01 Iyul 2025 11:47
242
DÜNYA

Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin etdi

Slovakiya prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiyadakı səkkiz diplomatik nümayəndəlik rəhbərinə etimadnaməsini təqdim edib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiya Respublikasının Azərbaycandakı yeni səfiri Elçin Qasımov olub. 

Məlum olub ki, səfir əslən azərbaycanlıdır. 

Prezident vurğulayıb ki, hazırda dünyada baş verən proseslər xarici xidmət çərçivəsində daha fəal yanaşma tələb edir: "Lakin Avropa bizim əsas yaşayış məkanımız olaraq qalır. Bizim bütün addımlarımız aydın şəkildə əks etdirməlidir ki, Slovakiya demokratik dövlətlər birliyinin bir hissəsidir".