Fəaliyyətini qanunsuz bərpa edən "zapravka" yenidən bağlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyi fəaliyyətini qanunsuz bərpa etmiş yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.
FHN-nin Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.
Agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.
Digər Xəbərlər
31 May 2026 16:25
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
31 May 2026 12:00
ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30


Bakı -°C

