adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Sentyabr 2018 09:15
20778
SİYASƏT

SOLOVYOV: "Qorbaçovun Əliyevlər ailəsinin başına gətirdikləri isə heç bir insanlıq çərçivəsinə sığmır"















Sergey Mixeyev:- Mixail Qorbaçov memuarıda yenidənqurma və 91-ci illərdən sonrakı dövrün əziyyətiniçəkdiyini göstərir. Bu gün də və yəqin ki ömrününaxıran kimi də əməllərinə haqq qazandırmağa çalışır. Bütün məsələlərdə özününhaqlı və düz yolda olduğunu, lakin ətrafının ona mane olaraq ideyalarının başa çatdıra bilməməsindəgünahlandırır. Guya o, ABŞ rəhbərliyi iləbirlikdə «soyuq müharibəyə» son qoyub. Mən başa düşmürəm ki bu səviyyədəsadəlövh birini böyük bir dövlətə necə rəhbər seçiblər? Sovet İttifaqının dağılmasınaQorbaçov özü şərait yaradıb.










Mixail Qusman: -Mən hesab edirəm ki, Qorbaçov böyük bir şəxsiyyətkimi artıq dünya tarixinə düşüb. O çalışırdı ki, hər yerdəSovet İttifaqının maraqlarını qorusun… Sovet İttifaqının dağılması tarixdə böyük faciə idi… Bu barədə onunköməkçisi, Karenin atası Georgi Şahnazarov (erməni) da öz xatirələrində yazıb.







Karen Şahnazarov:- Mən bu gün Qorbaçovun vəkili kimi çıxışetmək istəmirəm… O, aşağıdan – xalqdan gələn səsi – «niyə bu qədər silahlanırıq, niyə əmin-amanlıqda yaşamırıq» prinsiplərindən çıxışedərək dünyaya sülh gətirmək istəyirdi. Sadəlövhlükdürmü? Bəli… Böyük dövlətlər,o cümlədən ABŞ onu aldatdılar. Qorbaçov sadəcə olaraq həyata keçirmək istədiyi ideyalarınqurbanı oldu.








Yevgeni Satanovski: - Biz hələ baş verən hadisələri axıradəkaraşdırıb analiz etməmişik. Qorbaçovla bağlı mənim fikirlərim tamamilə neqativdi. O, baş katib olduğuüçün elə düşünürdü ki, yalnız onun dedikləri doğrudu, yalnız onun ideyaları düzdü.Maslikov kiimi təcrübəli dövlət xadimlərinin rəyləri ilə razılaşmadığı üçün onlarıhakimiyyətdən uzaqlaşdırırdı… Yeltsinlə onunmübarizəsi yalnız hakimiyyət kreslosuuğrunda idi…. Manevr etmək qabiliyyəti olan, lakin əsl hakimiyyət instinktinə malikolmayan zəif insan dövləti bu vəziyyətə gətirib çıxarmalı idi. Qorbaçov bunu istəyirdi, yaxud yox, artıq heç bir fərqi yoxdur. Əgər dövlət başçısı kimi bir vəzifəni öhdənə götürürsənsəbu məsuliyyəti başa düşməliydin. Kapitan gəmini idarə edir ki, melə oturmasın.




Boris Nadejdin:- Qorbaçov ümumiyyətlə, faciəvi bir fiqurdu.O, SSRİ-ni bütün gücü ilə saxlamağa çalışırdı.Qorbaçov hakimiyyətə gələndə ölkənin iqtisadi vəziyyəti çox acınacaqlı idi… Düzdür ki, o zəif adam idi, amma 91-ci ildə dövlətindağılmaması üçün cəmi üç adamı aradan götürməli idi. Lenindən, Stalindən, Xruşşovdan,Brejnevdən fərqli olaraq o, sovet insanının qanını tökmək istəmirdi.





Solovyov (aparıcı):- Siz nə danışdığınızı bilirsiniz? Bəs Vilnüsdə,Tbilisidə, Sumqayıtda, Bakıda və ən əsası Qarabağda tökülən minlərlə insan qanları,onları Qorbaçov tökmədimi? Heç olmasa yaxın tarixi yadınızdan çıxarmayın.








Sergey Mixeyev:- Sovet İttifaqının dağılmasında əsas rolu Qorbaçov oynadı. Bu faktdı. Böyük birdövlətin başçısının nəyi bacardı, nəyi isəbacarmadı söhbətlərini evdə qayınana ilə müzakirə edə bilərlər. Ölkəsinin dağılması hesabına Qorbaçov tarixə dünyanın düzümünü dəyişənbir şəxsiyyət kimi düşmək istəyirdi.

Solovyov (aparıcı):- Əgər sən hakimiyyəti idarə edə bilmirsənsə istefa ver. Get pizza reklam elə.

Mixail Qusman: -Qorbaçov MDU-nun ən prestij fakültəsini bitirmişdi.Onun memuarlarında nə qədər böyük ideyaların olduğunu görürük. Bu ideyalara çoxinanırdı. Sadəcə olaraq tarixin çarxı başqa istiqamətə döndü.

Yevgeni Satanovski:- Mixail Solomonoviçdən fərqli olaraq mən primitiv adamam, Qorbaçovun faciəli həyatyaşaması və savadı məni qətiyyən maraqlandırmır. Mən heç onlara tüpürmək belə istəmirəm.Onun apardığı ideyalar və qanlı siyasəti öz nəticəsini verdi… O, ölkə rəhbərliyinəgətiriləndə SSRİ-nin iqtisadi göstəriciləri ABŞ-ın iqtisadi göstəricilərinin yarısı qədər idi. Ölkə böyük resurslara malik idi. Həmin illərdə İsrailin və Çinin iqtisadi göstəriciləri ümumiyyətlə,yox səviyyəsində idi… Qorbaçov gərək Sarbona universitetini bitirəydi, bədbəxt MDU-nu yox. Onda gedib başqa işlə məşğul olardı, dövlət başçısı olmazdı…Həmin vaxt əgər Nazarbayev dövlət başçısı seçilsəydi və yaxud Heydər Əliyev hakimiyyətəgəlsəydj SSRİ heç vaxt dağılmazdı.

Solovyov (aparıcı):- Qorbaçovun opponentləri ilə necə mübarizə apardığını, necə rəftar etdiyini hamı bilir. Onun sadəcə imkanları yoxuydu ki,onları güllələsin. Əliyevlər ailəsinin başına gətirdikləri isə heç bir insanlıqçərçivəsinə sığmır.


Hazırladı: RüstəmHACIYEV