adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Sentyabr 2015 17:02
4217
MƏMLƏKƏT

SOCAR neft ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin avqust ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 913 ton xam neft ixrac edib.

 Adalet.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ay limandan ixrac olunan xam neftin həcmi 2014-cü ilin müvafiq ayından 0,2% artıq olub.

Ümumilikdə, yanvar-avqust ayları ərzində isə Novorossiysk limanından 930 671 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayına nisbətən 37% artıqdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Qara dəniz limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərinin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.