adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2024 15:28
477
DÜNYA

SOLOVYOV MARQARİTANIN PAÇASININ  ARASINDAN BAŞINI ÇIXARA BİLMİR

Əslində jurnalist yox, FSB-nin polkovniki Solovyovun Azərbaycanla bağlı   çıxışı haqqında  nə isə yazmaq istəyirdim, amma fikrimdən  vaz keçdim. Ona görə yox ki, qorxdum, ona görə ki gördüm çox ədəbsiz bir yazı alınır oxuculara hörmət edib  yazmadım. 

Bir də ki Mətbuat Şurası Solovyovun bizim haqqımızda sayıqlamalarına çox ağıllı və ciddi  cavab verib. Və bu cavab  bütün mətbuat  vasitələrində yayıldığından  hamının xəbəri var. 

Başını Marqarita  Simonyanın paçasının  arasından çıxara  bilməyən   Solovyov əslində belə  çıxışları ilə Rusiyanı və Putini ermənilərin  tapşırığı ilə nüfuzdan salır. 

Ondan  əvvəlki  verilişində Ermənistanı hədələyirdi və bizə qarşı  körükləyirdi. Həmin verilişdə olan, adını  unutduğum erməni də, deyəsən, Marqaritanın  əri idi, mattım-mattım baxırdı və etiraz etməyə də cəsarəti çatmırdı.