü.
…Rayon icra hakimiyyətini yenicə ələ keçirmiş icra başçısı Nizami Bəhmənov haragetmişdisə, Şuşada yox idi, gözə dəymirdi. Rayon rəhbərliyindən binada təkcə ozaman hələ ümumi şöbənin müdiri işləyən, 1993-cü ilin ikinci yarısından müavinolan, bir neçə il bundan əvvəl isə pensiyaya göndərilən Elxan Ələkbərov idi.Biz bir neçə nəfər onun yanında toplaşıb dəfn mərasiminin necə keçirilməsinimüzakirə edirdik. Orada olanlardan özümdən başqa (necə deyərlər), ElxanƏləkbərovun və Şuşanın işğalından sonra, Bakıda icra başçısının müavini təyinedilən və bu vəzifədə bir il çalışan Akif Əliyevin adları yadımda qalıb.Qalanlarını unutmuşam. Biz matəm mitinqinin və təntənəli dəfn mərasiminin necəkeçirilməsi, tədbiri kimin aparacağı, kimin idarə edəcəyi barədə danışırdıq. Buzaman kabinetin qapıları taybatay açıldı və bir dəstə silahlı adam içəri daxiloldu. Gələnlər Elxan Ələkbərova (bir daha qeyd edirəm ki, Elxan müəllim IHaparatında şöbə müdiri idi və ondan başqa rayon rəhbərliyindən binada heç kimyox idi) müraciətlə "çəkilin bir kənara, tədbiri biz özümüz təşkil edəcəyik,mitinqi biz aparacaq, təntənəli dəfn mərasimini də biz həyata keçirəcəyik.Bütün bu işlərə də özümüz rəhbərlik edəcəyik! Siz qarışmayacaqsınız!” – deyərəktələblər irəli sürməyə başladılar. Elxan Ələkbərov deyəsən etiraz etmək istədi:"Elə şey olar? Ramiz şuşalıdır. Necə ola bilər ki, biz bu işə qarışmayaq?”.Cavab çox ağır və çox sərt, kəskin idi: "Əhd eləmişdiniz? Niyyət eləmişdiniz?Ramizi öldürmüsünüz, indi də dəfninə rəhbərlik eləmək istəyirsiniz?Görməyəcəksiniz!”. Bayaqdan ayaq üstə dayananlardan bir neçəsi avtomatınıçiynindən endirib sürgüsünü-çaxmağını çəkdi. Yan-yana dayanan yaraqlılarınavtomatlarının şaqqıldamaq üçün himə bənd olduqları göz qabağında, çaxmaqlarçəkilmiş, barmaqlar tətikdə idi. Cəmi beş ay əvvəl bu kabinetdə avtomatşaqqıldamış və rayon icra hakimiyyətinin başçısı, Şuşanı qoruyan əsasqüvvələrin rəhbəri olan Mikayıl Gözəlov kimi bir sanballı kişinin sinəsiniparçalamışdı…
Elxan Ələkbərov köməksiz baxışlarla bizi süzdü, çiyinlərini çəkdi. Heç kimdinmirdi. Bir anlıq sükut çox uzun çəkdi. Ayağa durdum. Gələnlərə üz tutub:"Sizin məntiqiniz aydın deyil, – dedim, – Siz burda silah işlətməkistəyirsiniz? Bu avtomatlardan indi şəhərdə qalan adamların az qala hamısındavar. Erməni gəlib dirənib Şuşanın boğazına, siz silahı bizə çevirirsiniz… Bu nədeməkdir, bunu necə başa düşək? Mitinq eləmək, mitinqi idarə etmək, çıxışeləmək, Ramizin dəfnini özünüz eləmək istəyirsiniz, eləyin. Bundan ötrüdanışığa dəstə ilə, avtomatla gəlmək lazımdır? Siz elə bilirsiniz burada birgüllə atsanız salamat çıxa bilərsiniz? Bütün şəhər qan gölünə çevrilər. Düşmənədə bu lazımdır. Ondansa, sakitcə erməniləri çağıraq və Şuşanı sağ-salamatonlara təhvil verək… Mitinq eləmək istəyirsiniz, gedin eləyin, gedin işinizigörün. Ramiz Qənbərovu indi onun ortada olan tabutu üzərində kimin və necə nitqsöyləyəcəyi maraqlandırmır. Onu bu dünyada maraqlandıran bircə amalı, təkcəŞuşa idi, onun da yolunda canından keçdi. Gedin nə istəyirsiniz eləyin…”."Qonaqlar” getdilər. Üzümü Elxan Ələkbərova çevirdim: "Ölüsünü ortalıqda qoyubqaçan, yoxa çıxan başçı – başçı deyil, … (ardı yazılmalı deyil)” – deyibçıxdım.

…Matəm mitinqini Avtomobil alayının (belə adlanırdı) komandiri MəmmədMuradzadə idarə etdi. Mitinqin gedişində də ikinci dəfə son dərəcə gərginvəziyyət yarandı. Mitinqin aparıcısı sona yaxın "…gün gələcək Qarabağtorpaqlarından mənfur erməniləri qovub…” ifadəsini deyərkən çaşaraq "…güngələcək mənfur Qarabağ torpaqlarından…” kimi işlətdi. Meydana toplanmışyüzlərlə adam eyni vaxtda ona tərəf bağırmağa başladı: "Mənfur sənin…”. Nəzərəalmaq lazımdır ki, adamların xeyli hissəsi silahlı idi. Həm Muradzadəyəsöyənlərin, həm də onun ətrafında olanların. Qeyd edim ki, Muradzadəgilindəstəsinin "mitinqi biz aparacağıq” tələbi barədə xəbər sürətlə yayılmışdı vəcamaatın bir hissəsi acıqlı idi. Bu təhlükəni də sovuşdura bildik. Eyni zamandaMəmməd kişinin dönə-dönə üzr istəməsi, karıxdığını təkrar-təkrar qeyd etməsi dəgərginliyi bir qədər azaltı. Onu da deyim ki, adicə bir söz səhvindən,əvvəlcədən düşünülməmiş, qəsdən deyilməmiş kiçik söz xətasından sonra natiqdəvə onun ətrafındakılarda yaranmış çaşqınlığa görə bayaqkı ötkəmlikdənəsər-əlamət qalmamışdı. M.Muradzadə səmimiyyətlə üzr istəyirdi.
Mitinq başa çatandan sonra Bazar başı meydanından Cıdır düzünədək uzanan yoldainsanlar sakit-sakit addımladıqca Ramiz sanki həm doğma şəhəri və həm də çoxsevdiyi həmyerliləri ilə vidalaşırdı. Və sanki bu qüssəli, fikirli, dərdlimatəm karvanına baxdıqca ona agah olurdu ki, cəmi 7-cə gündən sonra bu şəhərinsakinləri onu indi tapşırmaqda olduqları torpağın qoynundaca qoyub, onu daŞuşanı da tərk edib, harasa gedəcəklər. Hər yerə gedəcəklər, hər yerədağılışacaqlar, səpələnəcəklər…

Fəqət! O, susurdu. Son dörd ildəşəhərimizin ən çılğın adamlarından biri, mitinqlərdə, yığıncaqlarda, könüllülərqarşısında, çayxanalarda, evlərdə, küçələrdə, hətta, bəzən səhərə qədərdanışan, bu şəhərdə hamıdan çox və hamıdan odlu-alovlu danışan bu cavan oğlanindi susurdu. Çünki o, indi hamıdan çox bilirdi. O artıq duymuşdu ki, biz onutorpağın qoynuna verib, baş götürüb, can götürüb, harasa getməyi qənimətbiləcəyik. Cəmi bir həftədən sonra…
…Və deyəsən Ramiz artıq anlamışdı ki, elə buna görə də, bütün bunların olması,baş tutması üçün də əvvəlcə o ölməli imiş…
…Və deyəsən Ramiz həm də onu anlamışdı ki, Şuşanı erməniyə vermədən əvvəl, onutərk edib getmədən əvvəl sonuncu təxirəsalınmaz iş kimi onu torpağa verməli,Ramizin sərkərdələrə layiq təntənəli dəfn mərasimini həyata keçirməli imişlər.Bu SONUNCU TƏNTƏNƏ idi.

ŞUŞANIN SONUNCU TƏNTƏNƏSI…
…Sənsizliyin artıq 17 yaşı tamam oldu, Ramiz bəy!
…Və cəmi 7 gündən sonra Şuşasızlığın da 17 yaşı tamam olur, Ramiz bəy!

...Və bu gün Şuşanın işğalı da,ŞUŞASIZLIQ da daha "həddi buluğa çatır”, Ramiz bəy!

...Qorxuram, Ramiz bəy, çoxqorxuram...

...Qorxuram ki, "həddi buluq”dansonra bu biabırçılığın "gənclik dövrü” gələ...

...Və...

...Aman Allah!!!
…Şuşamız səndən sonra cəmi 7 gün yaşadı, Ramiz bəy! Sənin "yeddin” çıxan günüŞuşa da çıxdı. Daha doğrusu Şuşadan çıxdıq.
…Təkcə Şuşa çıxmadı, təkcə Şuşadan çıxmadıq, Ramiz! Canımız da çıxdı. Düzdür,"çiçəyi çırtdıyan”, "bəxti açılan”, "zəri şeş duran” da oldu. Ancaq, elələrihəyatın tör-töküntüləridirlər və sənin kimi oğulların baş qoyduğu, can verdiyiideya və ideallar onlara yaddır. Onlar "yal olsun, yalaq olsun” "fəlsəfəsi” iləyaşayanlardır və burada sənin gözəl xatirənlə yanaşı onları da yada salmaq butipləri doğrudan da şərəfləndirməkdir. Yəqin buna görə mən hətta üzristəməliyəm də, səndən də, bir çox başqa şərəfli adamlardan da…
…Səndən sonra (bunu necə söyləyə bildik, Ramiz?!) nələr olmadı?! Hər şey oldu.Başımıza hər fəlakət gəldi. Şuşamız əldən getdi… Sən bunları bildinmi,duydunmu, Ramiz? Sən bütün bunlara dözdünmü, susdunmu, Ramiz?
…17 ildir sən yoxsan. 17 ildir Şuşa da yoxdur. 17 ildir sənsizik. 17 ildirŞuşasızıq. 17 ildir biz dözürük. Sənsizliyə də, Şuşasızlığa da. Sən dədözərdinmi, Ramiz? Amma axı sən Şuşasız deyilsən. 17 ildir sən əvvəlki kimivarsan, Şuşa da var. Siz bir yerdəsiniz. Biz yoxuq. 17 ildir sən əvvəlkitəkŞUŞALISAN, biz ŞUŞASIZ.
Yadıma bilirsənmi nə düşdü? Kamil yadındamı, Kamil Bəşirov. Qəhrəman Kamil.Səndən bir gün qabaq qəhrəmancasına şəhid olan Kamil. Siz onların köməyinətələsmişdiniz. Sən yaralanandan bir az sonra igid Nəriman da, cəsur Elton da,qorxmaz Pənah da şəhid oldular. Kamili bildin, o birilərindən xəbərin olmadı.

Hə, bu günlərdə Kamil Bəşirov – qəhrəman Kamil haqqında təzəkitabımda yazmaq üçün hazırda onun Pirşağıda "Lokomotiv” adlanan bir düşərgədəməskunlaşmış bacısı Şüşəxanım müəllimə ilə də görüşdüm. Bilirsənmi nə dediŞüşəxanım müəllimə? Deyir, "bir igidin ömrü deyirlər ha, bax bizimŞuşasızlığımızın ömrü o qədərdi indi. Bu il 17 oldu, gələn il 18, sonra 19, 20,21 olacaq. Mənim qardaşım Kamil də 21 yaşında şəhid oldu. Şuşasız qalmağımızKamil yaşına da çatacaqmı…”.
Şuşasızlıq həm də sənsizliyin yaşıdıdı, Ramiz!
"…Bəy, ”neujeli” sən görmürsən ki, bunlar siyasi oyunlar oynayırlar, siyasialver edirlər?” – sən bunu kimə demişdin, Ramiz, niyə demişdin? Sən "bunlar”deyəndə kimi nəzərdə tuturdun?
"…Şuşanın başına bir iş gəlsə, səni şəxsən özüm güllələyəcəyəm!” – bəs bunukimə demişdin, niyə demişdin, Ramiz?
Şuşanın başında siyasi oyun oynadılar, Ramiz, oynadılar. Siyasi alver elədilər.Şəhərimizi, canımızı hərraca qoydular, Ramiz.
…Və bunu anlayan, görən, bilən, başa düşən olmadı. Olanları da başsız qoydular.Olub, başını salamat saxlayanlar isə susdular, Ramiz, qorxu susdurdu hamını.Başbilənlər isə oyunların başında durdular, Ramiz, elə əvvəldən, lap əvvəldən.Evimizi yıxdılar, bizi çöllərə saldılar. Özgələrin tənəli bucağında qocaltılarbizi. Oldu bunların hamısı, qardaş, oldu.
Şuşanın başına bir iş gəlmədi, Ramiz, min iş gəldi. Işğaldan əvvəl də, sonrada… Dağıtdılar yurdumuzu, taladılar ocağımızı. Dünya gözəli, Tanrı və təbiətgözəli şəhərimizi viran edib yandırdılar. Xaraba qoydular, Ramiz. Bülbülləryurdunu bayquşlara verdilər. Təhqir etdilər, Şuşanın ləyaqətini tapdadılar…
…Amma, bir kimsəni güllələmədilər. Sən "…şəxsən özüm güllələyəcəm!” demişdinmi?Güllələmək nədir, heç kiməsə "gözün üstə qaşın var” deyən də olmadı.
…Şuşamızın sahibi yoxmuş…
…Səndən də, Şuşadan da sonra çox sular axdı, Ramiz, çox küləklər əsdi. Şəhər vəkəndlərimiz, iri-iri rayonlarımız işğal edildi. Sənə qədər kəndlərimizləbərabər bir Xocalı dərdimiz var idi. Ağır dərddir, dəhşətli facədir, ammaonunla qurtarsa, nəymiş ki?
Səndən sonra Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,Zəngilan.., – görürsənmi, Ramiz, saymaqla qurtarmır, – faciələrini dəyaşadıq. Torpaq itkimiz artıqca generallarımız və Milli qəhrəmanlarımız daçoxaldı. Indi işğal olunmuş hər kəndə bir general düşür. Bir vaxtlar albayraqlar, qızıl ordenlər ölkəsi olan ölkəmiz indi Milli Qəhrəmanlar vəqaçqınlar ölkəsi adlanır. Şəhər və kəndlərimiz əldən getdikcə generallarımız çoxaldı,Ramiz. Generallar çoxaldıqca qaçqınlarımız da çoxaldı. Qaçqınlar ordusuböyüdükcə Milli Qəhrəmanlarımızın da sayı artdı. Beləcə indi biz MilliQəhrəmanlar və qaçqınlar ölkəsiyik. Sən şəhid olanda ölkədə heç Milli Qəhrəmanyox idi. Heç bu ad da təsis edilməmişdi.
Onda igidlər ad uğrunda deyil, yurd uğrunda mübarizə aparırdılar.

Ad dedim! Ramiz, sənin adınla bir gənc böyüyüb ailənizdə. Gənc Ramizbəy! Gənc Ramiz Qənbərov. Eyvazın oğludur. Səndən sonra dünyaya gəldi. Bakıda.Elə bil adını yaşatmaq üçün verdi onu Tanrı. Indi 17 yaşının tamamına az qalıb.Demək olar ki, o da Şuşasızlığın və sənsizliyin yaşıdıdır.
Neynək, Tanrının payı çox olsun. Tanrı gənc Ramizi, bütün gənc Ramizlərimiziqorusun!
Tanrı onu da, onları da, bizi də tezliklə Şuşamıza yetirsin!
…Və Tanrı gənc Ramizimizə həqiqi uğur versin. Beş il bundan əvvəl ona həqiqigeneral olmağı arzulamışdım. "Qoy yeni əsrdə Şuşamızın ən gənc generalı olsun!”demişdim. Ancaq gənc Ramiz o yolu seçməyib. Amma, insan istənilən sevdiyi işingeneralı ola bilər…
Qoy sənin şərəfinə Ramiz adlandırılan qardaşın oğlu da, bu adla şərəfləndirilənbaşqa Ramizlər də, ölkəmizin yüz minlərlə digər gənc Ramizləri də bu ölkəninhər sahədə şərəfli gənc generallarına çevrilsinlər, çevrilə bilsinlər…
Onda sənin adını və əməllərini döyüşkən və qalib bir ordunun məğrur generallarıda yaşadacaq, Ramiz bəy!

Birinci növbədə torpağımızı elliklə işğaldan azad etməklə.
Ona və onlara bu yaraşır, Ramiz bəy!
Eşq olsun şəninə şərəf yaraşanlara!
Eşq olsun o günə!
Şuşamızda qarşılayaq…

TƏNTƏNƏMIZ SONUNCU OLMASIN!!!