adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Fevral 2020 11:12
49831
SAĞLAMLIQ

Soğan yeyənin içi göynəmir, xəstəliyi azalır...

Ötən yazılarımızda sarımsağın faydaları haqqında yazdıq. Eləsarımsaq qədər də faydalı olan soğan haqqında da məlumat verməmək günah olar. Əvvəlsizə qısa bir xatirəmi danışım. Yaşlı bir nənəm vardı. Biz balaca olanda bizətez-tez qonaq gələrdi. Gələn kimi də 5 -6 baş soğanı soyub, yuyub, halqa-halqadoğrayardı, sonra üstünə duz və yağ əlavə edib onu yaxşıca qovurardı. Sonda da2-3 yumurtanı çalıb üstünə əlavə edərdi. Evdə hansı yeməyin bişməsindən asılıolmayaraq biz nənənin bişirdiyi ”soğan qızartması”nı heç nəyə dəyişməzdik. Nənəmhər dəfə bu yeməyi bizə yedirtmək üçün onun haqqında bu sözləri deyirdi: " Yeməyininhamısını yesən, qışda qrip olmayacaqsan”. Sonradan bildik ki, o yeməyin adı"soğan çığırtası” imış və bir çox xalqların mətbəxində də ən ləziz yemək kimiyeyilirmiş. Yəni, "heç yemək bişirə bilmirəm” deyən qızlar bu sadə və dadlı yeməyibişirməklə "qabliyyətli aşbaz” olduqlarını iddia edə bilərlər.

Soğanıntarixi

Soğanın tarixi ən azı3,000 il əvvəl Mərkəzi Asiya və Hindustanda başlayıb. Romalıların səbəbinə o,Avropaya çatdı və Xristofor Kolumbun hesabına dünyada yayıldı. Soğanın şəkili həttaMisir piramidlərdə aşkar olunub - onlar qulların qida rasionunun ayrılmaz hissəsiolub onları xəstəliklərin yayılmasından effektli şəkildə qoruyub. Zanbaqkimilərfəsiləsinə aid acı bir dadı olan və içərisində yüksək miqdarda turşu olan bubitki Çin və Yaponiyada ərzaq məhsulundan daha çox müalicəvi vasitə kimiistifadə olunur. Hətta "Quran"da ("Bəqərə” 61) soğan haqqında beləbir ifadə var:"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetərartıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən; tərəvəzindən,sarımsağından, mərciməyindən və soğanından çıxarsın." Soğan qədimzamanlardan ərzaq məhsulu olmaqla yanaşı dərman kimi də istifadə olunmuşdur.Böyük təbibimiz İbn Sina bu tərəvəzdən geniş istifadə etmiş və onun haqqındabelə demişdir: "Soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaricedir.” Soğanın insan sağlığına çox böyük xeyrinin olduğunu müasir dövrdə bütünalimlər, o cümlədən, ABŞ -ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinskyöz araşdırmalarında təsdiq etmişdi. O, bu qənaətə gəlmişdir ki, soğan istifadəolunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur.

Soğanın müalicəvi əhəmiyyəti



Təbiət insana çoxlu sayda təbii dərmanlar bəxş edib. Bu,xüsusilə tərəvəzlərə aiddir. Bütün tərəvəzlər əsl təbii dərmanlardır. Mütəxəsisslərbildirirlər ki, soğan da belə təbii dərmanlardan biridir. Onu çiy halda yeməklazımdır. Bişirilmə zamanı soğanda olan bir çox faydalı maddələr məhv olur.Amma bəzi həkimlərin sözünə görə, o bişmiş halda da çox effektiv təsirəmalikdir. "Herba Flora”şirkətinin direktoru, həkim Füzuli Hüseynov iddia edirki, 5-6 ədəd orta ölçülü soğan qabıqlı şəkildə doğranır, 1 litr suda 10 dəqiqəçay kimi dəmlənilir, süzülür və gün ərzində içilir. Sonsuzluq zamanı 3 ayiçildikdən sonra 15 gün fasilə verilib təkrar qəbul oluna bilər. Soğanın digərfaydaları isə sayılmaqla qurtarmaz. Soğanın sağlamlıq üçün faydaları bunlardır:Güclü iltihab və mikrobəleyhinə təsir edir. Son araşdırmalar göstərib ki, soğanvə soğan qabıqlarının dəmləməsi artritin profilaktikası və müalicəsi üçün çoxeffektlidir. Allergiya əleyhinə təsir edir.

Oynaqağrıları (artroz, artrit) zamanı soğan qaynar suda 5 dəq pörtlədilir, xırdadoğranır, oynağın üstünə qoyulur, pampıq parça ilə bağlanıb 6-7 saat saxlanır,sonra təmizlənir, müalicə ağrılar keçənə qədər aparılır. Soğan yeyənlərdəprostat vəzin xəstəlikləri baş vermir, çünki soğan prostat vəzin qanla təchizatınıartırır. Əllərdə, ayaqlarda göbələk varsa, 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqəqaynadılır, soyudulur, əllər və ayaqlar gündə yarım saat həmin məhluldasaxlanır,2 həftə təkrar olunduqda xəstəlik sağalır.

Xroniki baş ağrılarından qurtulmağa kömək edir. Bu məqsədləsoğan qabıqlarının dəmləməsini için. Sistit (sidik kisəsinin iltihabı) zamanıkömək edir. Kişilərdə prostatitin inkişafının qarşısını alır. Güclü xərçəng əleyhinətəsir edir — xərçəng hüceyrələrinin inkişafını ləngidir, onların məhvolunmasını sürətləndirir. Virus əleyhinə təsirə malikdir. Bu səbəbdən soyuq fəsillərdəqrip və soyuqdəymə xəstəliklərindən qorunmaq üçün tez-tez çiy soğan yeyin,soğan qabığından hazırlanmış çay için.



Songünlər sürətlə yayılan koronavirus daha çox immuniteti zəif olan insanlarayoluxur. Bu baxımdan mütəxəssislər koronavirusun qarşısını almaq üçün insanlaraquru soğan, sarımsaq və göy soğan kimi antibiotik baxımından zəngin olanqidalardan istifadə olunmasını məsləhət görür. Ürək-damar sistemi üçün çoxfaydalıdır-damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır, təzyiqinormallaşdırır.

Üzdə olan səpgiləri aradan qaldırmaq üçün, dəri gündə 2 dəfəsoğan suyu ilə silinməlidir. Soğan kiçik ölçülü böyrək daşlarını tökür və yenidənəmələ gəlməsinin qarşısını alır. Bədənin qan dövranını sürətləndirir, bunula daürəyin işini rahatlaşdırır, ürəyin işemik xəstəliklərinin yaranma riskiniazaldır. Soğan yeyənlərin arterial təzyiqi stabil olur. Tərəvəzin antimikrobxassəsi onu revmatizmin müalicəsində faydalı edir. Həmçinin qurdqovucudur vəqurda yoluxmanın da qarşısını alır. Soğanın hər rəngi:sarı, qırmızı, ağ vəyaşıl faydalıdır. Coxluca soğan yeyin deyəcəyəm, amma...

İstər müasir tibdə, istərsə dədinimizdə soğanı çox yemək (məsələn, bir dəfəyə 2-3 ədəd) bəyənilmir və zərərlihesab olunur. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli,yalnız bişmiş şəkildə istifadə olunmalıdır.

Əntiqə Rəşid