Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb.
Adalet.az-ın məlumatına görə, bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə 1,5 milyon iş yeri yaradılıb.
Baş nazirinn müavini onu da bildirib ki, Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çox investisiya qoyulub.
Onun sözlərinə görə, tikinti sektoru əmək bazarında əhəmiyyətli yer tutur: "2016-cı ildə ölkə iqtisadiyyatına yatırılmış 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikinti sektoruna yönəldilib".
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17