25 Noyabr 2017 11:15
18771
MƏMLƏKƏT

SMS VAKXANALİYASI

Mesajhaqqındadanışmazdanəvvəlistədimki, oxucularımızıtelefonuntarixihaqqındaməlumatlandırım. Bu haqda bilgi toplayarkən agah olduq ki, telefon yunanca uzaq səs mənasını daşıyan səsi ötürməkvə almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. Bütün telefonlar danışmaqüçün mikrofona və səsi eşitmək üçün qulaqlığa malikdirlər. Mikrofon səs dalğalarınıelektrik siqnallarına çevirir, bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəkitelefona ötürülür. Həmin telefonun qulaqlığı bu siqnalları qəbul edərək onu yenidənsəs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağaimkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdəhər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər.

Telefonunkəşfindən öncə ona bənzər prinsipdə işləyən qurğular kəşf edilmişdir. Bu kəşfləriedənlər İnnokennto Manzetti, Antonio Meuççi, Reys Filipp, Aleksandr QrehemBell, Tomas Edison və digər alimlər olmuşlar. Lakin Bell ilə Edisonun kəşfə görəəldə etdikləri patent əsas götürülmüşdür.

1876-cıil fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bellilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "BellTelephone Company" adlı şirkətini qurdu. Bellin ixtira etdiyi telefonda danışmaqvə qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralar bu iki funksiyabir dəstəkdə birləşdirildi.

Martın10-nu ilk telefon danışığı günü kimi qeyd etmək olar. Belə ki, 1876-cı il martın10-da Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyənhəmkarına müraciət etdi: "Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənəlazımsınız".

İlktelefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başladı.1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradıldı.

XXəsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi telefonun ikinci dəfə"dünyaya gəlişi" ilə nəticələndivə bu mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

Satışməqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur.Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən biraparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 ABŞdolları olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

Uzun-uzadıvə mərhələli təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığıolan qrafik displey əlavə olundu. Bu gün mobil telefonların funksiyaları, proqramlarıyetərincədir.

Bufunksiyalardan biri də sms xidmətidir. Bu xidmət vasitəsilə fikrini, sözünü yazdığıncümlələr vasitəsilə digər tərəfə çatdırmaq olur. Yəni mobil rabitə vasitəsilə danışmadanqarşı tərəflə mesajlaşıb ona istədiyin fikri çatdıra bilirsən. Bunu yazılı danışıqda adlandırmaq olar.

Baxmayaraqki, mobil telefondan hədsiz istifadə olunması bir çox xəstəliklərin yaranmasınasəbəb ola bilər, bu gün hər kəsin ən azı bir telefonu var. Bəziləri hətta 3-4 mobil telefon gəzdirirlər.

Buyaxınlarda bir məclisdə iştirak edirdim. Ətrafımdakılardan biri dini söhbətlər edirdivə biz də onu diqqətlə izləyirdik. Və birdən bu şəxsin danışığının şirin yerindəmobil telefonuna mesaj gəldi. Masanın üzərində olan telefonu həmin şəxs elə danışa-danışaaçdı və duruxdu. "Ooo... gör mənə nə mesajı gəlib” - deyərək telefonun ekranınıbizə göstərdi. Onun telefonuna ayıqsürücü xidmətindən mesaj gəlmişdi. Öz xidmətlərini hansısa qiymətə təklif edirdilər.Hər kəsin sifətində yüngül bir təbəssüm yarandı. Bu təbəssümün nədən yarandığınısoruşduqda isə məlum oldu ki, bu şəxs hacıdı. O üzdən gülürmüşlər. Hacı hansı nömrədənki, sms gəlmişdi o nömrəyə "əstəğfürullah" yazıb yolladı. Bununla da yəqinki, mesaj yollayana nəyisə başa salmış oldu.

Bu mesajdan sonramövzu tamamilə dəyişdi. Masadakılar dini məsələni bir kənara qoyub, masadakılartelefonun ekranını döyən yersiz smslərdən danışmağa başladılar. Söhbət o qədər narahatlıqladilə gətirildi ki, dedim, qoy, bir araşdırım görüm nə baş verir. Yəni bu yayımı, elanı, reklamı kimedir? Bizim nömrələrimizi bunlara kim paylayır?

Smsin Azercell nömrəyəgəldiyini nəzərə alaraq üz tutdum onlara. 490-49-49-dan bildirdilər ki, əgər hansısaxidmətinizin bizim operator vasitəsilə yayılmağını istəyirsinizsə bizim baş ofisləəlaqə saxlayın, oradan sizi yönləndirərlər. Verilən nömrə 496-70-07 idi. Buradanzəngimin məqsədini bilən kimi bildirdilər ki, bu xidməti bir şirkət həyata keçirirvə onun da əlaqə nömrəsi 505-48-38-dir. Adı da Smaildi.

Ayıq sürücü xidmətiolan bir şəxs kimi bu nömrəyə zəng vurduq. Zəng vurduğumuz nömrədən bizə özünü SmileLLC şirkətinin menedceri kimi təqdim edən Xəyalə xanıma dərdimizi söylədik. Bildirdikki, bir ayıq sürücü xidmətimiz var və istəyirik ki, Azercell abunəçilərinə bu haqdasms yollayaq, öz xidmət və təkliflərimizi bildirək. Xəyalə xanım da öz növbəsindəgöstərəcəkləri xidmətə görə təklif və qiymətlər barədə ətraflı məlumatı göndərməküçün elektron poçt ünvanımızı istədi. Gələn məlumatdan məlum oldu ki, "Smile"Şirkəti 2007-ci ildə yaranıb və hazırda Azərbaycanın ən böyük GSM operatoru olan"Azercell Telecom" MMC-nin məzmun ve xidmət təminatçısıdır. Təkliflərənəzər yetirdikdə bəlli oldu ki, hər biri 0,06 qəpikdən 100 min adama bu smsləriyollamaq olar. Yəni 6 min AZN ödə və sənin ayıq sürücü xidmətinin təklifləri100 min abunəçinin telefonunu döysün.

Burda ərazini dəseçmək imkanı verilir. Ölkəmizin hansı şəhəriniistəsən seçə bilərsən. Seçimə uyğun olaraq ancaq o şəhərdə fəaliyyət göstərənabunəçilərə sms gedər. Xəyalə xanım şifahi olaraq bildirdi ki, bu xidmətdə də onlaraAzercell kömək edir. Yəni əgər, məsələn, Gəncəni seçmisizsə, Azercell ancaq Gəncədəaktiv olan abunəçilərinə sms yollayır.

Şirkətə suallarımızvar idi. Rəhbərliklə əlaqə yaratmaq istədik. Jurnalist olduğumuzu bilən Xəyalə xanımınsəs tonu bir az dəyişdi. Və bizi rəhbərliklə bağlamadı. Suallarımızı da cavablandırmadı.Əlaqə nömrəmizi aldı və bildirdi ki, rəhbərlik sizinlə əlaqə saxlayıb suallarınızacavab verər. O əlaqə, bu əlaqə, hələ də xəbər yoxdu. Fikirləşirdim ki, bunlarınişi smslədi, yəqin sms yazarlar, heç ondan da bir xəbər çıxmadı.

Üz tutduq Azercellə.Mətbuat xidmətindən Günay xanım Məmmədli mövzunu bilib elektron poçt vasitəsiləbizi maraqlandıran sualların onlara yollanmasını xahiş etdi. Biz də öz növbəmizdəsuallarımızı yolladıq:

1. Mütəmadi olaraqabunəçilərinizə Azercell vasitəsilə müxtəlif şirkətlərin, müəssisələrin xidmətləriniözündə əks etdirən reklam və elanlar sms vasitəsilə göndərilir. Bura Azərcell-inöz reklam və elanları istisna olmaqla, məsələn, ayiq sürücü, zəngimcell, oyun, dükanvə mağaza reklam və elanları aiddir. Bu abunəçiləriniztərəfindən müəyyən narazılıqlarla qarşılanır. Abunəçinin razılığı olmadan bu kimireklam və elanlarla onları məlumatlandırmaq nə qədər düzgündür?

2. Bəzən bu reklamlarınmətnində bildirilir ki, məsələn, siz 1 həftəlik pulsuz abunəlik qazandınız. Abunəçibuna "hə" deyir. 1 həftə bitdikdən sonra bu xidmət abunəçiyə xəbər edilmədənavtomatik pullu abunəliyə keçirilir. Yəni əvvəl abunəçilər şirnikləndirilir, sonraisə aldadılır. Bu elanlarda göstərilmir ki, abunəçi bir həftədən sonra avtomatikpullu xidmətə keçəcək və müvafiq məbləğ onun hesabından silinəcək. Sonradan bu abunəlikdənimtina etmək üçün abunəçiyə müştəri xidmətlərinə getmək tövsiyyə olunur. Bu kimihallar abunəçilərdə haqlı narazılıq yaradır. Buna münasibətiniz.

3. Son olaraq bilməkistərdik ki, Azercell-ə bu kimi smslərdən narazılıq edən şəxslərin müraciətininstatistikası varmı? Varsa bu rəqəmi bilmək istərdik.

Bir neçə gündən sonrabizim suallarımızı Azercell söz verdiyi kimi cavablandırdı.

Abunəçilərin istifadəsinəverilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinəəsasən "Azercell Telekom" MMC telekommunikasiya şəbəkəsindən istifadəetməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görəverilən hesablar habelə, üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyətdaşımır. "Azercell Telekom" MMC tərəfindən təqdim edilən mobil rabitəxidmətləri çərçivəsində abunəçilər bəzi qısa nömrələr vasitəsi ilə müxtəlif internetsəhifələr üzərindən əməliyyatlar həyata keçirmək, məzmun (rəqəmsal məzmun, girişizni və s.) əldə etmək imkanına malikdirlər. Müvafiq qısa nömrələr üzrə məzmun təminatı"Azercell Telekom" MMC-nin əməkdaşlıq etdiyi 3-cü şəxslər tərəfindən təminedilir. Müvafiq qısa nömrələr üzərindən təqdim edilən xidmətlərdən istifadə birbaşanömrədən göndərilən sorğular vasitəsi ilə təmin edilir. Eyni zamanda "Azercell Telekom" MMC tərəfindən bütünməzmun təminatçılarına 2016-cı ilin fevral ayından etibarən müxtəlif internet saytlarüzərindən xidmətlərə abunəlik aktiv edilməsi və məzmun əldə edilməsində təkrar təsdiqlənməprinsipinə keçilməsi tövsiyə edilmişdir. Belə ki, bu prinsipdən istifadə edilməsişəffaflığa səbəb olur və əlavə mübahisə ehtimalını aradan qaldırır. Birbaşa abunəçiöz nömrəsindən internetdən istifadə edərkən hər hansı saytdan məzmun və abunəlikaktiv etməsi istəyi zamanı xidmətin şərtləri ilə tanışlıq və təkrar təsdiq üçünxüsusi səhifəyə yönləndirmə edilir. Bu zaman xidmətin adı, xidmət haqqı həcmi, qoşulmanövü (birdəfəlik, günlük, aylıq və s.) və xidmətin təsviri barədə məlumatlar həminsəhifədə əks olunur. Yalnız bundan sonra təsdiq düyməsi sıxıldıqdan sonra məzmuntəminatçısı abunəlik aktivləşdirməyə və xidmət göstərilməsinə başlamanı və müvafiqqayda da SMS-lə məlumatlandırmanı da təmin edir. Abunəçilər müvafiq xidmətlərdənistifadə qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin yükləmələrinməzmunu, keyfiyyəti və s. barədə mülahizələri ilə əlaqədar məzmun təminatçılarınamüraciət edə bilərlər.

Əlavə məlumat üçünbildiririk ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləritənzimləyən Abunə Müqavilələrinin şərtlərinə əsasən "Azercell Telekom"MMC telefon danışıqları və ya mesajların məzmunu ilə bağlı yaranan zərərə görə məsuliyyətdaşımır. "Azercell Telekom" MMC abunəçiləri təhlükəsizlik tövsiyələrinəriayət etməyə çağırır və bu barədə rəsmi internet səhifəsində(www.azercell.com) ətraflı izahlar verir. Eyni zamanda yarana biləcək əlavə xərclərinqarşısını almaq üçün, şübhəli zənglərə və SMS-lərə geri dönüş edilməməsini, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizliktədbirlərinə əməl etməyi, nəzarətsiz qalmasını, xidmətlərdən istifadə ilə əlaqədarəldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamaqtövsiyə edilir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkəndiqqətli olmaq, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədəntanış olmaq, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etməktövsiyə edilir.

Müraciətinizdə qeydedilmiş digər sual ilə əlaqədar isə diqqətinizə çatdırırıq ki, "Azercell Telekom"MMC-nin Müştəri Xidmətlərinə daxil olan müraciət sayı və buna uyğun olaraq aparılantəhlillər ilə əlaqədar statistik məlumatların 3-cü şəxslərə təqdim edilməsi hallarınəzərdə tutulmayıb.

Verilən cavab bunugöstərir ki, Abunə Müqaviləsinin şərtlərinə əsasən "Azercell Telekom"MMC telekommunikasiya şəbəkəsi üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görəməsuliyyət daşımır. Və burada həmin o hacının ayıq sürücüyə yazdığı "əstəğfürullah"ıgəlib düşdü yadıma. Mən azercell abunəçisi ola-ola və ayda filan məbləğdə bura pulödəyə-ödəyə niyə mənim nömrəmə üçüncü kimsə müdaxilə etməlidir və özü də gündə birneçə dəfə. Yaxşı olardı ki, azercell əvvəlcə öz abunəçilərinə bir sms yollayıb üçüncüşəxsin müdaxiləsinə bizdən icazə istəyərdi. Biz bu cür smslərin qəbulunə "hə"deyəndən sonra üçüncü şəxsin müdaxiləsinə şərait yaradaydı. Bu daha ədalətli olardı.

Araşdırmamız hələlikburda bitir. Nöbəti mərhələdə sizi mütəxəssis və ekspertlərin məsələyə münasibətiilə tanış edəcək, sonra mövzunu davam etdirəcəyik. Çünki bu sms vakxanaliyasınınqaranlıq məqamları göründüyündən xeyli çoxdur.


Nicat Novruzoğlu